GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan üçün əsas gözlənti - Ermənistanda baş nazirlik uğrunda savaş qızışır

Azərbaycan üçün əsas gözlənti - Ermənistanda baş nazirlik uğrunda savaş qızışır

Tarix: 26-06-2017, 18:30 Bölmə :Siyasət Baxış: 716
Azərbaycan üçün əsas gözlənti - Ermənistanda baş nazirlik uğrunda savaş qızışır


Ermənistanda bu ilin apreldə qəbul edilən konstitusiya dəyişikliklərinə əsasən, 2018-ci ilin aprelindən ölkə parlamentli üsul-idarəyə keçid edəcək. Həmin vaxtdan etibarən indiki prezidentin səlahiyyətlərinin mühüm bir hissəsi baş nazirə keçəcək, Ermənistanda aparıcı söz sahibi parlament və onun təyin edəcəyi baş nazir olacaq.

İddialara görə, hakimiyyətdən getmək niyyətində olmayan və həmin vaxt ikinci müddətə səlahiyyət müddəti də başa çatacaq prezident Serj Sərkisyan o üzdən özünü məhz baş nazirliyə hazırlayır. Bu da o deməkdir ki, Sərkisyan əslində indiki baş nazir, Rusiyaya daha yaxın şəxs hesab edilən Karen Karapetyanın 1 nömrəli rəqibidir.

Doğrudur, nə Karapetyan, nə də Sərkisyan bu mövzuda konkret heç nə bildirməyiblər. Ola bilsin, o səbəbə ki, hələ vaxta var. Lakin əksər siyasi təhlilçilər iki rəqib arasında gizli-açıq sərt rəqabətin artıq başlandığı və güclənməkdə olduğu qənaətindədir.

*****

Təbii ki, bu mübarizədə həlledici sözü nə Karapetyan deyəcək, nə də Sərkisyan. Yekun qərar həmişəki kimi, Moskvanın olacaq. Bəs, Moskvanın rəyi daha çox kimin tərəfində ola bilər – nəzərə alsaq ki, Serj Sərksiyan da Kremlə bağlı kifayət qədər sədaqətli birisi hesab olunur?

Maraqlıdır ki, ötən həftə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller İrəvanda olub və yerli təhlilçilər bu səfəri qəfil və olduqca diqqətçəkici adlandırıblar. Rəsmi məlumata görə, Milleri baş nazir Karapetyan qəbul edib və əsas müzakirə mövzusu energetika olub. Lakin ehtimallara görə, Millerin öz köhnə dostu Karapetyanla görüşü qarşıdakı baş nazir qovğasında siyasi anlam da kəsb edə bilərdi.

Hərgah, “Exo” radiosunun və “Azadlıq” radiosunun siyasi icmalçısı Vadim Dubnova görə, çətin ki, Miller Ermənistana məhz daxili siyasi mübarizədə Karen Karapetyana dəstək vermək üçün gəlsin – hərçənd, onun sözlərinə görə, Karapetyanın Serj Sərkisyanla konfliktdə olduğu kifayət qədər aydındır. Musavat.com-un məlumatına görə, 1 in.am erməni portalına müsahibəsində rusiyalı ekspert bu konfliktin həmişə aktual olduğunu söyləyib.

“Bu – şəxsi konfliktdən çox, sistemli bir konfliktdir. Çünki hər iki xadim müxtəlif “siyasi janrları” təmsil edir. Əgər Karen Karapetyanı “yeni erməni burjuaziyası”nın nümayəndəsi adlandırmaq olarsa, Serj Sərkisyan “inkişafın oliqarxik mərhələsi”nə aiddir. Özü də “yeni erməni burjuaziyası” “oliqarxik burjuaziya”nın törəməsədir və oliqarxiyadan çox da aralanmayıb. Lakin hər iki təbəqənin maraqları yetərincə fərqlənir. Odur ki, belə bir konflikt var və o, şübhəsiz ki, siyasidir, nədən ki, 2018-ci ilin keçidinə bir ildən də az qalır və seçim eləmək lazımdır”, - deyə ekspert qeyd edib.

Rusiyalı analitik hesab edir ki, Karapetyanın çoxlu həssas tərəfləri var ki, Serj Sərkisyan onlardan yararlanmaya bilməz: “Ancaq mən elə də yaxşı başa düşmürəm ki, Karapetyan Sərkisyanla mübarizədə ləng toplanan hansısa siyasi işlərdən, kadr yığımından savayı nəyi dövriyyəyə buraxa bilər. Rusiyadakı erməni oliqarxları Ermənistanda hakimiyyət uğrunda bu rəqabətdə hansı rolu oynaya bilər? Rusiyada yaşayan erməni oliqarxları manevr üçün böyük imkanlara malik deyillər. Bir yandan, Karapetyan bütün kriteriyalar üzrə “mənəvi baxımdan” onlara daha yaxındır, amma başqa yandan da, həmin oliqarxlar Ermənistanın siyasi hakimiyyəti ilə yaxşı münasibətlərdə olmalıdırlar – hansı hakimiyyətin başında ki, Serj Sərkisyan durmaqda davam edir. Nə Ruben Vardanyan, nə də Samvel Karapetyan açıq şəkildə Serj Sərkisyana qarşı çıxmayacaqlar. Əlbəttə ki, onlar indiki baş nazirə gizli dəstək verəcəklər. Amma çətin ki, bu, həlledici anda Karapetyana kömək olsun”.

Bəs, Sərkisyanın prezidentlik səlahiyyətlərinin başa çatacağı və ölkənin parlamentli idarəçiliyə keçəcəyi 2018-ci ildə hadisələrin inkişafı necə gözlənilir?

Bu məqamı şərh edən Vadim Dubnov deyir ki, Serj Sərkiyanın, Karen Karapetyanın, yoxsa üçüncü bir şəxsin – məsələn, müdafiə naziri Vigen Sərkisyanın baş nazir olacağı haqda hələ ki yalnız ehtimalla danışmaq olar. “Mən düşünmürəm ki, biz 2018-ci ildə Serj Sərkisyanla tamamilə vidalaşacağıq. Ancaq o, hansı şəkildə hakimiyyətdə qalacaq, söyləmək çətindir. Fikrimcə, hansısa kompromis hər halda tapılacaq”, – deyə ekspert sonda əlavə edib.

*****

Azərbaycan üçünsə Ermənistanda baş nazirlik seçiminin kimin xeyrinə olacağının əslində elə böyük önəmi yoxdur. Ən azı o baxımdan ki, bizim belə bir atalar məsəlimiz də var: “İlanın ağına da lənət, qarasına da”. Amma hər halda Karapetyandan fərqli olaraq “müharibə partiyası”nı təmsil edən və Qarabağa dair hər hansı güzəşti rədd edən, bunu siyasi intihara bərabər sayan, nəhayət, əli dirsəyədək günahsız azərbaycanlıların və öz xalqının qanına batmış (2008, 1 mart İrəvan qətliamı) Xocalı canisi Serj Sərkisyandansa, Karapetyanın baş nazirliyi Azərbaycan üçün daha məqbul görünür. Yəni “iki pisdən ən yaxşısı” məsələsi.

Hərçənd təkrar edirik, onların hər ikisi Moskvaya sadiq adamlardır. Qarabağ məsələsində həlledici söz sahibliyi isə nə Sərkisyana məxsusdur, nə də Karapetyana və ya hər hansı başqa üçüncü –yana. Azərbaycan üçün əsas gözlənti də məhz Kremlin Ermənistanda baş nazirliklə bağlı kimə “dobro” verməsidir. Əgər bu dəfə də stavka Sərkisyana ediləcəksə, deməli, Rusiya Dağlıq Qarabağ məsələsində ciddi dönüş olmasında maraqlı deyil və o, işğal rejiminin bitməsini arzulamır. /musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanda yeni konstitusiya dəyişikliklərinin bəzi təfərrüatları üzə çıxıb;

    Ermənistanda yeni konstitusiya dəyişikliklərinin ...

    23-10-2013, 10:42

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Karen Karapetyan: "Respublikanın rəhbəri olmağa hazıram”

    Karen Karapetyan: "Respublikanın rəhbəri ...

    10-05-2017, 22:48

  • 
  • Serj Sərkisyan azərbaycanca danışdı

    Serj Sərkisyan azərbaycanca danışdı ...

    19-07-2013, 11:16

  • 
  • Deyəsən, Sargsyan  hakimiyyətdən əl çəkmək istəmir

    Deyəsən, Sargsyan hakimiyyətdən əl çəkmək istəmir ...

    6-03-2017, 01:13


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu