Speys TV-nin “Hər gün” informasiya proqramının baş redaktoru Elman Gədikli tutduğu vəzifədən azad edilib.
“Gündəm Xəbər” bildirir ki, teleşirkətin prezidenti Vaqif Mustafayev baş redaktorun işdən çıxarılması ilə bağlı dünən saat 15:00-da əmr imzalayıb. Elman Gədikli işdən azad olunmasını təsdiqləyib və bildirib ki, öz ərizəsi ilə işdən çıxıb: “Qardaşım rəhmətə getdi, 40-ı çıxmamış bacım dünyasını dəyişdi. 11 il idi “Speys”də fəaliyyət göstərirdim. Adam bir yerdə çox işləyəndə yorulur. Bu səbəbdən işdən azad olunmağım üçün ərizə yazdım. Bir müddət istirahət etdikdən sonra əməkdar jurnalist olaraq ölkədəki KİV-lərin birində çalışacağam”. Ölkə.az isə Elman Gədiklinin Təhsil Nazirliyi əleyhinə hazırlanan tənqidi materialın hazırlanması və onun efirdə yayımlanması barədə tapşırıq verməsi səbəbindən işdən azad olunduğu barədə xəbər yayıb. Bildirilir ki, sözügedən tənqidi material efirdə yayımlanandan sonra Təhsil naziri Mikayıl Cabbarov Speys TV-nin prezidenti Vaqif Mustafeyevə zəng edərək, buna etirazını bildirib. Hətta Mikayıl Cabbarov həmin materialın Təhsil Nazirliyinə qarşı qərəz doğurduğunu vurğulayaraq, günahkarın cəzalandırılmasını istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?