GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan oliqarxları var-dövlətini Kremlin düşməninə etibar edir

Azərbaycan oliqarxları var-dövlətini Kremlin düşməninə etibar edir

Tarix: 1-12-2017, 10:45 Bölmə :Siyasət Baxış: 475
Azərbaycan oliqarxları var-dövlətini Kremlin düşməninə etibar edir


Bu ilin iyununda NATO-ya üzv olan Monteneqronu cəlbedici edən nədir? Bu kiçik dövlətdə 35 min avroluq əmlak alana il ərzində ölkədə müvəqqəti yaşamaq hüququ verilir; bu səbəbdən əmlak ötən ilə nisbətən 8,68% faiz artıb

Azərbaycan hökumətinin gördüyü sərt maliyyə tədbirlərinə baxmayaraq, ölkədən xaricə valyuta axını bu il ərzində də davam edib. Virtualaz.org xəbər verir ki, bunu Balkan ölkəsi Monteneqronun Mərkəzi Bankının 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair açıqladığı statistika da təsdiq edir.

Statistikaya əsasən, bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Monteneqroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon dollar yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon dollarlıq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur-87 milyon avro.

gundemxeber.az “Yeni Müsavat”a istinadən xatırladır ki, bu ilin iyununda Rusiyanın ciddi basqılarına baxmayaraq, Monteneqro NATO-ya qoşularaq, alyansa üzv olan 29-cu dövlət oldu. Bu, vaxtilə Yuqoslaviyanın bir hissəsi olmuş ölkənin müstəqillik əldə etməsindən 11 il sonra baş verdi. Rusiyanın Xarici İşlər Nazirliyi Monteneqronu “düşmənçilik istiqaməti” tutduğuna görə sərt qınadı və hazırda da münasibətlər gərgindir. Monteneqronun alyansa qoşulması ilə Rusiyanın Balkan ölkəsindəki iki dəniz limanına çıxışını faktiki itirməsi ilə nəticələndi ki, bu səbəbdən də zaman-zaman bu ölkədəki müxalifətin keçirdiyi aksiyalarda Rusiyanın barmağı olduğu iddia olunur.

Amma göründüyü kimi, Kremlin təhdidlərinə baxmayaraq, Azərbaycan varlıları artıq kürəyini NATO-ya söykəmiş bu ölkəyə öz var-dövlətlərini etibar etməkdən çəkinməyiblər. Varlı azərbaycanlıların bu ölkəyə marağının iki mühüm səbəbi ola bilər. Əvvəla, bu ölkəyə SOCAR ciddi investisiya yatırıb. Hələ 2012-ci ildə SOCAR Monteneqronun Kubor adasını 90 illiyə icarəyə götürüb. Anlaşmaya görə, şirkət birinci dörd ildə adada kurort və turizmin inkişafına 52 milyon avro yatırmalı idi.

İcarə razılaşmasının imzalanmasından sonrakı 8 ildə isə SOCAR tərəfindən adaya 258 milyon avro yatırılacağı planlaşdırılırdı. Bildirilirdi ki, SOCAR 45 illik icarə haqqını bəribaşdan ödəyəcək, bu zaman adadakı daşınmaz əmlakın hər kvadratmetri cəmi 1 dollardan hesablanıb. Hazırda bu müqavilənin icrasının hansı mərhələdə olduğunu demək çətindir, çünki bu məlumatlar yalnız dövlətlər asında müzakirə edilir.

“Yeni Müsavat”ın məlumatına görə, Azərbaycan Monteneqroda daha bir iri layihə də həyata keçirir. Belə ki, “Azmont Investments” şirkəti “One&Only Portonovi Montenegro” istirahət kompleksinin tikintisinə başlayıb. Lüks istirahət kompleksi 26 hektar ərazisi olan və Monteneqronun Boka Kotorska körfəzinin sahillərində gözəl mənzərəli bir ərazidə yerləşən Portonovi şəhərciyinin əhəmiyyətli bir hissəsi olacaq. “One&Only Portonovi Montenegro” istirahət kompleksi 2018-ci ildə qapılarını qonaqlar üçün açacaq. Portonovi layihəsi Azərbaycanın xarici ölkələrdə qeyri-enerji sektorunda həyata keçirdiyi ən iri yatırım layihəsi hesab olunur.

Azərbaycanlıları Monteneqroya cəlb edən ikinci mühüm səbəb burada 2015-ci ilin noyabrında qəbul edilmiş qanundur. Bu ölkədə qəbul edilən qanuna görə, 35 min avroluq əmlak alana il ərzində ölkədə müvəqqəti yaşamaq hüququ verilir. Məlumatlara görə, hazırda bu qiymətə Monteneqroda əmlak almaq çətinləşib, çünki sahilə yaxın ərazilərdə əmlakın 1 kvadratmetri ən azı 1000 avrodur. “Global Property Guide” konsaltinq şirkəti 2017-ci ilin ilk rübündə dünyada ən çox əmlak qiymətləri artan 18 ölkənin siyahısını açıqlayıb ki, o siyahıda Monteneqro da yer almışdı. Şirkətin məlumatında bildirilirdi ki, Monteneqroda əmlak ötən ilə nisbətən 8,68% faiz artıb.

Turizm şirkətindəki bir mənbəmiz deyib ki, həqiqətən də ölkənin turizm bölgələrində əmlakların qiyməti çox artıb ki, bu da tələbatla bağlıdır. Amma məsələn, ölkənin Podqoritsa adlanan bölgəsində evlər dəniz sahillərindəkindən 20-30 faiz ucuzdur. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT

    Bakıda daşınmaz əmlak bazarında VƏZİYYƏT ...

    13-08-2016, 10:45

  • 
  • Azərbaycanlı zənginlər Adriatik sahillərində milyonlarla avroluq villa alır

    Azərbaycanlı zənginlər Adriatik sahillərində ...

    26-09-2013, 12:37

  • 
  • Ev alanlar və satanlar: bu xəbər sizin üçündür

    Ev alanlar və satanlar: bu xəbər sizin üçündür ...

    13-06-2016, 01:45

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38

  • 
  • Bakıda kirayə mənzillər ucuzlaşdı

    Bakıda kirayə mənzillər ucuzlaşdı ...

    25-08-2017, 12:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu