Aprelin 30-da prezidentin göstərişi ilə ağacları kəsən şirkətin rəhbərinin həbs olunduğu xəbəri yayılmışdı
Media yazırdı ki, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində “Böyük Plaza” yaşayış və ticarət mərkəzini tikən “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-nin sədri Azər İsmayılov həbs edilib.
Onun barəsində Xətai rayon Məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ancaq rəsmi qurumlar iş adamının həbs olunması barədə məlumat yaymadı. Onun həbsdə olub-olmadığı bilinmir.
Ulus.Az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, hadisənin bilinən tərəfi sahibkarın arxasındakı qüvvənin geri çəkilməsidir.
İddialara görə, A.İsmayılovu himayə edən və şirkətdə əli olduğu deyilən maliyyə naziri Samir Şərifov ona qahmar çıxmayıb. Nazir prezidentin qəzəbinə tuş gələn şirkət rəhbərini müdafiə etmək istəməyib.
Sosial şəbəkələrdə və saytlarda həmin ərazidə bina tikintisi üçün ağacların məhv edildiyini göstərən faktlar yayıldı. Bundan sonra rəsmi məlumat yayıldı ki, ölkə başçısı İlham Əliyevin ərazidə tikintini dayandırmağa və məsələni araşdırmağa göstəriş verib.
Daha sonra əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələyib. Fakt üzə cinayət işi də açılmışdı.
Daxil olam məlumatlarda o da deyilir ki, bu tikinti qalmaqalına görə Samir Şərifovun başı ağrıyıb. Çünki tikintiyə patronajlığı Samir Şərifov edib.
Ulus.Az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, şirkət faktiki olaraq Cahangir Hacıyevdən sonra Beynəlxalq Banka qısa müddətdə rəhbərlik etmiş Elmar Məmmədova məxsusdur.
Şirkətin həbs edilən sədri də ona yaxın şəxslərdən biridir. Bu çevrəyə himayədarlığı isə maliyyə naziri edir.
Daha bir maraqlı məlumat bundan ibarətdir ki, həmin ərazidə tikintinin aparılması vaxtilə hakimiyyətin üst qatında razılaşdırılıb.
Lakin Elmar Məmmədov Beynəlxalq bankın sədrliyindən çıxarılandan sonra bu məsələyə münasibət də dəyişib.
Məsələnin bu həddə gəlib çıxmasından sonra A.İsmayılov həbs olunub vəS.Şərifova ona dayaq olmayıb. Nazir bir iş adamına görə ölkə rəhbərliyi ilə problem yaşamaq istəməyib.
Bəzi saytların iddiasına görə, şirkətin gerçək sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ən sadiq adamlarından biri, “Akula Akif” kimi tanınan Akif Mustafayevin ”sağ əli” Aydəm İsmayılovdur.
Azər İsmayılov isə Aydəmin qardaşıdır. Aydəm İsmayılovun həyat yoldaşı Dilşad İsmayılova isə həmin MTK-nın direktorudur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?