Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb KİV-lərə ötürürlər. Əksər hallarda olduqca primitiv üslub daşıyan və dezinformasiya olduğu dərhal görünən belə uydurmalardan biri də ötən gün yayılıb.
Orada Giləzidə sursat anbarında baş vermiş partlayışın "səbəbi" barədə bəhs olunur. Virtualaz.org erməni xislətinə və düşmənin mahiyyətinə uyğun olan həmin iyrənc yalanın məzmununu xatırlatmağa belə lüzum görmür. Bununla belə, saytımız Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb və ermənilərin növbəti “feyk-hücum”u ilə bağlı şərh almağa çalışıb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, erməni KİV-lərində yayılmış bu uydurmadan xəbardardırlar. "Biz bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər", - mətbuat xidmətindən bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?