Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə BMT-nin İqlim Dəyişikliyi konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər verib.
Görüşdə Donbasdakı vəziyyət və Rusiyaya məxsus hərbi təyyarə ilə bağlı insident müzakirə olunub.
Tərəflər P.Poroşenkonun 2016-ci ilin əvvəlində Türkiyəyə səfərə edəcəyi barədə razılığa gəliblər. “Biz bu səfərdən sıçrayış gözləyirik. Siyasət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığı genişləndirmək niyyətindəyik”, deyə Ukrayna prezidenti bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?