05 iyun 2017-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında 28 May Respublika Günü münasibəti ilə keçirilən tədbirlərin nəticələri müzakirə edilmişdir.
İdarə Heyətinin yığıncağında, 24 iyun Türklük Günü münasibəti ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planına əsasən 24 iyun Türklük Günü KXCP rayon – şəhər şöbələrində qeyd edilməsi qərara alınmışdır. KXCP İdarə Heyəti, 24 iyun 2017-ci il, saat 10:00-da Fəxri Xiyabanda Əbülfəz Elçibəyi ziyarət etmək haqqında qərar qəbul etmişdir.
KXCP İdarə Heyəti, son siyasi həbsləri bir daha geniş müzakirə edərək hakimiyyətin bu istiqamətdəki fəaliyyətini pislədi. KXCP hakimiyyətdən, siyasi rəqiblərinə qarşı repressiyalara son qoymağı və həbs edilənlərin dərhal azad olunmasını bir daha tələb edir.
KXCP İdarə Heyəti, təşkilati məsələlər müzakirə etmiş, müzakirənin nəticəsi olaraq , uyğun qərarlar qəbul etmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?