GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ərdoğanın iki seçimi

Ərdoğanın iki seçimi

Tarix: 3-06-2013, 14:22 Bölmə :Siyasət Baxış: 788
 Ərdoğanın iki seçimi
İstanbulun Taksim meydanındakı kiçik bir parkda 10-15 ağacın başqa yerə köçürülməsinin Türkiyəni lərzəyə salacaq sosial gərginliyə gətirib çıxaracağını kimsə gözləmirdi. Hakim Ədalət və İnkişaf Partiyasının sədri, baş nazir Rəcəb Teyyub Ərdoğan iqtidarda olduğu 10 ildə ilk ciddi müqavimətlə üzləşib. Hətta hərbçilərin postmodern çevrilişləri Ərdoğanı bu qədər silkələməmişdi. Əksinə, hərbçilərin Ərdoğana hədə-qorxusu cəmiyyətin qınağına səbəb olmuş və baş nazirin mövqeyini gücləndirmişdi. Parkda heç bir siyasi qrupa adi olmayanların döyülməsi və bibər qazına tuş gəlməsi isə bu dəfə cəmiyyətdən Ərdoğana qarşı impulsların göndərilməsinə yol açdı.

Azlıq çoxluğa tabe olmaq istəmir

Taksimdən başlayan kiçik etiraz Ankara, İzmir, Adana, Antalya və digər şəhərlərə yayılıb. Gəzinti parkının dağıdılmasına etiraz Türkiyənin müasir siyasi tarixində iki yeniliklə də yadda qaldı. Birinci yenilik ondan ibarətdir ki, Ərdoğan polislə sərt toqquşmalardan çəkinməyən etirazçıların müqavimət gücünü gördükdən sonra Taksimin mərkəzində icazəsiz toplanmaya yaşıl işıq yandırdı. Halbuki Ərdoğan və ondan əvvəlki baş nazirlər heç zaman Taksimdə icazəsiz aksiyaya imkan verməyiblər. Məğlubiyyətə öyrəşməyən Ərdoğan ilk dəfə geri çəkilmək məcburiyyətində qaldı. Bu gün Taksim meydanı etirazçıların məkanına çevrilib və polis hələ ki, hadisələri kənardan müşahidə etməklə məşğuldur.

İkinci yenilik ondan ibarətdir ki, Taksimdəki etiraz Türkiyənin fərqli siyasi spektrini bir araya gətirdi. Etirazçılar Cümhuriyyət Xalq Partiyası, radikal solçu və marginal qruplardan tutmuş türk millətçiliyinin simvolu sayılan Milliyyətçi Hərəkat Partiyası ilə kürd millətçiliyinin daşıyıcısı olan Barış və Demokratiya Partiyasının tərəfdarlarından ibarət idi. Doğrudur, sonrakı günlərdə MHP başqanı Dövlət Baxçalı millətçilərin etirazçılarla bir sırada olmadığını açıqladı. Buna baxmayaraq Baxçalı etirazçılara qarşı hədsiz gücdən istifadə edilməsinə etirazını da dilə gətirdi.

Nə baş verdi ki, fərqli spektr və fərqli ideoloji cərəyanların təmsilçiləri eyni anda Ərdoğana qarşı birləşdi? Bu mənada Ərdoğanın “Gəzi parkı sadəcə bəhanə idi” fikri ilə razılaşmamaq olmur. Həqiqətən bu qədər kütlə 5-10 ağacın başqa yerə köçürülməsi və parkın yerində daha möhtəşəm meydanın inşasına görə Türkiyəni lərzəyə gətirməzdi. İş o yerə çatıb ki, xaricdə yaşayan türklər də dünyanın müxtəlif ölkələrində Ərdoğana qarşı etiraz yürüşləri təşkil ediblər.

Qəfil ortaya çıxan problemi Ərdoğanın siyasətində axtarmaq lazımdır.

Rəcəb Teyyub Ərdoğanın Türkiyə tarixində imzası var. Uzun illərin koalision hökumətlərinin ardından insanlar 2000-ci illərin əvvəllərində yeni formalaşan Ədalət və İnkişaf Partiyasını və onun lideri Ərdoğanı təkbaşına hakimiyyətə gətirdilər. Ərdoğan bu illərdə Türkiyəni ağır iqtisadi böhrandan çıxartdı, ölkə inkişaf yoluna qədəm qoydu, Beynəlxalq Valyuta Fonduna 23 milyard dollarlıq borc qaytarıldı. O, PKK probleminin birdəfəlik həllinə də girişib, terrorçular Türkiyəni tərk ediblər, növbəti mərhələdə tərk-silah məsələsi gələcək. Bu uğurlar daxildə və xaricə Ərdoğanın reytinqini artırırdı.

Ancaq bu uğurlar eyni zamanda Ərdoğana psixoloji problemlər də yaradıb. 10 il təkbaşına iqtidar və parlamentdəki çoxluq Ərdoğanda özünəvurğunluq formalaşdırıb. Taksimdəki olaylardan bir neçə gün öncə İstanbulda üçüncü körpünün təməl mərasimi keçirilirdi. Həmin mərasimdə bəlli oldu ki, Ərdoğan prezident Abdulla Güllə məsləhətləşərək körpünün adını Sultan Səlimin şərəfinə Yavuz qoyub. İlk baxışdan normal görünən bu qərar da cəmiyyətin bir qismini narahat etdi. Narazılıq baş nazirin körpünün adını ictimai müzakirəyə çıxarmadan öz bildiyi kimi qoymasında idi. O biri yandan Türkiyədə yaşayan ələvilər də qərardan narazı qalaraq Sultan Səlimin vaxtilə ələvilərə qarşı qətllər həyata keçirdiyini xatırlatdılar. Və ya Ərdoğanın bu günlərdə atdığı digər addım – içki yasağının parlamentdə qəbul olunması. Ərdoğan yaxın gələcəkdə konstitusiyanı da köklü dəyişdirərək səlahiyyətləri artırılmış prezident olmaq istəyir.

Ərdoğanın bu addımları cəmiyyətin fəal hissəsini qıcıqlandırmağa başlayıb. 10 ildir hakimiyyətdə Ərdoğanı görməkdən yorulan kəsim baş nazirin azlığın istəyini və düşüncələrini diqqətə almamasından narazıdır. Gəzinti parkı son damla oldu. Son toqquşmalar göstərdi ki, baş nazirin “mən nə edirəmsə, düz edirəm” prinsipi artıq rahat işləmir.

Bundan sonra nə baş verəcək?

Ərdoğan hazırda ciddi dilemma qarşısındadır: Ya təkpartiyalı hökumətin verdiyi üstünlükdən istifadə edərək heç kimlə məsləhətləşmədən ölkəni idarə etmək, ya da əzici üstünlüyə rəğmən bir qədər geri çəkilərək azlığın da maraqlarını diqqətə almaq. Baxmayaraq ki, baş nazir güzəştə gedərək Taksimi etirazçıların öhdəsinə buraxıb, ancaq bu, daha çox taktiki gedişə bənzəyir. Ərdoğan prinsipial məsələlərdə geri çəkilməyəcəyini elə etirazlar günü verdiyi açıqlamalarda göstərdi. O deyib ki, Taksimdə yenidənqurma işlərini davam etdirməklə yanaşı oradakı Atatürk mərkəzini də sökəcək, üstəlik, meydanda məscid inşa edəcək.

Ərdoğanın geri addım atmamasının səbəbi bəllidir. O, müxalif qruplara ciddi güzəştə gedəcəyi və Taksim layihəsindən imtina edəcəyi halda başqa istiqamətlərdə də mövqeyinin zəifləyə biləcəyindən ehtiyat edir. Əslində Gəzinti parkı uğrunda hər iki tərəfin davam etdirdiyi barışmaz mübarizə gələcək seçkilərə hesablanıb. Müxalifət dirənmək və etirazın miqyasını artırmağa çalışmaqla hakim partiyanın və Ərdoğanın mövqelərini zəiflətməyə və onun reytinqini azaltmağı hədəfləyib. Bunu Ərdoğan da anlayır və məhz buna görə taktiki addım kimi müvəqqəti olaraq Taksim meydanını müxalifətə “təslim” edib. Çünki Ərdoğan polislə etirazçılar arasında daha çox toqquşmanın yaralıların sayının artmasına gətirib çıxaracağını və toqquşmalarda ölüm hallarının baş vermə ehtimalının onun reytinqini zəiflədəcəyini bilir.

Ərdoğan eyni zamanda etirazçıların bölünməsinə də çalışır. Onun hesablamasına görə, sıravi və heç bir siyasi qrupa bağlı olmayan vətəndaşlar evlərinə çəkildikdən sonra meydan marginal qruplara qalacaq. Həmin qruplar isə dükanlara, banklara hücum edəcək, arabaları və avtobusları yandıracaqlar. Bu hallar ara-sıra indi də müşahidə olunur. Bu kimi xuliqanlıqların artması isə əksinə, Ərdoğanın işinə yarayacaq və bir müddət sonra onun məhz başıpozuq qruplara qarşı mübarizə apardığı siyasətini güclənəcək. Ona görə də bu vəziyyətdə müxalifət üçün ən uğurlu gediş tərəfdarlarını küçələrdən geri çəkmək olardı. Onsuz da Ərdoğan narazılığın miqyasını gördü, etiraz hədəfinə çatdı, missiya yerinə yetirildi. Ərdoğan ölkəni yenə öz bildiyi kimi idarə edəcəksə, həmin etiraz yenə küçələrə axışa bilər. Əks halda, marginal qrupların küçə və meydanlara sahibliyi “Gəzi hərəkatını” gözdən salacaq. O da diqqətə alınmalıdır ki, Türkiyənin daxildən qarışmasında maraqlı olan xarici qüvvələr var. Türkiyənin bölgədə rolunun və çəkisinin artmasından narahat olan həmin xarici qüvvələr Türkiyədəki etirazdan öz məqsədləri üçün istifadə edə bilərlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğana ciddi zərbə vuruldu

    Ərdoğana ciddi zərbə vuruldu ...

    11-05-2014, 17:47

  • 
  • İlham Əliyev Ərdoğana arzularını çatdırdı

    İlham Əliyev Ərdoğana arzularını çatdırdı ...

    1-04-2014, 10:52

  • 
  • Ərdoğanı prezident elan etdilər

    Ərdoğanı prezident elan etdilər ...

    30-05-2014, 08:54

  • 
  • Ərdoğan bu barədə ilk dəfə danışdı

    Ərdoğan bu barədə ilk dəfə danışdı ...

    17-04-2014, 10:33

  • 
  • Ərdoğanın oğlu ilə 30 milyon söhbəti Türkiyəni küçələrə tökdü - (Video)

    Ərdoğanın oğlu ilə 30 milyon söhbəti Türkiyəni ...

    26-02-2014, 01:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu