“Biri Şimalla, digəri Qərblə, başqa biri İranla, digər biri də iqtidarla alverdədir”
Müsavat başqanının müşaviri Səxavət Əlisov Milli Şuraya qarşı sərt ittihamlarla çıxış edib. O, öz facebook səhifəsində yeni yaradılan qurumda bazarlıq getdiyini yazıb:
“İki il əvvəl ərəblər padşahlarına qarşı üsyana qalxanda bizdə də bəzi siyasətçilər "ərəb baharı"nın havasından məst olub meydana çıxdılar. Nəticə hər kəsə bəllidir”. “Milli Şurada isə hələ ki, bazarlıq gedir. Və o Şurada bəzi “vətənpərvərlər” artıq özünü bazara çıxarıb. Biri Şimalla, digəri Qərblə, başqa biri İranla, digər biri də iqtidarla alverdədir. Başqa sözlə "diribaşlar" özlərinə gün ağlamaq üçün dəridən-qabıqdan çıxır. Bu seçki, bəzi siyasətçiləri "xoşbəxt" edəcək. Nədən ki, "kimin yanında dayanmaq" məsələsi gündəmə çıxanda bu gün kombinasiyalı gedişlər edən siyasi xadimlər işə yarayacaq. Etirafa gərək var, biz xalq olaraq dəyişmək fikrində deyilik. Fərd olaraq dəyişməyə meylliyik. Çünki az qala bu iqtidara müxalifətdə olan 90 faiz xalqın 10 faizinə çatdıra bilmirik ki, dəyişmək zamanıdır. Anlada bilsəydik, o 10 faiz səslədiyimiz zaman yanımızda olardı. Bu payız çox şeylər sayılacaq. Bazarınız, xeyirli olsun, cənab diribaşlar və vətənpərvərlər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?