Kiyevə səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı Petro Poroşenko ilə görüşüb.
Dövlət başçıları ölkələr arasında strateji əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər. Ərdoğanın səfəri çərçivəsində həmçinin dövlət liderlərinin həmsədrliyi ilə Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şurasının altıncı iclası keçiriləcək. Tərəflər bütün strateji istiqamətlərdə ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq sülh və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Strateji Şuranın iclasının nəticəsinə görə, bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?