GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilər Ermənistandan qaçır - hava limanlarında bilet xaosu

Ermənilər Ermənistandan qaçır - hava limanlarında bilet xaosu

Tarix: 30-09-2017, 10:00 Bölmə :Siyasət Baxış: 469
Ermənilər Ermənistandan qaçır - hava limanlarında bilet xaosu


Düşmən ölkə sosial-siyasi partlayış ərəfəsində; Ümidsizliyə qapılan, işsizlik problemi yaşayan əhali siyasi ömrünü daha 5 il uzatmağa hazırlaşan kriminal Sərkisyan rejimindən və müharibə xofundan qurtulmağın başqa yolunu görmür; aparıcı erməni nəşrindən ilginc faktlar: “Burada əsl bardakdır...”

İşğalçı Ermənistanda daxili ictimai-siyasi durum günbəgün ağırlaşmaqda davam edir. Düşmən ölkədə indi artıq təkcə övladları boş yerə Qarabağda öldürülmüş əsgər anaları deyil, tələbələr və vəkillər də, digər sosial təbəqələrin təmsilçiləri də, kəsəsi, hamı vaxtaşırı etiraz aksiyaları keçirir, etirazın bir forması kimi tez-tez aclıq aksiyalarına əl atırlar.

Ermənistandan bu yöndə gələn xəbərlər faktiki surətdə ölkənin böyük sosial-siyasi partlayış ərəfəsində olduğuna şəhadət verir. Yerli və xarici təhlilçilər də bu yöndə xəbərdarlıqlar eləməkdədirlər. Vəziyyəti qəlizləşdirən amillərdən biri isə Ermənistanı 20 ilə yaxındır “gəlmə” ermənilərin - “Qarabağ erməniləri”nin istədiyi kimi idarə eləməsidir. Təbii ki, daxili ictimai narazılığın digər köklü səbəbləri də var.

*****

Musavat.com-un məlumatına görə, bu xüsusda aparıcı erməni nəşrlərindən olan “Qraparak”ın son sayındakı redaksiya məqaləsi maraq doğurur. Nəşr ölkənin əsas çıxış qapıları olan hava limanlarındakı situasiyaya diqqət çəkərək yazır: “Ermənistanın aviabiletlər bazarında yumşaq desək, ”idarəolunan xaos", kobud dillə isə desək, “tam bardak” hökm sürür. Hətta Gürcüstan istiqamətində ən ucuz sayılan biletlər belə, az qala hər saniyə bahalaşır. Şirkətlərin “menecerləri” axşam bir qiymət elan edirlər, səhər isə alış zamanı aydın olur ki, iki biletdən biri baha, o biri isə daha bahadır".

Qəzetin yazdığına görə, bu payız günlərində ölkədə bilet qiymətlərinin ələlxüsus Moskva və Tiflis istiqamətlərində süni atımı “Staxanov tempi” ilə davam edir. “Qat-qat ağlamalı vəziyyət isə biletlərin qaytarılması ilə bağlı yaşanır: heç bir mexanizm mövcud deyil, sərnişin hətta uçuşa bir həftə qalmış səhhətindəki problemlə bağlı bileti geri verirsə belə, bircə dram da qaytarılmır. Bu şəkildə əsasən Rusiya aviaşirkətləri, o cümlədən ”Aeroflot" fəaliyyət göstərir - hansı ki, qiymətlərin kəllə-çarxa çıxmasında rekordçu hesab edilə bilər", - deyə nəşr sonda əlavə edir.

*****

Əslində qəzetin yazdıqları işğalçı Ermənistanın mövcud durumu fonunda təəccüblü deyil. Hava limanlarındakı bilet ajiotajı da mövcud aclınacaqlı sosial-ictimai durumun doğurduğu məntiqi sonunclardan yalnız biridir.

Məsələ ondadır ki, bu ilin aprelində keçirilən və ölkənin yeni dönəmə (parlamentli üsul-idarəçiliyə) keçidinin əsasını qoymuş seçkilərdə erməni xalqı ümidli idi ki, rəhbərliyə hər halda yeni, daha praqmatik siyasi qüvvələr gələcək. Məlum olduğu kimi, bu ümidlər dəfn edildi və 19 ildir Ermənistanda hakimiyyəti zəbt eləmiş “Qarabağ klanı”, Dağlıq Qarabağdakı separatçı hərəkatın “səhra komandirləri”, Xocalı hərbi caniləri hakimiyyəti əldə saxlaya bildilər - təbii ki, həm də Rusiyanın “dobrosu” ilə.

Bu da o anlama gəlir ki, Ermənistanda 19 il öncə ciddi şəkildə dərinləşməyə başlamış iqtisadi-siyasi böhran davamlı olacaq. İndi az çox ağılını itirməyən ermənilər də yaxşı başa düşür ki, Dağlıq Qarabağ münaqişəsi yoluna qoyulmadan, Azərbaycan və Türkiyə ilə iqtisadi, siyasi, diplomatik, insani əlaqələr bərpa edilmədən, qısası, izolyasiya durumu aradan qalxmadan Ermənistanın inkişafı, dirçəlməsi mümkün olmayacaq. Demək, əhalinin rifahı da ilk növbədə Rusiyadan gələn pul transfertlərinə, bir də diaspordan dilənilən vəsaitlərə bağlı qalacaq.

*****

Müharibə və blokada vəziyyəti, habelə xarici aləmə və dünya okeanına çıxışın olmaması üzündən böyük xarici sərmayələrin ölkəyə gəlişinin əngəllənməsi, iş yerlərinin yoxluğu, hakimiyyəti sarmış korrupsiya və sabaha inamsızlıq yekun etibarilə sıravi və iş qabiliyyətli vətəndaşları kütləvi şəkildə ölkədən köçə vadar edir. Hər necə olmasa, istənilən insan və ailəsi təhlükəsizlikdə, yaxşı yaşamaq istəyir. Çünki həyat insana bir dəfə verilir. Qarabağ ixtilafı isə artıq 30-cu ilinə yaxınlaşmaqdadır.

İşğalçı ölkənin blokadası, xarici aləmdən təcridi isə bəlli səbəblərdən ilbəil daha da güclənir. Elə bu günlərdə Baklı-Tiflis-Qars dəmiryolunun istismara hazır olması haqda gələn xoş xəbər İrəvan üçün, ermənilər üçün növbəti pis müjdə hesab edilə bilər. Çünki bu dəmiryolu Ermənistan iqtisadiyyatının “rüşeym halında” qalmasının ömrünü uzadacaq, ölkənin tranzit önəmini daha da azaldacaq, emiqrasiyanı sürətləndirəcək.

Təsadüfi deyil ki, indiki prezident Serj Sərkisyanın dönəmində daha çox erməni Ermənistanı tərk edib, nəinki eks-prezident Robert Köçəryanın dönəmində. Yerli sosioloqlar və demoqraflar isə prosesin getdikcə daha da sürətlənəcəyini proqnoz edirlər. Daha bir səbəbə görə: Serj Sərkisyan gələn ilin aprelində prezidentlikdən baş nazirliyə “transfer edib” öz hakimiyyətini davam etdirmək niyyətindədir.

Baş nazirlik uğrunda daxili siyasi savaş artıq başlayıb. Sərkisyan və klanının hakimiyyətdə daha 5 il qalması isə avtomatik şəkildə Qarabağda müharibə ehtimalının da artması deməkdir. Ölkədən kütləvi köçün yeni dalğasının bir səbəbi də bu.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan siyasi defoltla üz-üzə: düşmən ölkə “tikişlər” üzrə sökülür

    Ermənistan siyasi defoltla üz-üzə: düşmən ölkə ...

    17-09-2017, 10:00

  • 
  • Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır

    Ermənilər Ağdərə və Kəlbəcərdən qaçır ...

    3-04-2016, 00:08

  • 
  • Ermənistanda post-aprel sindromu - İşğalçı öz ordusuna çağırışçı tapmır

    Ermənistanda post-aprel sindromu - İşğalçı öz ...

    4-07-2017, 10:01

  • 
  • Ermənistanda əsgər ölümləri ölkəni çalxaladı

    Ermənistanda əsgər ölümləri ölkəni çalxaladı ...

    1-08-2014, 19:20

  • 
  • Ermənistanda partlayış - Yaralılar var

    Ermənistanda partlayış - Yaralılar var ...

    1-04-2016, 13:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu