GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı

Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı

Tarix: 13-03-2017, 20:44 Bölmə :Siyasət Baxış: 1 993
Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı

"Ermənistanda doğulanmı ermənidir, yoxsa Türkiyədə doğulan ermənimi ermənidir?”

Bir müddətdir ki, mətbuatın manşetlərini zəbt edən Azərbaycana əsas yumurta ixracatçısı - Türkiyənin "Emre Piliç” şirkətinin ermənilərlə bağlılığı, bu şirkətə borcla əlaqədar aparılan məhkəmə işlərinə daha bir qalmaqal əlavə olunub.
Martın 10-da türkiyəli iş adamı, ermənilərlə şərik çalışdığı iddia olunan Ömür Oralla hüquqşünas Aslan İsmayılovun keçirdiyi mətbuat konfransında səsələnən fikirlər birmənalı qarşılanmayıb.
Ömür Oralın "Ermənistanda doğulanmı ermənidir, yoxsa Türkiyədə doğulan ermənimi ermənidir”- ifadəsi ciddi gərginlik yaradıb. Elə buna görə qeyd olunan mətbuat konfransında haqqında ittihamlar səsələndirilən "Xəmsə” MMC-nin direktoru Mürvət Həsənli bu gün brifinq keçirərək, bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, ona yönəlik ittihamlar şər-böhtandır.
"Aslan İsmayılov və Ömür Oral ermənilərlə iş birliklərin gizlədir. Amma biz məhkəməyə bununla bağlı dəqiq faktlara əsaslanan sənədlər təqdim etmişik. Əgər onlarda dediklərimi təkzib edən nəsə varsa niyə məhkəməyə müraciət etmirlər?”- deyə M. Həsənli bildirib.
Əlavə edib ki, iş adamı və onun vəkili 10 mart tarixində keçirdiyi mətbuat konfransında Qərbi Azərbaycanlıları erməni adlandırmasına qanun qarşısında cavab verəcəklər.
"Bizi erməni adlandıran axmaqlar başa düşsün ki, biz şərəfimizlə, namusumuzla azəri türklüyümüzü qorumuşuq. Dəfələrlə erməni təzyiqinə məruz qalaraq öz dədə-baba yurdumuzdan didərgin düşmüşük. Amma bu gün ermənilərlə əməkdaşlıq edən biri gəlib bizi "erməni” adlandırır. Bu adam bu sözünə görə qanun qarşısında cavab verəcək”- deyə M. Həsənli əlavə edib.
O əlavə edib ki, istər iş adamı, istərsə də onun hüquqlarını müdafiə edən şəxsin danışıqları bir daha göstərir ki, onlar nə Azərbaycan qanunlarına, nə də azərbaycanlılara hörmət qoymurlar, öz maraqlarına görə bütün mənəvi dəyərləri tapdalamağa hazır görünürlər: "İsmayılov deyir ki, guya, mən borcu qaytarmamaq üçün erməni məsələsini ortaya atmışam. Bunu deməklə işin əlifbasından yalan danışdığını ortaya qoyur. "Emre Piliç” şirkətinin bir hissəsinin ermənilərə məxsus olduğunu mən deməmişəm. Bu faktı Azərbaycan mətbuatı, daha dəqiqi desəm, Eynulla Fətullayev üzə çıxarıb. Yəni bu faktı mən üzə çıxarmamışam ki, bununla hansısa məqsədimi həyata keçirim. Bilirsiz, mən bu şirkətlə bu günə kimi işləyə bilər və bundan xeyli qazanc əldə edərdim. Onların iddia etdiyi məbləğ bizim dövriyyəmizlə nisbətə balaca puldu. Yəni mən məsələyə sırf qazanc, pul mənimsəmək nöqteyi-nəzərdən yanaşan adam olsaydım, daha bu boyda həngaməni niyə qoparırdım ki? Elə onlarla ticarətimi yapar, ortalıqda iddia olunan məbləğlərdən xeyli çox pul qazanardım. Və nə məhkəmələrə düşərdim, nə də mətbuat səhifələrinə. Nə də özünü pələng, aslan kimi təqdim edənlərin tülkülüyünü görərdim. Yəni məni tanıyan, ağılı, məntiqi olan adam məni pul mənimsəmək üçün belə bir addım atmaqda ittiham edə bilməz. Bunu yalnız səfeh və ya məni şərləyərək öz murdar əməllərini həyata keçirmək istəyənlər söyləyə bilər”.

M.Həsənli bildirib ki, belə bir narazılığın yaranması "Emre Piliç” şirkətində payçılar arasında erməniləri bildiyindən sonra onlarla əməkdaşlığa son verdiyinə görə yaranıb: "İşlədiyim, pul qazandırdığım adamın erməni olmasını biləndən sonra, açığı deyim, təşvişə düşdüm. Bu təşvişin bir neçə istiqaməti var idi. Əvvəla mənim neçə illər çörək kəsdiyim, kirvəm məndən belə bir şey gizlətmişdi, bu çox ağır məsələdi. İkinci mənim kimi adama bu ittihamı vura bilərdilər ki, ermənilərlə işləyirəm. Bu mənim ictimai nüfuzuma, iş adamı reputasiyama silinməz bir ləkə ola bilərdi. Sən demə, mən neçə illər odla oynayırmışam. Bundan əlavə, təkcə millət olaraq yox, həm də fərd olaraq erməni vəhşiliyindən faciələr yaşayan, şəhid verən adam üçün erməni ilə hər hansı bir nöqtədə birləşmək, hələ az qala şəriklik etmək bilirsinizmi nədi? Bu dəhşətli bir hisdi... Buna görə də, mən həmin şirkətlə bağlı məlumatları oxuyan günün səhəri gedib bütün əlaqələri dayandırmağı bəyan etmişəm. Açığı bu qərarı verəndə nə borc hayındaydım, nə də bu qərarla nələri itirəcəyimi düşünürdüm... Bu gün cəbhədə vəziyyəti bilirsiz. Elə bu yaxınlarda neçə şəhid verdik, neçə evə od düşdü. Bəlkə o qəhrəmanlarımıza dəyən güllələr bizim cibimizdən çıxıb hansısa yolla, erməni iş adamların vasitəsiylə ötürülən pullarla alınıb? Hamımız bilirik ki, erməni iş adamları pullarını bu sahəyə xərcləməyə meyillidirlər, bunu bir missiya kimi həyata keçirirlər. Bu gün Qərbi Azərbaycanlıları "erməni” adlandıran, Ermənilərlə şərik işləməyi Bakıdan rahat çəkinmədin, heç nə olmamış kimi bəyan edən adamın düşmənlərimizə sayğısını sübut etmək üçün görəsən əlavə nə lazımdır? Bu adam bizə yumurta, ermənilərə də silah verə biləcək adamlardı. Ona görə də, Aslan İsmayılov hansı böhtanları yağdırmasından asılı olmayaraq, erməniylə hər hansı bir əlaqəsi olan şirkətlə, fərdlərlə mübarizə aparmaq, onların ölkəmizdən qazanc əldə etməsinə qarşı çıxmaq həm də bir vətəndaşlıq borcumuzdur. Həm də bir kişilik missiyamız, şəhidlərimizə ehtiram, torpaqlarımıza bağlılıq əlamətidir. Məni bu yolda kim ittiham edirsə, mənimçün o adamın ermənidən fərqi yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda altı nəfər "donuz qripi"ndən ölüb

    Ermənistanda altı nəfər "donuz ...

    10-01-2016, 21:44

  • 
  • İcra başçısı haqqında şok iddia: “Bacanağı ermənidir” (VİDEO)

    İcra başçısı haqqında şok iddia: “Bacanağı ...

    4-09-2013, 17:52

  • 
  • Gülər Əhmədovanın ata nənəsi ermənidir?

    Gülər Əhmədovanın ata nənəsi ermənidir? ...

    12-02-2013, 09:57

  • 
  • Aslan İsmayılovun vəkillik statusu ləğv edildi

    Aslan İsmayılovun vəkillik statusu ləğv edildi ...

    10-09-2013, 14:37

  • 
  • Akif Səlimova şər atanlar cəzalandırıldı

    Akif Səlimova şər atanlar cəzalandırıldı ...

    10-09-2014, 09:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu