Artıq bir neçə həftədir ki, Demokratik Qüvvələrin Milli Şurası təsis edilib. Sabah qurumun birinci sessiyası keçiriləcək. Milli Şuraya ölkə daxilində ictimai marağın yetərincə böyük olduğunu nəzərə alıb onun statistik tərkibini, belə demək mümkünsə, təşkilatda əksini tapmış siyasi qüvvələr nisbətini (siyasi spektrini) oxucuların diqqətinə çatdırırıq.
Milli Şurada hazırda 128 nəfər təmsil olunur. Onlardan 111 nəfəri kişi, 17-si isə qadındır. Quruma 12 siyasi partiyanın, həmçinin İctimai Palatanın, Ziyalılar Forumunun və bir neçə gənclər təşkilatının nümayəndələri daxildir. Milli Şurada ən böyük təmsilçilik Müsavat Partiyasına məxsusdur – 17 nəfər. AXCP və EL hərəkatı 16 üzvlə təmsil olunur.
Milli Şuranın 8 üzvü hazırda vicdan məhbusudur. 18 nəfər isə yaxın keçmişdə vicdan məhbusu və ya siyasi dustaq olub. Təşkilatın tərkibində 22 sabiq deputat var. Qurumun 27 üzvü əvvəllər dövlətin müxtəlif məsul vəzifələrində (prezident səlahiyyətlərinin icraçısı, parlamentin spikerləri, dövlət katibləri, nazirlər, dövlət müşavirləri, nazirlər, idarə rəhbərləri, İcra Hakimiyyətinin başçıları və s.) çalışıb.
Bundan əlavə, Milli Şuranın tərkibinə 7 hüquq müdafiəçisi, 11 hüquqşünas, 4 politoloq, 8 jurnalist və KİV rəhbərləri, 7 teoloq və dini çevrələrin nümayəndələri, 4 iqtisadçı, 5 blogger, 10 tanınmış alim, professor, həmçinin ünlü yazıçılar, rejissorlar, ictimai xadimlər, QHT rəhbərləri, elmi və yaradıcı dairələrin nümayəndələri, müxtəlif bilik sahələri üzrə ekspertlər təmsil olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?