GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Düşmən Şuşanın simasını dəyişir – Qərbdə yığılan ianələr hesabına...

Düşmən Şuşanın simasını dəyişir – Qərbdə yığılan ianələr hesabına...

Tarix: 25-11-2017, 16:47 Bölmə :Siyasət Baxış: 491
Düşmən Şuşanın simasını dəyişir – Qərbdə yığılan ianələr hesabına...



Tarixi təhrif edən ermənilərin vandalizmi davam edir; Brüssel sammiti ərəfəsində erməni təxribatı: separatçı Bako Saakyan və dəstəsinin Avropada diləndiyi paralar həm də qədim şəhərimizin görkəmini dəyişdirməyə yönəldiləcək; işğalçı həm də xofdadır; erməni politoloq: “Müharibə yaxınlaşır...”

Azərbaycan dövləti və xalqı artıq bununla neçənci faktdır ki, Dağlıq Qarabağ, işğal məsələsində vasitəçi dövlətlərin, konkret olaraq, Fransanın ikili standart yanaşmasına şahidlik edir. Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağdakı separatçı qurumun cinayətkar başçısı, Azərbaycan həbsxanasının darıxdığı Bako Saakyan neçə gündür başının dəstəsi ilə Fransada görüşlər keçirir, ianə toplayır.

Təbii ki, separatçı tör-töküntülərə bu şəkildə qucaq açmaq, onların işğal rejimini möhkəmlətmək üçün üstəlik, ianə marafonu təşkil eləməsinə şərait yaratmaq Fransanın qərəzsiz vasitəçilik iddiası ilə bir araya sığmır. O da maraqlıdır ki, məsələ ilə bağlı rəsmi Bakı Fransaya rəsmi etiraz bildirsə də, səfir Azərbaycan XİN-ə çağırılsa da, rəsmi Parisdən faktiki, səs çıxmadı.

Beləcə, Krımın işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların iştirakçısı olan Fransa dövləti Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirmiş erməni işğalçı qüvvələrinə tam fərqli, isti münasibət bəsləməkdə davam edir. Yoxsa ki, “Bako Saakyan rəsmi səfərlə Fransaya gəlməyib, bu, özəl bir səyahətdir” izahı gerçəyi dəyişmir. Çünki Krımın, Abxaziya və ya Cənubi Osetiyanın separatçı liderlərinin Avropaya istənilən xarakterli səfəri çoxdan yasaqlanıb, nəinki onların gedib Avropada, Fransada sərbəst şəkildə “xeyriyyə marafonu” təşkil eləməsi. Təbii ki, rəsmi Paris “yaşıl işıq” yandırmasaydı, Saakyan Parisə gələ bilməzdi.

*****

Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, “Məhsuldar arsax” adlı “xeyriyyə dilənçiliyi” artıq başa çatıb. Məlumatlara görə, yığılan 12.5 milyon dollar həcmində ianə hər il üçün təsdiqlənən, işğal edilmiş Azərbaycan ərazilərində “miqyaslı strateji proqramların reallaşmasına” yönəldiləcək. Söhbət həm də Qarabağda “qazıntı işlərinin aparılması, yeni irriqasiya şəbəkəsinin inşası və Əsgəran və Şuşada günəş enerjisi sisteminin tətbiqi”, habelə işğal rejimini möhkəmlətməyə yönəlik digər layihələrdən gedir.

Yəni faktiki surətdə əsas hədəf girovluqdakı Azərbaycan şəhərlərinin, xüsusən də Şuşanın və ətrafının milli simasını dəyişmək, Qarabağı erməniləşdirməkdir. Yeri gəlmişkən, bir ara erməni vandalları iranlı mütəxəssislərlə birgə Şuşanın baş məscidi - Gövhər Ağa Cümə məscidi ərazində (1768-ci ildə Qarabağ xanı İbrahim xanın göstərişi ilə inşa edilib) yenidənqurma adı ilə qazıntı işlərinə başlamışdılar. Yəqin ki, “səsi” sonra, işğal rejimi bitəndə çıxacaq.

Image result for Bako Saakyan

Hərgah, bu da diqqətçəkəndir ki, ermənilərin Avropada, Qərbdə ianə toplanışı ilbəil zəifləyir. Məsələn, erməni mənbənin bildirdiyinə görə, ötən il indikindən çox - 15.4 milyon dollar ianə yığılıb. Yəni məbləğ hər halda, ildən-ilə azalır. Bu da böyük ehtimalla, onun təzahürüdür ki, işğal rejimi uzandıqca, böyük sülh anlaşması əlçatmaz olduqca erməni lobbisi qanunsuz quruma maliyyə yardımı göstərməkdən ehtiyatlanır.

