GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Əhliman Əmiraslanovun “Onkolgiya bazarı”

Əhliman Əmiraslanovun “Onkolgiya bazarı”

Tarix: 31-01-2014, 16:18 Bölmə :Manşet Baxış: 1 546
Əhliman Əmiraslanovun “Onkolgiya bazarı”
Əhliman Əmiraslanovun adı siyasi arenada Rəsul Quliyevlə hallanır
Azərbaycan Tibb Universitetində “Koloniya sistemi” və yaxud akademik
Bu gün Azərbaycan səhiyyəsinin acınacaqlı durumu heç kimə sir deyildir. Rüşvət çirkabında boğulan ölkə səhiyyəsi əslində insanların sağlamlığını qorumasından daha çox onların cibinin soyulması ilə məşğuldur. Artıq Azərbaycan insanların həkimə getməyə qorxduğu bir ölkədir. Bir çox hallarda savadsız həkimlərin səhv, düzgün olmayan diaqnozu insan faciələri ilə nəticələnir. Maaşının azlığından şikayətlənən ağxalatlı həkimlərimiz bunun bütün ağrı-acısını sadə vətəndaşlardan çıxırlar. Apteklərlə faizə işləyən həkimlərimiz bahalı, çox vaxt yararsız dərmanları xəstələrə “sırımaqla” (başqa ad tapmaq mümkün deyil) onların taleyi ilə oynayırlar. Azərbaycan səhiyyəsinin yazılmamış qanunu belədirki, pulun yoxdursa ölməlisən.
Heç təsadüfi deyil ki, indi qarnı ağrıyan vətəndaşımız da sağalmaq ümidi ilə İrana üz tutmaq məcburiyyətində qalır.Buna səbəb təkcə qiymətlərin ucuzluğu deyil, həm də insanların öz həkimlərimizə inanmamasıdır. Əslində xəstələrə pulsuz xidmət etməli olan dövlət xəstəxanaları əsl həkimlərimiz tərəfindən sözün əsl mənasında talanır.
Ölkə səhiyyəsinin mövcud acınacaqlı, faciəli durumunda, savadsız tibb kadrlarının hazırlanması ilə məhşurlaşan Azərbaycan Dövlət Tibb Universitetinin “misilsiz” xidmətlərini vurğulamamaq mümkün deyil. Bilavasitə insanların sağlamlığını qorumalı olan kadrların hazırlanmasına cavabdeh olan bu alitəhsil ocağı isə daha çox şəxsi biznes maraqlarına xidmət edən bir təhsil müəssisəsidir. 1992-ci ildən bu təhsil ocağına rəhbərlik edən Əhliman Əmiraslanovun “yetirmələri” ölkə səhiyyəsinin “ağxalatlı qara ləkələrinə” çevriliblər. Demək olar ki, müstəqillik dövrümüzün “canlı tibb səlnaməsi” olan Ə.Əmiraslanovun Tibb Universitetində illərlə davam etdirilən siyasəti nəticəsində pulla diplom alan tələbələr səhiyyəmizdə at oynadırlar. Həkimlərimizin qoyduğu diaqnozlar əksər hallarda xarici ölkələrdə heyrətlə, gülüşlə qarşılanır. Çünki, “pulun gücünə malik olanların” məqsədi xəstəni sağaltmaq yox, pulunu “sağmaqdır” . Tibb Universiteti çoxdandır ki, Baloniya sisteminə keçsə də, əslində imtahanlar yenə də “dədə-baba” qaydasıyla, yəni pulla aparılır.Bir müddə təvvəl Tibb Universitetindən dərsə davamiyyəti pis olan yüzdən çox tələbənin qovulması haqqında məlumatlar yayılmışdı. Daha sonar isə həmin qovulan tələbələrin böyük əksəriyyətinin yenidən universitetə bərpa olunduğu məlum oldu və bu bərpaolunmaların hər birinin 20-40 min manat arasında baş verdiyi də vurğulanırdı. İndi düşünürsünüzmü ki, səhiyyə təhsilimiz kimlərin əlindədir və görün sağlamlığımızı kimlərə etibar edirik? Bir vaxtlar Rəsul Quliyevə “xüsusi” yaxınlığı ilə tanınan Ə.Əmiraslanov daha sonar sabiq səhiyyə naziri Əli İnsanovun “sədaqətli” kadrı olmuşdur. Ə.İnsanov vəzifəsindən kənarlaşdırılıb, həbs olunandan sonar Ə.Əmiraslanovun da vəzifədən götürüləcəyi an məsələsiydi. Lakin, bu zaman prezidentin dayısı Cəmil Əliyevin dəstəyi ilə vəzifəsində saxlanılan Əmiraslanov öz “gərgin elmi fəaliyyətini” davam etdirmişdir. Keçmiş “siyasi əlaqələri” onun fəaliyyətinə heç bir maneçilik törətməmişdir.
Akademik Ə.Əmiraslanov həm də ölkəninən böyük “onkologiya bazarının” rəhbəridir. Bu gün Azərbaycanda az qala qrip səviyyəsində yayılan bu dəhşətli xəstəlik “onkologiya bazarı”nın rəvac tapmasında mühüm rol oynayır. 2007-ci ildən Tibb Universitetinin Onkoloji Klinikasına rəhbərlik edən Ə.Əmiraslanov bu sahəni sözün əsl mənasında əməlli-başlı inhisara almışdır. Paytaxtda hörmətli Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi fəaliyyət göstərdiyi bir halda Ə.Əmiraslanov Universitetin Onkoloji Klinikasında öz “gərgin” fəaliyyətini davam etdirir. Həyatla ölüm arasında çarpışan xəstələr bu klinikada akademikin qoyduğu “xüsusiqaydalar” əsasında müalicə olunurlar. Necə deyərlər, Onkoloji klinikada qiymətlər “od tutub yanır”. Yaşamaq ümidiylə hər şeyini qurban verməyə hazır olan xəstələr üçün 3-5 min manat arasında dəyişən qiymətlərlə burada cərrahi əməliyyatlar həyata keçirilir.Bu da təsadüfi deyil. Axı akademik Ə.Əmiraslanov həm də millət vəkilidir. Millətin sağlamlığının keşiyində isə ucuz qiymətə durmaq olmur!
Məhz Ə.Əmiraslanovun “yetişdirdiyi” kadrların qoyduğu onkoloji diaqnozlarla İrana, Türkiyəyə, Rusiyaya üz tutan bir çox xəstlərdə ümumiyyətlə bu xəstəliklər müşahidə olunmamışdır. Bu gün İran xəstəxanaları Azərbaycandan axışan xəstələrlə dolub daşır.Çünki, məhz akademikin “od qiymətinə etdiyi” əməliyyatları burda qat-qat ucuz qiymətə, həm də keyfiyyətlə etdirmək olur. Klinikanın baş həkimi Nəsimi Qasımov və həkim heyyətinin “qayğıkeşliyini” görən xəstələrimiz dərd əlindən “başgötürüb” İrana, Turana qaçmağa məcbur olurlar.
Çünki, burada əməliyyat olunmağın qiymətləri bir yana, palatada yatmağın bir gününün qiyməti 20-30 manat arasındadır. Bu Onkoloji Klinikanın yazılmamış qanunlarından biridir. Həyatla ölüm arasında mücadilə edən xəstələrin bir günlük rahatlığını da satmaq məhz bizim səhiyyə sistemimizin “böyük uğurudur” . Bəs görəsən dövlət səhiyyə müəssisələrində müalicənin pulsuz olması haqqında president fərmanı nə üçündür?
Akademik Ə.Əmiraslanov 22 illik rektorluq fəaliyyətinin məntiqi nəticəsi bu günkü Azərbaycan səhiyyəsinin acınacaqlı vəziyyətidir. İnsanların sağlamlığına cavabdeh olan, gələcək həkimlərin rüşvətlə təhsil aldığı, imtahanverdiyi Tibb Universitetinin yarıtmaz fəaliyyəti nəticəsində ölkə səhiyyəsi can üstədir. Universitetdə pul gücünə təhsil alıb diplom qazanan, yenə də pulla təyinat əldə edərək müxtəlif xəstəxanalara yerləşən həkimlərin əsas məqsədi “mayasını çıxartmaqdır”.Bu gün ölkədə çoxlu sayda yeni, müasir tələblərə cavab verən, texniki təchizatı yüksək olan xəstəxanalar tikilib istifadəyə verilir. Amma, bu xəstəxanaların soyuq divarları savadlı, insaflı həkim nəfəsinə həsrətdir.
1992-ci ildən ATU rektoru, 1993-cü ildənATU-nin Onkologiya kafedrasının müdiri, 2007-ci ildən Universitetin Onkoloji Klinikasının direktoru, 2010-cu ildən Milli Məclisin deputatı olan akademik Ə.Əmiraslanovun yuxarıda sadaladıqlarımızdan aydın olur. Eyni vaxtda bir neçə mühüm postu əlində saxlayan akademikin bütün sahələrdə necə “fədakarlıqla” çalışdığının acı nəticələrini Azərbaycan səhiyyəsi və insanı hələ uzun illər yaşadacaqdır.
Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin seçiciləri də öz vəkillərinin üzünü seçkidən-seçkiyə görməyə alışıblar. Çünki, millət vəkilinin başı “onkoloji problemlərə” qarışdığından seçicilərinə vaxt ayıra bilmir.
Gözümüzün önündə Azərbaycan səhiyyəsinin gələcəyi metastaz vəziyyətindədir. Uzun illər bu sahəyə rəhbərlik edərək, öz qanunlarını həyata keçirən Ə.Əmiraslanov əslində Azərbaycanın tibbi təhsil sistemini “onkolji” vəziyyətə gətirmişdir. Kimsənin isə müalicəyə başlamaq niyyəti görünmür.
Məsələni diqqətimizdə saxlayacağıq və növbəti saylarımızda daha ətraflı məlumat verəcəyik.
Nicat Mahmudov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər"

    Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma ...

    23-07-2016, 01:25

  • 
  • Günün qoroskopu: 23 İyul 2016

    Günün qoroskopu: 23 İyul 2016 ...

    23-07-2016, 01:35

  • 
  • Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi bərbad durumdadır

    Azərbaycan səhiyyəsi heç vaxt olmadığı kimi ...

    30-01-2014, 12:30

  • 
  • Tibb Universitetində korrupsiya halları

    Tibb Universitetində korrupsiya halları ...

    31-01-2014, 13:16

  • 
  • Rektor hazırladıqları kadrların zəif olduğunu etiraf etdi

    Rektor hazırladıqları kadrların zəif olduğunu ...

    5-12-2013, 11:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu