GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində

Tarix: 21-05-2017, 19:32 Bölmə :Siyasət Baxış: 651
Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində


Xatırladaq ki, Bakıda “Trump Hotel”i Ziya Məmmədovun ailəsi “Trump Organization”la françayzinq müqaviləsi əsasında tikmişdi

Xəbər verildiyi kimi, ABŞ Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Robert Müller prezident Donald Trampın Rusiya ilə əlaqələrini və Moskvanın Amerika seçkilərinə müdaxiləsini araşdırmaq üçün xüsusi prokuror təyin olunub. O, Trampın Rusiya ilə birbaşa və dolayısı təmaslarına dair bütün faktları, o cümlədən onun biznes sövdələşmələrini araşdıracaq. Amerika mediası Robert Müllerin təhqiqat hədəfində Azərbaycanın bir vaxtlar ən qüdrətli klanlarından olan Məmmədovlar klanı ilə Bakıda “Trump Hotel”in açılmasına dair qalmaqallı sövdələşmə də yer alır.
“The Daily World” nəşrinin yazdığına görə ədliyyə nazirinin 3915 saylı əmrinə əsasən Robert Müller Trampın özünün və yaxın ətrafının, habelə onun “Trump Organization” şirkətinin “Rusiya hökuməti və ona bağlı şəxslərlə istənilən əlaqəsini və ya koordinasiyalı fəaliyyətini”, habelə araşdırmanın gedişində meydana çıxan və ya çıxa biləcək istənilən sualları araşdırmaq səlahiyyətindədir.

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində


Bu isə o deməkdir ki, Trampın və adamlarının 2016-cı il prezident seçkiləri ərəfəsində atdığı bütün addımlar, bütün biznes sövdələşmələri araşdırma predmetidir.
“Bu, olduqca geniş mandatdır”, - keçmiş xüsusi prokuror Donald Smalts bildirib.
Donald Smalts özü 1994-cü ildə o vaxtkı kənd təsərrüfatı naziri Mayk Espi ilə bağlı korrupsiya faktlarını araşdırmaq üçün xüsusi prokuror təyin edilib. O deyir ki, xüsusi prokuror olduqca geniş səlahiyyətlərə malik olur və bu baxımdan indi Trampla bağlı daha geniş, əhatəli və məqsədyönlü araşdırmanın başladığını demək olar.

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində


Beləliklə, keçmiş FTB direktoru Trampın, komandasının üzvlərinin və ailə üzvlərinin Cənubi Floridadakı Mar-a-Laqo iqamətgahında Rusiya nümayəndələri ilə görüşlərini, kürəkəni Cared Kuşnerin prezident seçkilərindən dərhal sonra Nyu-Yorkdakı “Trump Tover”də Rusiya səfiri Sergey Kislyakla görüşünü və bütün digər təmasları araşdıracaq.
O cümlədən, Trampın 2008-ci ildə Mayamidəki malikanəsini rusiyalı oliqarx Dmitri Rıbolovlevə satması da araşdırma predmeti olacaq. Həmin malikanə rusiyalı oliqarxa 95 milyon dollara satılıb və daşınmaz əmlak ekspertləri qiymətin “xeyli şişirdilmiş göründüyünü” deyirlər. Habelə xüsusi prokuror onu da araşdıracaq ki, rusiyalı oliqarxlar nədən Trampın Floridadakı daşınmaz əmlak biznesinə 100 milyon dollar yatırıblar.

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində


Trampın şəxsi hüquq müşaviri Maykl Koen də xüsusi prokurorun potensial təhqiqat obyektidir. O, bu ilin fevralında Trampa Ukraynadakı münaqişənin nizamlanmasına dair rusiyalı emiqrant və keçmiş konqresmen Feliks Saterdən daxil olan potensial sülh planını təqdim etmişdi. Hansı ki, “Trump Organization”da baş müşavir işləyən Sater rusiyayönümlü ukraynalı deputat Andrey Artemenko ilə yaxındır. Koen Trampın Azərbaycan və Gürcüstandakı biznes layihələrində də iştirak edib, seçki kampaniyasında onun qatı müdafiəçilərindən biri olub. Maykl Koenin Bakıdakı “Trump Hotel”in fonunda Trampın qızı İvanka və digərləri ilə çəkilmiş fotosu internetdə var.

Məmmədovlar klanı xüsusi prokuror Robert Müllerin hədəfində


Xatırladaq ki, Bakıda “Trump Hotel”i Ziya Məmmədovun ailəsi “Trump Organization”la françayzinq müqaviləsi əsasında tikmişdi. Lakin seçkilərdən bir ay sonra Tramp bu müqaviləni ləğv etdi. Buna baxmayaraq Trampın Bakıdakı otelə onun adının verilməsi və layihənin idarəedilməsi üçün Məmmədovlardan 2.8 milyon dollar aldığı məlumdur. Sənədlərdə “Trump Hotel”in sahibi kimi Ziya Məmmədovun qardaşı Elton Məmmədovun “Baku XXI Century” LLC şirkəti çıxış edir. Lakin layihənin keçmiş nazirin oğlu Anar Məmmədov tərəfindən həyata keçirildiyi məlumdur. Otel hazırda yarımçıqdır və istifadəyə verilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov daha Trampla öyünə bilməyəcək

    Ziya Məmmədov daha Trampla öyünə bilməyəcək ...

    20-12-2016, 00:21

  • 
  • Senatorlar Trampın Azərbaycanda korrupsiya sövdələşmələrinin araşdırılmasını tələb edirlər

    Senatorlar Trampın Azərbaycanda korrupsiya ...

    1-04-2017, 10:02

  • 
  • Trump: "Haqqımda araşdırma aparılmır"

    Trump: "Haqqımda araşdırma aparılmır" ...

    12-05-2017, 21:20

  • 
  • ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini araşdırır

    ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini ...

    21-01-2017, 23:41

  • 
  • ABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun oğlundan 2,5 milyon dollar alıb

    ABŞ prezidentliyinə iddiaçı Ziya Məmmədovun ...

    30-07-2015, 23:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu