GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi

“Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi

Tarix: 27-07-2017, 11:06 Bölmə :Siyasət Baxış: 630
“Bakı Qarabağı qısa zamanda qaytaracaq” - işğalçı üçün fəlakət ssenarisi


Təcavüzkara şimal xəbərdarlığı: “Azərbaycana qarşı durmaq üçün Ermənistanın öz ”qılıncı" bəs eləməz!"; Rusiya nəşrinə görə, Moskva Ermənistandan hətta qısa müddətə üz çevirsə, bu, işğalçıya baha başa gələcək...

O Rusiya ki, nəinki cırtdan Ermənistanın təhlükəsizliyini, o sırada Türkiyə və İranla xarici sərhədlərinin mühafizəsini və hava məkanının qorunmasını bütünlüklə öz üzərinə götürüb, eyni zamanda onun əhalisinin pis-yaxşı təminatı da Moskvanın hesabınadır. Moskva işğalçı ölkəyə hətta silah-sursatı, təbii qazı da daxili bazar qiymətinə, ucuz satır ki, bu vassal ölkə ayaqda dura bilsin, əhalisi acından ölməsin, Azərbaycandan çox geri qalmasın.

Bu fonda ermənilərin yenə Rusiyadan narazı qalaraq Kremlə qarşı yeni ittihamlar və tələblər irəli sürməsi, hətta Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq tələbləri, axır vaxtlar isə üstəlik, Qərbdə Rusiyaya alternativ axtarmağa başlaması heyrət doğurmaya bilməz Rusiyanın tanınmış nəşrlərindən olan rosbalt-ru-dakı son təhlili məqalələrdən biri məhz ermənilərin bu nankor münasibətinə həsr olunub.

***

Məqalədə öncə rus dilinə Ermənistanda ikinci dövlət dili statusu verilməsi təklifinə rəsmi İrəvanın sərt təpki göstərməsi ilə bağlı şərh yer alıb: “Görəsən, Rusiyaya erməniləri növbəti dəfə gərginləşdirib özünə qarşı kökləməsi nəyinə lazım olub? Bəlkə ona görə ki, Ermənistan noyabrda Avropa Birliyi ilə əməkdaşlıq haqda Çərçivə Sazişi imzalamağa hazırlaşır?

Yada salaq ki, 2013-cü ildə İrəvan analoji sənədi imzalamağa hazır idi, lakin son anda Ermənistan hakimiyyəti Kremlin təzyiqi altında bundan imtina elədi. Bununla da Ermənistanın xarici siyasət vektoru dəyişməz - rusiyayönlü kimi qaldı.

Bunun ardınca Avropa Birliyi sanki ayıldı və İrəvana anlaşmanın ”daha yüngül" variantını imzalamağı təklif elədi - hansı anlaşma ki, Ermənistanın eyni zamanda Avrasiya Birliyində üzv qalmasına mane olmasın və Kremldə də qıcıq yaratmasın. Ancaq Moskva başa düşməyə bilməz ki, hətta Ermənistanın Avropa Birliyi ilə “ziyansız” yaxınlaşması da geosiyasi rəqabət yaradır və hələ bilmək olmaz ki, bu, zaman ötdükcə Rusiya üçün hansı əks-sədanı verəcək?"


Məqalə müəllifi bu və digər səbəbdən İrəvanın Brüssellə belə bir yaxınlaşmanı real hesab eləmir: “Birincisi, buna Azərbaycanla həll olunmamış Qarabağ konflikti mane olur. Əgər Rusiya cəza kimi Ermənistana yiyə durmasa, Azərbaycan çox sürətlə və böyük itkilər hesabına olsa belə, Dağlıq Qarabağ da daxil, işğal edilmiş əraziləri qaytarar. Bundan əlavə, Ermənistanın təhlükəsizliyi üçün Türkiyə faktoru, məhsullar üçün satış bazarı olduqca önəmlidir - hansını ki, Ermənistanın əsas idxalçısı olan Rusiya mütləq qapadacaq. Eyni zamanda onun təbii qazını da kəsəcək və elə bir situasiya yaradacaq ki, ölkəyə İran yanacağının daxil olması da mümkünsüz hala gəlsin. Bundan əlavə, Ermənistanda Rusiya hərbi bazası yerləşib və o, Rusiyanın lokomotiv olduğu KTMT-nin üzvü kimi bu təşkilat qarşısında müəyyən öhdəliklərə malikdir”.

Ekspertin fikrincə, Ermənistanın Rusiyadan həyatı asılılığını təsdiqləyən başqa “bəndləri” də uzun-uzadı sadalamaq və praktik olaraq, respublikanın AB-dən asılılığını sıfra endirmək olar. “Mahiyyət etibarilə AB-yə Ermənistandan nə lazımdır? İdeoloji tabeçilikdən savayı heç nə və bir də bu tabeçilik vasitəsilə postsovet məkanın bir hissəsində möhkəmlənmək. Ermənilərin Avropadan ala biləcəyi maksimum şey - ”demokratiyanın irəliləməsi" (bu da çox şübhəlidir və müstəsna olaraq Rusiya təsirinə qarşıdır) və hansısa texnologiyalar ola bilər. Avropa Birliyi isə əlbəttə ki, Ermənistanın Azərbaycana qalib gəlməsi üçün vuruşmayacaq. Konkret deyilsə, Avropaya Rusiyaya qarşı siyasi savaşda İrəvanın sadəcə, dəstəyi və onun Qərbin geosiyasi maraqlarına tabe olması lazımdır. Hələ məlum deyil ki, Moskva İrəvanın AB ilə imzalamaq istədiyi anlaşmanın detallarından xəbərdardır ya yox. Ancaq bir şey dəqiqdir: əgər Kreml öyrənsə ki, budəfəki çərçivə sazişində də onun maraqlarına toxunan müddəalar var, onun imzalanmasına əvvəlki sənəd kimi imkan verilməyəcək" - müəllif vurğulayıb.

Bu xüsusda məqalədə məxsusi qeyd olunur ki, Ermənistan Rusiyanın “ayağına” uyğun addımlamaq zorundadır: “Real siyasət İrəvana imkan verməyəcək ki, o, Rusiyanın cızdığı ”addımdan" kənar kənara çıxsın. Kəsəsi, Ermənistan hələ ki Rusiya və Qərb üçün yalnız qarşı duran tərəflərin öz geosiyasi təsirlərini təsbit eləməkdə əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyəti Rusiyadan üz döndərməyəcək - respublika üçün fəlakətli olacaq belə bir şey, hətta onların ağlına gəlsə belə. Ancaq o həddə qədər ki, Moskva buna imkan verəcək. Odur ki, Ermənistan bundan sonra da Avrasiya İqtisadi Birliyində olacaq, Rusiyanın gözünə baxacaq və özünü elə aparacaq ki, guya başqalarının da gözünə baxır. İrəvanın başqa yolu varmı?"

***
Şübhəsiz ki, ayrı yol, ayrı alternativ yoxdur. Hərçənd erməni siyasiləri, o cümlədən rəsmilər özlərini elə aparırlar ki, guya ki, var. Guya ki, Rusiyanın vassalı kimi Ermənistan da müstəqil və suveren dövlətin atributlarına malik, müstəqil xarici siyasət yürütmək iqtidarında imiş.

Əlbəttə ki, belə şey yoxdur. Ermənistan üçün indi tək bir seçim var: ya Qarabağa görə işğalçı kimi qalıb bu zaman müstəqilliyin bütün atributlarını həmişəki kimi Moskvaya peşkəş eləmək, Moskvanın girovu olmaq, ya da işğalçı siyasətə son qoyub da Azərbaycanın, Türkiyənin və Gürcüstanın ərazi bütövlüyünü tanımaq, dövlət kimi öz müstəqilliyini bərpa eləmək, qonşularla birgə inkişafa və rifaha qovuşmaq./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvana qarşı yeni “tələ” - Kreml işğalçının cilovunu çəkir

    İrəvana qarşı yeni “tələ” - Kreml işğalçının ...

    20-07-2017, 10:30

  • 
  • Erməni qəzeti: “Putin regionda ilk səfərini onun üçün maraqlı ölkəyə etdi”

    Erməni qəzeti: “Putin regionda ilk səfərini onun ...

    14-08-2013, 01:10

  • 
  • [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ilə yanaşı, Kremldən asılılığı da sürətlə artır; düşmən ölkə Azərbaycan və Türkiyə ilə dil tapmadan süquta məhkumdur...

    [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ...

    11-07-2017, 10:12

  • 
  • Moskvadan Yerevana dəstək bəyanatı: “Rus ordusu Ermənistanın təhlükəsizliyini etibarlı qoruyur”

    Moskvadan Yerevana dəstək bəyanatı: “Rus ordusu ...

    25-06-2013, 16:54

  • 
  • Kreml Qarabağ “sərhədlərini” mühafizəyə hazırlaşır - Şok

    Kreml Qarabağ “sərhədlərini” mühafizəyə ...

    11-07-2017, 11:29


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu