GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı AÇIQLAMA

DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı AÇIQLAMA

Tarix: 23-08-2017, 16:29 Bölmə :Siyasət Baxış: 462
DİN-dən Lerikdəki dəhşətli qətllə bağlı AÇIQLAMA


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Lerik rayonunda baş vermiş cinayət hadisəsi ilə bağlı birgə məlumat yayıb.

DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayonunda törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.
Belə ki, cari il avqustun 22-də saat 05.20-də rayonun Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə Daxili İşlər Nazirliyinin 102-Zəng Xidməti Mərkəzinə zəng edərək atası Elman Hüseynovun yaşadıqları evi yandırdığını, habelə anası Şükufəni və bacısı Süsəni öldürmək istədiyini bildirib.
Məlumatla əlaqədar rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları dərhal hadisə yerinə çıxmış və göstərilən ünvanda yanğının baş verməsi müəyyən edilmişdir. Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinin yangınsöndürmə xidmətinin əməkdaşları təxirəsalınmadan hadisə yerinə çağırılaraq yanğının söndürülməsinə cəlb olunmuşlar. Həyata keçirilmiş kompleks tədbirlərlə yanğının qısa müddətdə söndürülməsi təmin edilmiş, bu zaman ümumi sahəsi 137 kvadratmetr olan birmərtəbəli, üçotaqlı evin tamamilə yanması məlum olub.
Yanğın söndürüldükdən sonra mənzildən ev sahibi Elman Hüseynovun, onun həyat yoldaşı Şükufənin və qızı Süsənin yanaraq tanınmaz hala düşmüş meyitləri aşkar edilmişdir. Məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlkin araşdırma zamanı Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, Elman Hüseynovun ona da xəsarət yetirməyə cəhd göstərsə də həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini göstərib.
Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı Elman Hüseynovun boyun və sağ kürək nahiyələrində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb.
Ekspertizanın rəyi ilə M.Mehdizadənin izahatı arasında uyğunsuzluq yarandığından, eləcə də üç ailə üzvünün öldürülərək evin yandırılması cinayətini törətməsində əsaslı şübhələr olduğundan sonuncu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, avqustun 21-də günorta və axşam radələrində Elman Hüseynovla həyat yoldaşı arasında ailə münaqişəsi zəminində mübahisə baş vermişdir. Avqustun 22-nə keçən gecə səsə oyanmış Süsən valideynlərinin yatdığı otağa daxil olduqda anası Şükufəni divanda huşsuz vəziyyətdə görmüşdür. Gecə qəfil yaranmış hay-küyün yaranma səbəbini öyrənmək üçün yataq otağına daxil olan M.Mehdizadə bacısının atası tərəfindən öldürülməsinin şahidi olmuş, eyni aqibətlə üzləşməmək üçün bıçaqla E.Hüseynovun boyun və sağ kürək nahiyəsinə bir neçə zərbə endirib.
Daha sonra cinayətin izini itirmək məqsədilə o, yataq otağındakı lampanın neftini həyatlarını itirmiş ailə üzvlərinin üzərlərinə, evin digər hissələrinə tökərək mənzili yandırmışdır. M.Mehdizadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evdə yanğın törətdiyini etiraf etmişdir. O, cinayətin aləti olan bıçağı da maddi sübut kimi istintaqa təqdim edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin oğlu imiş — TƏFƏRRÜATLAR

    Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin ...

    23-08-2017, 15:43

  • 
  • Bakıda bomba həyacanı yaradan şəxs həbs oldu

    Bakıda bomba həyacanı yaradan şəxs həbs oldu ...

    6-04-2016, 21:32

  • 
  • 66 cinayət faktından 29-nun üstü isə “isti izlər”lə açılıb

    66 cinayət faktından 29-nun üstü isə “isti ...

    10-07-2014, 18:24

  • 
  • Bərdədəki dəhşətli cinayətlə bağlı Rəsmi məlumat

    Bərdədəki dəhşətli cinayətlə bağlı Rəsmi məlumat ...

    4-02-2014, 17:13

  • 
  • DİN polisləri güllələyən şəxslə bağlı məlumat yaydı

    DİN polisləri güllələyən şəxslə bağlı məlumat ...

    24-10-2013, 15:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu