Bir qrup nüfuzlu Amerika senatoru Federal Araşdırmalar Bürosuna, Amerika Baş Prokuroruna və Xəzinə müdirinə prezident Trampın Azərbaycanda şübhəli əməliyyatlarını araşdırmaq çağırışı ilə müraciət edib.
Xüsusən, onun, Amerika tərəfin iddiasına görə, İran İslam İnqilabı Korpusu (İİİK) ilə əlaqələri olan sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailəsi ilə işgüzar əlaqələrinin araşdırılması tələb olunur.
Bütün bunlar korrupsiyaya qarşı mübarizə haqqında qanunun və İrana qarşı sanksiyaların pozulmasıdır.
Amerikalılar hesab edirlər ki, Məmmədovun ailəsi, ola bilər ki, çirkli pulların yuyulması kanalı rolunu oynayıb.
Senatorlar Şerrod Braun, Ben Kardin və Dayann Faynşteyn New Yorker-də "Donald Trampın ən pis sövdələşməsi" adlı məqalədə əksini tapmış faktları araşdırmağa çağırıblar.
Senatorlar öz məktublarında bildiriblər ki, Trampın Bakıda Trump Tower otelinin tikintisinin içracıları ilə bağlı olan strukturları İİİK tərəfindən maliyyələşdirilib.
"Prezident Tramp və onun strukturları bədnam Azərbaycan oliqarxları ilə və bəlkə də İİİK ilə də bağlıdır", deyə məktubda qeyd edilir.
Senatorlar Trampın təşkilatının Ziya Məmmədovla münasibətlərini qurarkən korrupsiyaya qarşı mübarizə haqqında qanunları pozub-pozmadığını araşdırmaq xahişi ilə Ədliyyə Nazirliyinə müraciət ediblər.
Senatorlar həmçinin Trampın Bakıda qanunsuz sövdələşmələri qəsdən həyata keçirib-keçirmədiyini müəyyən etməyi və lazım gələrsə, Trampın strukturlarını cinayət təqibinə məruz qoymağı mümkünlüynün araşdırılmasını xaiş ediblər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?