Millət vəkili çıxışı zamanı qeyd edib ki, "Mən də təklif edilən layihiyə səs verəcəm. Həqiqətən də son illər Azərbaycanda ayrı-ayrı vətəndaş qruplarının sosial müdafiəsinin təşkili ilə bağlı kifayət qədər işlər görülüb. Millət vəkili Hadı Rəcəblinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin çıxışlarında da bu barədə bu barədə əhatəli söhbət açıldı.
Mənim deyəcəklərimin xeyli hissəsini məndən əvvəl danışan həmkarlarım səsləndirdilər. Ona görə də mən bir məsələyə aydınlıq gətirmək istərdim. 3 il bundan əvvəl deputatı seçildiyim Saatlıda 9 əlil və şəhid ailəsi üçün fərdi yaşayış evlərinin tikintisinə başlanmalı idi. Evlərin bəzilərinin bünövrəsi qazıldı. Hətta bəzilərinin həyətinə bir neçə maşın daş da töküldü. Ancaq proses bununla da yekunlaşdı. Səbəb də budur ki, Maliyyə Nazirliyi vəsait ayırmır. Mən hər dəfə Saatlıya gedəndə və bu adamlarla görüşəndə məsələni izah etməyə söz tapmıram. Bu sayaq problemlər digər rayonlanda da var. Bilmək istərdim ki, bu ilki büdcədə həmin evlərin inşasına vəsait nəzərdə tutulubmu? Daha doğrusu, Maliyyə Nazirliyi bu məqsədlə vəsait ayıracaqmı? Bu, anlaşılmazlıqdırsa da, hər hansı şəkildə aradan qalxmalıdır. Hər halda evlərin tikintisini gözləyənlər var".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?