Sabiq YAP-çı deputatla bağlı təzadlar. az sensasion məlumat dərc edib. Həmin məlumatlarda E.Abdullayevin qalmaqallı videolarının “qəhramanına” çevrilmiş, elə bu qalmaqal fonunda da deputat mandatını itirmiş, mənsub olduğu, uzun illərdir çörəyini yediyi, statusundan gen-bol istifadə etdiyi YAP-dan qovulan Gülər Əhmədova ilə bağlı şok faktlar yer alıb. Mənbəyi Rusiya paytaxtı göstərilən məlumatda G.Əhmədovanın ata nənəsinin erməni olması bildirilir. Ən maraqlısı budur ki, bu iddilar bir vaxtlar KİV-lərdə üstüörtülü şəkildə hallansa da, kimsə ortaya konkret sənəd qoymurdu. Amma Moskvadakı mənbəmiz G.Əhmədovanın ata nənəsinin erməni olmasını sübut edən sənədin surətini də “Təzadlar”ın elektron poçtuna göndərib. Hansı ki, təqdim edəcəyimiz rəsmi sənəd onun Moskvada yaşayan qohumlarından birinin mənzilində olub və mənbəəmizə təqdim edilib. Bu sənəd Bakının Binəqədi rayonunda kooperativ mənzil tikintisi ilə məşğul olan bir MTK-ya məxsus mənzilə aiddir. Beləliklə, keçmiş millət vəkilinin ata nənəsinin adı Şuşanik Abalovadır! Sayt məlumatla bağlı araşdırmalar apararaq yazır: “Artıq həmin sensasiyalı material çapa hazırdır. Lakin əlimizdə olan məlum sənədlərin hələlik adını çəkmək istəmədiyimiz bir dövlət idarəsində bir daha dəqiqləşməsini aparırıq. Bu arada Moskvadakı mənbəmiz bizə bir maraqlı məsələ barədə də məlumat göndərib. Məlumatda bildirilir ki, G.Əhmədova ılə işgüzar əlaqədə olmuş İsmayıl Ağayev adlı bir tanınmış şəxs var. O, keçmiş millət vəkili olan G.Əhmədova ilə uzun müddət bir sira məsələlərdə bir olubdur. Türkiyədə və Azərbaycanda bərqərar olan bu əlaqələrin bir ucu da Moskvaya gedib çıxır... Olduqca maraq doğuran bir məsələdir. Hətta məlumatda Moskvadakı hansı ermənilərlə bağlılığa da toxunulur. Bu işdə Elşad Abdullayevin də əlaqələrinə aid bəzi məsələlər var.Mənbə yazır ki, ABU-nun Moskva filialının binasının vaxtilə sahibi olmuş həmin erməni qohumlarla E.Abdullayevin də sıx münasibəti var imiş. Sonradan bir problem yaranıb, E.Abdullayev də G.Əhmədovadan şübhələnib. Deputatlıq məsələsi pozulmasından sonra isə tərəflər arasındakı əlaqələr də düşmənçiliyə çevrilib və s.” Məsələ ilə bağlı Gülər Əhmədovanən da mövqeyini dərc etməyə hazırıq. Qoşqar
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?