*****

Doğrudan da, yaman uzandı bu işğal. Amma düşmən nahaq yerə arxayınlaşır, etnik təmizləmə apardığı işğal altındakı əraziləri “abadlaşdırır”, “erməniləşdirir”. Nə qədər ki, Azərbaycan dövləti və xalqı, ərazi bütövlüyü prinsipindən, müharibə hüququndan, ərazilərini zor gücünə azad eləmək haqqından imtina eləməyib və etməyə hazırlaşmır, torpaqlarımızda işğalçı qüvvələr rahatlıq tapa, ikinci saxta erməni dövləti bərqərar ola bilməyəcək.

Müharibə bitməyib. Hələ müharibənin birinci hissəsi bitib. “Gec olar, güc olar” deyiblər. Elə erməni politoloq Ayk Martirosyan da bunu etiraf edənlər sayıla bilər. gundemxeber.az-ın Musavat.com-a istinadən məlumatına görə, 1 in.am nəşrinə müsahibəsində o, müharibənin yaxında olduğunu deyib.

Sitat: “Dağlıq Qarabağ problemi çoxdan dalandadır. Bu dalandan da o, üç halda çıxa bilər: Azərbaycanda ciddi ictimai və siyasi təlatüm və qarışıqlıq yarananda; eyni hal Ermənistanda yaşananda də və ya hakimiyyət dəyişikliyi baş verəndə; bir də sübhisiz ki, müharibə variantlında. Əlbəttə ki, əgər hazırda ətrafında müzakirələr gedən Madrid-Kazan sənəsi üzrə hansısa ”həll" tapılsa, o zaman böyük ehtimalla, Azərbaycanda da, Ermənistanda da təlatümlər baş qaldıracaq və müharibə bir neçə günün məsələsinə çevriləcək. Bu da problemin dalandan çıxması demək olacaq. Nəticə nə olacaq - bunu artıq müharibə göstərəcək. İstənilən halda, bu müharibə yaxınlaşır - “tapılmış kompromisli” həllə birgə və ya onsuz".

*****

Qayidaq ianə məsələsinə. Bako Saakyanın qanunsuz Avropa səyahəti həm də Avropa Birliyinin 24 noyabr Brüssel sammiti ərəfəsinə təsadüf eləməsi ilə də diqqət çəkir. Başqa sözlə, düşmən tərəf heç şübhəsiz mötəbər bir tədbir ərəfəsi erməni lobbisini və ermənilərin dostlarını hərəkətə gətirmək niyyəti güdüb. Yəni təbliğat və təxribat məsələsi.

Hərçənd, Azərbaycan da boş oturmayıb. Xəbər verdiyimiz kimi, bu ərəfədə - noyabrın 20-21-də Bakının birbaşa moderatorluğu ilə Brüsseldə keçirilən və separatçılığa qarşı yeni beynəlxalq ictimai hərəkatın yaradılması ilə yadda qalan “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” adlı Beynəlxalq Forum erməni təbliğat maşınına sanballı zərbə sayıla bilər. Bu zərbənin siyasi nəticəsi yəqin ki, sammitinin yekun bəyannaməsində əksini tapacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan xalçaları Şuşada turistlərə erməni xalçaları kimi təqdim olunur

    Azərbaycan xalçaları Şuşada turistlərə erməni ...

    25-08-2013, 22:11

  • 
  • Serj Sərkisyanın növbəti həyasızlığı: işğalçı prezident Vardenis-Ağdərə yolunun açılışına qatıldı

    Serj Sərkisyanın növbəti həyasızlığı: işğalçı ...

    2-09-2017, 12:57

  • 
  • Parisdən Bakıya qarşı de-marş – “Kremlin tulası” Fransada

    Parisdən Bakıya qarşı de-marş – “Kremlin tulası” ...

    21-11-2017, 12:28

  • 
  • Separatçı Dağlıq Qarabağ rejiminin əsas sponsoruna 4 il həbs verildi

    Separatçı Dağlıq Qarabağ rejiminin əsas ...

    15-04-2016, 00:26

  • 
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu