Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov nazir postunu tutan ilk gündən saxta əlil pensiyası alanlara qarşı mübarizəyə başlayıb. Nazir çıxışlarında saxta əlilik dərəcəsi verən işçilərin cəzalandırılacağını bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli də çıxışlarında saxta əlillik dərəcəsinin düzəldilməsi hallarının aradan qaldırılmasının vacibliyini vurğulayıb. Odur ki, Hadi Rəcəbli “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun yenidən işlənməsini vacib olduğunu bildirib.
Deputat Modern.az-a deyib ki, bu gün Azərbaycanda həqiqətən əlil olan şəxslər əlillik vəsiqəsi ala bilmir. Onun sözlərinə görə, əlillik statusunun sənədləşməsində bürokratik əngəllər var.
“Ona görə də belə halların qarşısının alınması üçün əlilliyin yenidən tərtibatlaşması məsələsi ortaya çıxır. Yəni birinci, ikinci və üçüncü qrup yox, fiziki imkanlar kateqoriyası ortaya düşməlidir. Bu məsələyə yenidən baxılmalıdır, inqilabi addımlar atılmalıdır. Belə olarkən obyektiv səbəbdən əlillərin sayı arta bilər. Həqiqətən əlil olan insanlar əlillik dərəcəsi alacaq. Bu səbəbdən əlilliərin sayı arta bilər”.
Hadi Rəcəbli sonda onu da qeyd edib ki, Milli Məclis gələn ilin payız sessiyasında “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanunun yenidən işlənilə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?