Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə oğlu Bilal Ərdoğana aid edilən səs yazısının internetdə yayılmasından sonra Türkiyənin bir çox vilayətlərində əhali küçələrə çıxaraq etiraz nümayişlərinə başlayıb.
ANS PRESS-in məlumatına görə, polis bəzi vilayətlərdə etirazçıları gözyaşadıcı qazla dağıdıb.
İzmir, İstanbul, Eskişehir və Muğla da daxil olmaqla 10-a yaxın vilayətdə nümayişlər qeydə alınıb. Bəzi vilayətlərdə etirazlar dinc yürüşlə gerçəkləşdirildiyi halda, bəzi vilayətlərdə polislə etirazçılar arasında toqquşma qeydə alınıb.
500 nəfərdən ibarət qrup İstanbulda hakim partiya AKP-nin binasına hücum etmək istəyəndə polis onların qarşısını kəsib və su şırnaqları ilə partiyanın ofisindən uzaqlaşdırıb. Polislə nümayişçilər arasında gərginlik yaşanıb. İzmitdə isə 300 nəfərlik qrup AKP-nin rayon bölməsinin binasını yumurta yağışına tutub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?