ABŞ-ın hücumundan heç bir şübhəmiz yoxdur - Zaxarova
ABŞ qırıcılarının Suriyanın İdlib şəhərinin Əl Cinah bölgəsində terrorçuları hədəf alması ilə bağlı heç bir şübhəmiz yoxdur. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Əl Cinahda tam olaraq hansı nöqtələrin hədəf alınması, kimlərin vurulması ilə bağlı araşdırma aparılmalıdır. Şahidlər dindirilməlidir”, - XİN sözçüsü bildirib. Qeyd edək ki, ABŞ-a məxsus hərbi təyyarələrin sözügedən bölgədə Əl Qaidə terrorçularının toplaşdığı mərkəzi vurması ilə bağlı məlumatlar yayılmışdı. Həmin xəbərlərdə aviazərbələr zamanı xeyli mülki şəxsin də öldüyü bildirilmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?