Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində ölkə prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.
E.Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində Kolumbiya Respublikasının Prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.
Kolumbiya prezidenti X.M.Santos Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. Həmçinin, o ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.
Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və sözügedən əlaqələrin daha da inkiaşf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?