GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb

Tarix: 4-12-2017, 20:47 Bölmə :Siyasət Baxış: 526
Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb


Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.

“ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilir:

- “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;

- bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.

Fərmanda nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılır.

Komissiyaya tapşırılır ki:

- Fərmanda nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın;

- Fərmanda nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün;

Fərmanda nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Prezidentinə məlumat versin.

6. Müəyyən edilsin ki:

6.1. bu Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;

6.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;

6.3. “ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı bu Fərmanın 2-ci hissəsinə əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmanın 2-ci hissəsinə əsasən “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən alüminium sənayesi müəssisələrinin sağlamlaşdırılması məqsədilə həmin müəssisələrin yaranmış daxili və xarici borclarının ödənilməsi istiqamətində tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.5. bu Fərman qüvvəyə mindikdən sonra “Aqrarkredit” QSC-nin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək əmlakın “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etsin;

7.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

9.1. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatına alınmasını təmin etsin;

9.2. bu Fərmanın 10.2-ci bəndində nəzərdə tutulmuş işlərin görülməsi ilə bağlı “ASK” ASC-yə lazımi kömək göstərsin;

9.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. “ASK” ASC:

10.1. tabeliyindəki aidiyyəti müəssisələrdə aşağıdakılarla bağlı tədbirlər görsün:

10.1.1. fəaliyyətinin təkmilləşdirilməsi və infrastruktur təminatının yaxşılaşdırılması, idarəetmə sistemlərinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sisteminin formalaşdırılması;

10.1.2. aqrar və sənaye, o cümlədən aqrar-sənaye sahələrində məhsulların istehsalı, emalı, saxlanması və satışı mərhələlərini əhatə edən səmərəli təsərrüfatçılıq sisteminin yaradılması, digər subyektlər arasında təchizat, tədarük və satış mərhələlərində koordinasiyanın təmin edilməsi;

10.1.3. kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin inkişaf etdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi, həmin məhsulların istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

10.1.4. alüminium sənayesinin inkişaf etdirilməsi, alüminium istehsalının artırılması, son məhsulun istehsalına qədər texnoloji zəncir qurulması, bu sahənin rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi;

10.2. alüminium sənayesinin yerli xammal və materiallarla təchizatını təmin etmək və idxaldan asılılığını aradan qaldırmaq üçün yerli və xarici ekspertlər cəlb etməklə tədqiqatlar aparılması, texniki-iqtisadi əsaslandırılmanın hazırlanması, ekoloji təmiz istehsal texnologiyasının seçilməsi və onun sənayedə tətbiqinin sınaqdan keçirilməsi, alunitin kompleks sənaye emalının təşkili, habelə ölkə ərazisində neft koksundan istifadə etməklə anod bloklarının istehsalı imkanlarını araşdıraraq, təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.3. bu Fərmanın 5-ci və 6-cı hissələrinin tələbləri nəzərə alınmaqla, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi başa çatdıqdan sonra “ASK” ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11. “Aqrarkredit” QSC:

11.1. mülkiyyətindəki (balansındakı) əmlakın bu Fərmanın tələblərinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsinin təmin olunması ilə bağlı tədbirlər görsün;

11.2. bu Fərmanın 2-ci hissəsinə və 7.5-ci bəndinə uyğun olaraq “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlakın bazar dəyəri ilə həmin əmlakın “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alındığı balans dəyəri arasında fərq yaranacağı təqdirdə, həmin fərqi “Aqrarkredit” QSC-nin mənfəət və ya zərərinə və ya digər məcmu gəlirinə aid etsin;

11.3. bu Fərmanın 3.2-ci bəndində nəzərdə tutulan problemli aktivlərin “ASK” ASC-yə ötürülməsi barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat versin;

11.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

13. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı “ASK” ASC-nin və Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onların müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beynəlxalq Bank özəlləşdirilir

    Beynəlxalq Bank özəlləşdirilir ...

    15-07-2015, 15:21

  • 
  • "Azərsu"da dəyişiklik

    "Azərsu"da dəyişiklik ...

    6-09-2015, 12:41

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

    Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir? ...

    27-02-2014, 16:32

  • 
  • Prezident istehlakçı hüquqlarını qoruyan dövlət xidmətinin fəaliyyətinin təkmilləşdirilməsinə dair fərman imzalayıb

    Prezident istehlakçı hüquqlarını qoruyan dövlət ...

    29-04-2016, 01:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu