GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İşğalçı üçün gerisayım: Bakıya qarşı əsas hədə əldən çıxır

İşğalçı üçün gerisayım: Bakıya qarşı əsas hədə əldən çıxır

Tarix: 24-10-2017, 10:15 Bölmə :Siyasət Baxış: 439
İşğalçı üçün gerisayım: Bakıya qarşı əsas hədə əldən çıxır


Kritik günə 1 ay qalmış: düşmən seçimlə üz-üzə; Avropa Birliyinin sammiti yaxınlaşdıqca Ermənistanda təlaş artır; İrəvan qurumun çərçivə sazişi ilə bağlı əsas şərtinə - Metsamor AES-i bağlamağa razı olacaqmı; gözlər həm də Moskvada...

gundemxeber.az musavat.com-a istibnadla bildirir ki, Noyabrın 24-də Brüsseldə Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirlərinin sammiti keçiriləcək. Sammit çərçivəsində “Şərq tərəfdaşlığı” Proqramına üzv dövlətləri başçılarının da iştirakı gözlənilir. Onlardan biri - Ermənistan və qurum arasında əməkdaşlıq haqda çərçivə sənədinin imzalanması da gözlənilir. Lakin imzalanacağı təqdirdə sənəd yalnız bütün AB üzvü olan ölkələr və Ermənistan tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Məlumdur ki, analoji sazişlə bağlı Azərbaycanla da müzakirə aparılır. Lakin imzalanma tarixi hələlik dəqiq deyil. Bu tarix ilin sonuna da təsadüf edə bilər, gələn ilə də. Məsələ barədə danışan Azərbaycan prezidenti İlham Əliyev az öncə AB rəsmiləri ilə Bakı görüşü zamanı bildirib ki, Brüssel sammitinə qatılmaq qərarı verib və sənədlə ilgili Azərbaycanın əsas şərti də orda ölkəmizin ərazi bütövlüyünün birmənalı şəkildə əskini tapması ilə bağlıdır. Yəni işğal faktının hansısa şəkildə təsbit edilməsidir.

Bu, əlbəttə ki, Azərbaycanın beynəlxalq hüquqdan doğan haqlı tələbidir. Ermənistan isə xəbər verdiyimiz kimi, özü ilə AB arasında imzalanması nəzərdə tutulan sənədə Qarabağla bağlı öz müqəddəratını təyinetmə prinsipinin salınmasına da çalışır - hansı ki, Azərbaycanı əsla qane edə bilməz və hətta Bakının Brüssellə anlaşmasına əngəl yarada bilər. Çərçivə sənədinin İrəvan üçün birinci kritik önəmi də elə bundan ibarətdir - Qarabağ məsələsinin həllində xalqların öz müqəddəratını təyinetmə haqqının orada əks olunub-olunmaması.

*****

Təcavüzkar ölkədən ötrü ikinci mühüm məsələ isə sənəddə rəsmi İrəvanın Metsamor AES-in bağlanması ilə bağlı öhdəlik götürməsi ilə bağlıdır. Ermənistan XİN-in rəsmi saytında dərc olunmuş Avropa Birliyi ilə sazişin tərcümə versiyasında deyilir ki, “Metsamor AES-in istismarını dayandırmaqla Ermənistan ölkənin enerji təhlükəsizliyini təmin etmək məqsədilə istehsal güclərini əvəzləməyə yönəlmiş addımlar atmalıdır”.

Lakin AES Ermənistanın elektrik enerjisi ilə təmin edən əsas stansiyadır və hələ ki onun real alternativi yoxdur. Ya da İrəvan qonşu ölkələrdən Azərbaycan və İrana alternativ enerji mənbəyi kimi ağız açmalıdır. Ölkədəki iqtisadçılar, müxtəlif düşərgələrdən olan siyasətçilər, hərbçilər də bildirirlər ki, AES bağlanarsa, o halda ölkə energetika böhranına girəcək. Digər qisim erməni ekspertlərin iddiasına görə, AB-nin AES-i bağlamaq tələbinin arxasında Ermənistanın mövqelərini zəiflətmək və onu 1990-cı illərin əvvəlinin qaranlıq və soyuq günlərinə qaytarmaq niyyəti dayanır.

Yeri gəlmişkən, Ermənistana müasir texnologiyalı yeni AES bloku tikintisi də təklif olunub. Hökumət isə bunun 5 milyard dollara başa gələcəyini, bu məbləğin ölkənin büdcəsinə uyğun olmadığını bildirir. Bir müddət əvvəl isə ABŞ hökuməti Metsamorun dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olduğunu açıqlayıb.

Mütəxəssislər istənilən beynəlxalq nüvə təhlükəsizliyi standartları baxımından bu stansiyanın dünya və region üçün böyük risk olduğu qənaətindədirlər. Belə ki, stansiya 9 ballıq seysmik zonada yerləşir. Bu gücdə zəlzələ baş versə, AES yeraltı təkanlara davam gətirməyəcək. Digər təhlükə isə Metsamor AES-in daxili qoruyucu örtüyünün olmamasıdır ki, hər hansı qəza anında atom zərrəcikləri birbaşa atmosferə ötürüləcək.

*****

Əlavə edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri, həmçinin erməni ictimaiyyətinin müəyyən kəsimi də AES-in bağlanmasını tələb edir. Bu mənada Sərkisyan hökumətinin AB ilə çərçivə sənədi ilə bağlı ikinci seçimi məhz Metsamor AES-lə bağlı olacaq.

Onu da qeyd eləməyə dəyər ki, ara-sıra işğalçı ölkədən Azərbaycanın ünvanına səslənən əsas təhdidlərdən biri - “çirki atom bombası” ilə bağlı hədələr məhz Metsamor AES-in varlığından (radioaktiv tullantılar nəzərdə tutulur) qaynaqlanır...

*****

Əslində AES-in qapadılması Rusiyanın da marağında deyil. Çünki bu, ən azından, satellit Ermənistanın ondan güclü energetik asılılığı deməkdir. AES bağlanarsa, Ermənistan üçün İran və Azərbaycanın energetik önəmi artacaq. Bu xüsusda bəzi analitiklər hesab edir ki, Rusiya son anda İrəvanı 2013-cü ilin sentyabrındakı kimi, sənədi imzalamaqdan çəkindirə də bilər.

Hər halda, bu gündən gerisayım başlayıb. 1 ay qaldı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan üçün gerisayım başlayır - kritik bir ay

    Ermənistan üçün gerisayım başlayır - kritik bir ay ...

    7-10-2017, 11:21

  • 
  • Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

    Vilnüs sammitində hansı sənədlərin imzalanacağı ...

    26-11-2013, 16:35

  • 
  • Prezidentin kritik səfəri - Bakı Avropaya şərt qoydu

    Prezidentin kritik səfəri - Bakı Avropaya şərt ...

    6-10-2017, 10:18

  • 
  • Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamağa hazırlaşmır

    Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi ...

    26-11-2013, 15:56

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu