15 may hadisələrinin 25 illiyi münasibəti ilə, “dövlət çevrilişi, yoxsa, inqilab” - mövzusunda son 25 ilin iqtidar nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirməyi təklif edir.
08 May 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağı, 08 may 1992-ci il - Şuşa şəhidliyinin anılması ilə başlamışdır. Şəhidlərimizə ALLAHdan rəhmət dilənilmiş, millətimizə düşmən qarşısındakı borclarını yerinə yetirmək, torpaqlarımızı rus – erməni işğalından azad etmək, Azərbaycanı bütövləşdirmək arzuları ifadə olunmuşdur. Yığıncaqda, Rusiya – Azərbaycan münasibətləri haqqında geniş müzakirələr aparılmışdır. Yığıncaqda, son günlər Azərbaycan hərbiçiləri və mülki vətəndaşların dövləti cinayət törətməkdə təqsirləndirilərək həbs olunmaları haqqında 4 dövlət strukturunun birgə bəyanatı geniş müzakirə edilmişdir. KXCP, müzakirə olunan məsələ ilə bağlı hakimiyyətdən ciddi araşdırmalar aparmağı tələb edir. Ərazisi işğal olunmuş, müharibəyə cəlb edilmiş, lakin müharibə aparmayan iqtidardan, bu məsələdən də, baş qatmaq üçün istifadə etməyəcəyinə yəminlik istəyir. Yığıncaqda, 15 may 1992-ci ilin may hadisələrinin 25 illiyi münasibəti ilə, “dövlət çevrilişi, yoxsa, inqilab” mövzusunda, ictimaiyyətin və son 25 ilin iqtidarlarının təmsilçiliyi ilə dəyirmi masa keçirilməsini məqsədə uyğun hesab edir. KXCP İdarə Hyətinin yığıncağında, təşkilati məsələlər müzakirə edilmiş, uyğun qərarlar qəbul edilmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?