Azərbaycanda prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi ilə bağlı tələblər dəyişdirilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 187-ci maddəsinə (Prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi) dəyişiklik təklif edilir.
Belə ki, prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi bu məcəllənin 73-cü maddəsi ilə deyil, 73.1-ci maddəsi ilə tənzimlənəcək.
Hazırki qanunvericiliyə əsasən, prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi aşağıdakı maddə ilə tənzimlənir:
73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür.
73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun qeydiyyatından imtina barədə ərizə ilə müraciət edə bilərlər. Bu cür ərizə referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul etməlidir.
Təklif olunan dəyişikliyə gösrə isə prezidentliyə namizədin namizədlik statusundan imtina etməsi aşağıdakı maddə ilə tənzimlənəcək:
73-1.1. İrəli sürülmüş namizəd müvafiq seçki komissiyasını yazılı şəkildə xəbərdar edərək, namizəd olmağa razılığı barədə ərizəsini istənilən vaxt geri götürə bilər. Bu cür yazılı xəbərdarlıq geri götürülmür.
73-1.2. Qeydə alınmış namizəd səsvermə gününə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə verərək namizədliyini geri götürə bilər. Belə ərizə geri götürülə bilməz. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası ərizə vermiş namizədin qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul edir. Qeydə alınmış namizəd öz namizədliyini bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici əsas olmadan geri götürürsə, müvafiq seçki komissiyası büdcədən ona verilmiş vəsaiti geri almalıdır.
73-1.3. Qeydə alınmış namizədin öz namizədliyini geri götürməsinə məcburedici əsas, habelə siyasi partiyanın, siyasi partiyalar blokunun qeydə alınmış namizədini geri çağırmasına məcburedici əsas dedikdə, qeydə alınmış namizədin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan müvafiq tibbi ekspertiza orqanı tərəfindən təsdiqlənmiş ağır xəstəliyi və ya iştirakını mümkünsüz edən səbəblər nəticəsində namizədin seçki kampaniyası dövründə sağlamlığının pozulması başa düşülür.
73-1.4. Namizədin öz namizədliyini geri götürməsi haqqında məlumat mərkəzi, dairə və məntəqə seçki komissiyalarının bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulan məlumat lövhələrində yerləşdirilir.
Məcəlləyə dəyişiklik Milli Məclisin payız sessiyasınında müzakirəyə çıxarılacaq./modern.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?