GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » AŞ PA-da Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul edildi

AŞ PA-da Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul edildi

Tarix: 12-10-2017, 10:05 Bölmə :Siyasət Baxış: 368
AŞ PA-da Azərbaycanla bağlı bir gündə iki qətnamə qəbul edildi



Qurumun yeni sədrinin ilk iclası Azərbaycana qarşı hücumla başladı; Səməd Seyidov: “Təşkilatın baş katibi üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yeni prezidenti məlum olub. AŞ PA-nın oktyabrın 10-da başlayan payız sessiyasında quruma yeni prezident seçkisi keçirilib.

Gizli səsvermə yolu ilə Kipr Respublikasından olan deputat xanım Stella Kiriakides müvəqqəti AŞ PA prezidenti vəzifəsinə seçilib.

Qeyd edək ki, AŞ PA prezidenti Pedro Aqramunt oktyabrın 6-da istefa verib. Onun səlahiyyət müddəti 2018-ci ilin yanvarında başa çatırdı. Yanvar ayında yenidən sədr seçkisi keçiriləcək.

AŞ PA-nın payız sessiyasının ikinci günü-Stella Kiriakidesin ilk dəfə sədrlik etməyə başladığı iclasda Azərbaycanla bağlı müzakirələr keçirilib.

Azərbaycan üzrə iki hesabat müzakirəyə təqdim edilib. APA-nın Avropa müxbirinin xəbərinə görə, ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib. Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: “Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz, sadəcə, üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”.

Çıxış edən deputatlar ümumilikdə hər iki hesabatın hazırlanmasını yüksək qiymətləndiriblər.

AŞ PA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onlar əsasən REAL sədri İlqar Məmmədovun həbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı problemlərin həllinə dair çağırışlar ediblər.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin Azərbaycan hökuməti ilə bağlı sərt ittihamlarına kəskin münasibət bildirib: “Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib, Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Sizin yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.

S.Seyidov ümumilikdə Avropa Şurasını Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb. “Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üzərinə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?!”

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.

Müzakirələrin sonunda AŞ PA “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı hesabatı təsdiqləyib və bununla bağlı qətnamə qəbul edib. Sənədin lehinə 115 deputat səs verib, 27 parlamentari qətnamənin əleyhinə olub. AŞPA üzvlərindən 7 nəfər səsvermədə iştirak etməyib.

Sonra Azərbaycanla bağlı hazırlanan ikinci - "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamə qəbul olunub. Müzakirələr nəticəsində hesabata əlavə və dəyişikliklər edilib. Belə ki, hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

S.Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar: “Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz. İllərdir Azərbaycanda islahatlar aparılır. Nəyə görə bu hesabatda ”Azərbaycanda heç bir islahat aparılmır" fikri yazılır?!"

Hesabatın ilkin variantındakı “İlqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamlardır” fikrinin çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirmiş olacaq. Lakin böyük çoxluq dəyişikliyin lehinə səs verib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

Qeyd edək ki, AŞ PA-nın sözügedən iclası yeni sədrin seçilməsindən bir gün sonraya təsadüf edib. Azərbaycanla bağlı hesabatın qəbul edildiyi iclasa sədrliyi də AŞ PA-nın yeni prezidenti Stella Kiriakides edib.

Azərbaycanı Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, yeni prezident Stella Kiriakidesin Azərbaycana müsbət münasibət bəsləyəcəyini söyləmək olmaz. Aqramunddan fərqli olaraq onun Azərbaycana münasibəti böyük ehtimalla isti olmayacaq: “Amma AŞ PA prezidenti postu elə bir postdur ki, orada hansısa bir dövlətə qarşı xüsusi antipatiyanı nümayişkaranə şəkildə göstərmək olmaz. Çox güman ki, arxa planda AŞ PA-nın yeni prezidentinin Azərbaycana, Türkiyəyə münasibəti soyuq, Ermənistana isə isti olacaq. Kiprin Türkiyə ilə düşmən münasibətlərini nəzərə alsaq, o münasibətin bir tərəfi bizə də yönəlmiş olacaq. Kipr nümayəndə heyətinin daim Ermənistanı dəstəkləyən mövqelərini də unutmamalıyıq. Bütün bunları nəzərə alsaq görürük ki, kiprli deputatın AŞ PA prezidenti seçilməsi Azərbaycanın xeyrinə olan addım deyil. Bizim orada mövqelərimizin müəyyən dərəcədə zəifləməsinə səbəb ola biləcək seçimdir”.

Nədən məhz kiprli deputatın AŞ PA-ya sədr gətirilməsi məsələsinə gəldikdə, F.Mustafanın fikrincə, yəqin böyük dövlətlərin razılaşması ilə bu cür seçim edilib: “Ola bilsin razılaşıblar ki, Fransa, Almaniya kimi dövlətlərin seçilməyindənsə, daha çox bir qədər neytral saydıqları və maraqlarına uyğun olan ölkənin təmsilçisinə üstünlük versinlər”.

F.Mustafa onu da dedi ki, yeni AŞ PA prezidentini yaxından tanımır, onun hansısa ciddi aktivliyini də müşahidə etməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16

  • 
  • AŞPA-nin sessiyasının gündəliyində Azərbaycanla bağlı iki məsələ var

    AŞPA-nin sessiyasının gündəliyində Azərbaycanla ...

    8-10-2017, 11:24

  • 
  • Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

    Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı ...

    26-06-2017, 17:07

  • 
  • Milli Məclis payız sessiyasının ilk iclasına oktyabrın 1-də yığışacaq

    Milli Məclis payız sessiyasının ilk iclasına ...

    16-09-2013, 15:18

  • 
  • Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib

    Prezident İlham Əliyev AŞPA-nın prezidentini ...

    1-03-2016, 15:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu