GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Cəmil Həsənlidən Rəsul Quliyevə sərt cavab

Cəmil Həsənlidən Rəsul Quliyevə sərt cavab

Tarix: 12-03-2017, 23:52 Bölmə :Siyasət Baxış: 569
Cəmil Həsənlidən Rəsul Quliyevə sərt cavab

“Rəsul Quliyev hakimiyyətin intiqamını xalqdan almağa üstünlük verdi”

Milli Şuranın sədri, professor Cəmil Həsənli Milli Məclisin hazırda ABŞ-da yaşayan keçmiş sədri Rəsul Quliyevin Azərbaycan tarixi və xalqı haqda yanlış mülahizələrinə tutarlı cavab verib. C.Həsənli facebook səhifəsində yazır:

“Bu günlərdə Rəsul Quliyevin son yüz ildə Zaqafqaziya xalqlarının keçdiyi tarixi yol haqqında bir statusunu oxudum. Qonşu Ermənistan və Gürcüstanla müqayisəli formada yazılmış bu status bütövlükdə Azərbaycan xalqının alçaldılmasını, aşağılanmasını özündə ehtiva edir. Əlbəttə, buna əhəmiyyət verməmək də olardı. Çünki dəfələrlə Rəsul Quliyev tarix və reallıqla uyğunlaşmayan mülahizələr söyləsə də, biz buna əhəmiyyət verməmişik. Öz fərdi problemlərini həll etmək, vətənə dönüşünə razılıq almaq üçün bir müddət bu adam gecə-gündüz müxalifətin ünvanına hədyanlar söylədi, arada mənim ünvanıma da təhqiramiz ifadələr səsləndirdi. Doğrusu əhəmiyyət verməməyə çalışırdım. Həm də fikirləşdim ki, əgər adam çox böyük zəhmət çəkib 48 dəqiqəlik video material çəkib paylaşıbsa və altı ay ərzində sosial şəbəkələrdə cəmi 94 nəfər bu materiala baxırsa, onunla mübahisə etməyin nə mənası var.

Əslində Rəsul Quliyev Simferopol məzhəkəsindən sonra Azərbaycan cəmiyyəti üçün öz cazibəsini itirib. Tale çox az halda insanlara ən həlledici məqamda düzgün qərar qəbul etmək şansı verir. Həmin şansdan yararlanmayanda özünü siyasi mübarizəyə iddialı hesab edən şəxs sonluğu olmayan çoxplanlı filmlərin qəhrəmanı kimi hamı ilə “vuruşmalı” olur. Təxminən 4-5 il ardıcıl şəkildə müxalifəti təhqir etməyin başlıca hədəfi Azərbaycana qayıtmaq üçün siyasi razılıq almaqdan ibarət idi. Bu sövdələşmədə də Rəsul Quliyev fiaskoya uğradı. Əlaqədə olduğu dairələr çox rahatca onu aldatdıqdan sonra Rəsul Quliyev də hakimiyyətin intiqamını xalqdan almağa üstünlük verdi. Ona görə də bütün baş verənlərin günahını son zamanlar o, xalqda axtarır və öz primitiv mülahizələrini tarixi faktlarla “əsaslandırmağa” çalışır. Görün nə yazır:

“Zaqafqaziya adlandırılan 3 respublika. Hər 3-ü 1918 ci il Mayın 27-28 -də müstəqillik (Ermənistan Azərbaycan torpaqları hesabına) alıblar. Hər 3-ü müstəqilliyini 1920-21-ci illərdə itirib. Azərbaycan birinci və öz xoşu ilə, heç bir müqavimət göstərmədən, Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən sonra, Gürcüstan isə 9 ay və 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər.”

Cümləyə diqqət yetirin: “Hər 3-ü 1918 ci il Mayın 27-28-də müstəqillik (Ermənistan Azərbaycan torpaqları hesabına) alıblar.” Əvvəla Cənubi Qafqaz respublikaları mayın 27-28-də deyil, 26-28-də müstəqillik qazanıblar. Gürcüstan mayın 26-da Zaqafqaziya Seymindən çıxıb, birinci olaraq müstəqilliyini elan etsə də, gürcü deputatları həmişə Seymin müsəlman fraksiyası tərəfindən dağıdıldığından şikayət edirdilər. 1918-ci ildə Azərbaycan xalqı müstəqilliyi kimdənsə almadı. Sadəcə yaranmış tarixi şəraitdə öz mübarizə və mücadiləsiylə müstəqilliyi qazandı. Azərbaycan Cümhuriyyətinin qurulması ilə bağlı Üzeyir bəy yazırdı ki, “bu cümhuriyyətə qovuşmaq üçün xalqımız dəryalarca qan verib”.

Rəsul Quliyevin “Azərbaycan birinci öz xoşu ilə” müstəqilliyini itirib ifadəsi həmin cümhuriyyət uğrunda canını fəda etmiş minlərlə əsgərin, zabitin, cümhuriyyət sevdalısı olan insanların ruhuna açıqca bir həqarətdir. Rəsul Quliyevdən fərqli olaraq Cənubi Qafqaza yeni təyinat almış Britaniya Ali Komissarı Oliver Uordrop Azərbaycan hökumət üzvləri ilə görüşdükdən, ölkədə vəziyyəti öyrəndikdən sonra Londona göndərdiyi gizli məlumatda yazırdı: “Baş nazir Usubbəyov geniş dünyagörüşə malik, yüksək təhsil görmüş, kəsginağıllı, liberal ideyalara sədaqətli, səmimi, vicdanlı, qarşısına qoyduğu məqsədə nail olmağa çalışan nəzakətli bir insandır… Baş nazirin ideyaları dini ideyalar deyil, milli ideyalardır. O, bolşevizmə nifrət edir. Onun istədiyi bircə şey varsa, o da ölkəsinin müstəqilliyidir. Onun komandası və kabineti bəzi Avropa ölkələri üçün nümunə ola bilər… Onlar öz işlərini yaxşı idarə edirlər və bütün ləyaqətli adamlar kimi, hər şeydən daha çox yeni dünyada öz yerlərini tutmağa can atırlar.” Bu gün Rəsul Quliyevin bəyənmədiyi, lağa qoyduğu Azərbaycan Cümhuriyyətinin gerçək məzmunu bundan ibarət idi.

Adam 15 ildən artıqdır işsiz-gücsüz Amerikada oturub, tarixi belə kobud şəkildə təhrif etməmək için özünə əziyyət verib iki kitab belə oxumur. Deyək, başqa kitablara əli çatmır, dünyanı özünün cazibəsinə salmış “Əli və Nino” əsərinidəmi oxumamış bu adam? Oxumuş olsaydı, ölkədən çıxmaq imkanları olduğu halda minlərlə vətənsevər gəncin işğalçılara qarşı necə döyüşdüyü, necə fədakarlıqla öz canlarını iki yaşlı cümhuriyyət üçün qurban verdiyini görərdi.

“Azərbaycan birinci öz xoşu ilə müstəqqiliyini itirib” ifadəsindən sonra bu həvəskar “tarixçi”nin nə yazdığına diqqət edin: “Ermənistan 6 ay 5 minə yaxın əsgəri öldürüləndən, Gürcüstan isə 9 ay və 10 min qurban verəndən sonra müstəqilliklərini itiriblər”. Yalnız Gəncədə 1920-ci ilin may ayının sonlarında 10 min adamın həyatı bahasına başa gələn mübarizə müqavimət deyildimi? Hadisədən dərhal sonra onu araşdıran Sovet komissiyasının sədri yazırdı ki, bizim bolşevik hissələrin qəhrəmancasına cəhdlərinə baxmayaraq şəhər üç dəfə əldən-ələ keçib. Milli ordunun əsgər hissələrinin altı-səkkiz topu olduğu halda, bizim hissələr şəhərə əllərində olan bütün iyirmi beş topdan atəş açmaq məcburiyyətində qalıblar. Şəhər böyük ziyan çəkib, bizim hərbi dəstələrin çoxu şəhərin erməni hissəsində yerləşdiyindən və Milli ordu əsgərlərinin oranı tutmamaları üçün həmlələrini dəf etdiklərindən şəhərin bu hissəsi az ziyan çəkib. Döyüşlər 6 gün davam edib. Qafqazdakı Fransa komissarı yazırdı ki, bolşevik işğalına qarşı mübarizədə Gəncədə 10 min nəfər müsəlman döyüşlərdə həlak oldu. İlkin məlumata görə ruslar 1500-2000 nəfər arasında itki verdilər.

İndi Azərbaycana gəlməyə cəsarəti çatmayan və Bakı əvəzinə Simferopolda eniş edən, mübarizə əzminə görə erməniləri və gürcüləri bizə örnək verən Rəsul Quliyevdən soruşmaq lazımdır ki, təkcə bir şəhərdə dirəniş göstərib həyatlarını qurban vermiş 10 min adamın haqqına niyə təcavüz edirsən? Bəs bu adamların apardığı mübarizə mübarizə deyildi? Bunun adını nə qoyasan?

Rəsul Quliyev sadəcə olaraq tarixi prosesi öz fikir və mülahizələrinə uyğunlaşdırmaq üçün onu olduğu kimi deyil, baş-ayaq formada təqdim edib. Qırmızı ordu 1920-ci ilin noyabr ayının 29-da bir güllə atmadan belə Ermənistana daxil olub və heç bir müqavimətlə qarşılaşmadan İrəvanı tutub. Devrilmiş Daşnak hökumətində müqaviməti təşkil edəcək general Dro Kanayan bolşeviklərlə sazişə girib yeni Sovet hökumətində hərbi komissar postunu tutmuşdu. Həmin vaxt ermənilərin nəinki 6 ay, heç altı dəqiqə müqavimət imkanları yox idi. Nəinki müqavimət imkanları, heç Ermənistan hökuməti yox idi. 1920-ci ilin noyabrın sonlarında Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa başda olmaqla Türk qoşunları Gömrüyə yetişmiş, Ermənistan sadəcə diz çökməmiş, iflas etmiş, tabuta qoyulmuşdu.

Tiflis də eyni qaydada bolşeviklərin əlinə keçmişdi. Rəsul Quliyevin bizə nümunə göstərdiyi Gürcüstan hökuməti 1919-cu ilin iyun ayının 16-da imzaladığı saziş əsasında bolşevik işğalına qarşı Azərbaycana kömək etmək əvəzinə Rusiya bolşevikləri ilə gizli əlaqəyə girib müəyyən güzəştlər müqabilində ruslara yardım etdilər. Yəqin ki, Rəsul Quliyev özünün də yaxşı bilmədiyi 1921-ci ilin fevralında Simon Vratsyan başda olmaqla Ermənistandakı qiyamı, Gürcüstanda 1924-cü ilin avqustunda baş vermiş antisovet üsyanı nəzərdə tutub Azərbaycan xalqını aşağılayır. Halbuki Gəncə üsyanı mübarizə əzminə, iştirakçıların kütləviliyinə görə bunların heç birindən zəif deyil daha əhatəli, daha geniş miqyaslıydı.

Son hadisələrə gəldikdə isə Rəsul Quliyev elə danışır ki, sanki içində olduğu milli hökumətin devrilməsində iştirak etməyib, Heydər Əliyevi Bakıya gətirən, o müstəvidə yüksək vəzifə alan, 1995-ci ildə onun iştirakı ilə qəbul edilmiş konstitusiyada parlamentin hüquqların məhdudlaşıdırıb avtoritarizmə yol açan prezident üsul idarəsinin bərqərar edilməsində onun heç bir rolu və iştirakı olmayıb. Adam parlamentin sədri ola-ola rəhbərlik etdiyi qurumun səlahiyyətlərin məhdudlaşdırımasında iştirak edib və indiysə erməni və gürcülərin parlamentli respublika üsul-idarəsinə keçmələrini vəsf edir. Bu ölkədə diktaturanın qurulmasında rolu və bilavasitə iştirakı ola-ola indi xalqı günahlandırmaq ən azından siyasi yekəxanalıqdır. Amerikada xanənişin olub yüksək materiyadan danışmaq olar. Amma adamdan soruşarlar ki, sən də bu xalqın bir nümayəndəsisən, xalq 20 ildir sənli və sənsiz zəlalətin içindədir. Hansı xidməti göstərdin bu xalqa ki, indi də əvəzini umursan?”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:41

  • 
  • Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, Etibar Məmmədov isə...

    Mirmahmud Mirəlioğlu Rəsul Quliyevə lağ etdi, ...

    31-05-2016, 23:58

  • 
  • Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ

    Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ ...

    27-06-2013, 12:46

  • 
  • Rəsul Quliyev Cəmil Həsənlini namizədliyini geri götürməyə çağırdı

    Rəsul Quliyev Cəmil Həsənlini namizədliyini geri ...

    26-08-2013, 11:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (2)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu