GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Son bir ayda üçüncü Putin-Ərdoğan görüşü - səbəb?

Son bir ayda üçüncü Putin-Ərdoğan görüşü - səbəb?

Tarix: 13-12-2017, 12:33 Bölmə :Siyasət Baxış: 432
Son bir ayda üçüncü Putin-Ərdoğan görüşü - səbəb?


Rusiya və Türkiyə arasındakı intensiv danışıqların pərdəarxası; Qarabağla bağlı bədbin proqnoz; politoloq: “Görünür, yenə toqquşma olmalıdır ki...

Rusiya prezidenti Vladimir Putin Misir və Suriyanın ardınca Türkiyəyə səfər edib. Putin Suriyanın Xmeymim bazasında yerləşən Rusiya hərbi bazasına baş çəkib. Rusiya liderinin Suriyada özünü bu ölkənin prezidenti, yaxud qalib rəhbər kimi nümayiş etdirməsi nəzərlərdən qaçmayıb.

Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub. Kadrlara əsasən, Putinin təyyarəsi aviabazada yerə enəndə onu Rusiya qoşun qruplaşmasının komandanı qarşılayır və raport verir. Daha sonra Putin onu Xmeymin aviabazasında gözləyən Bəşər Əsədlə və rus hərbçiləri ilə görüşür, ardınca hərbçilərin qarşısında çıxış etmək üçün qırmızı xalı üzərində tribunaya tərəf gedir. Bu vaxt Bəşər Əsəd də onunla yanaşı getmək istəyir, ancaq rus generallarından biri onun qolundan tutaraq saxlayır, işarə verir ki, Putindən arxada qalmaq lazımdır. Yazıda qeyd olunduğu kimi, bu, Suriyada “xozeyinin” hazırda kim olduğunu göstərən simvolik kadrlardır.

Qeyd edək ki, Putin rus ordusunun bir qismini Suriyadan çıxarmağa qərar verib. Rusiyanın bu ölkədəki hərbi bazasında Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşər Əsəd qarşılayıb.

Misirin paytaxtı Qahirədə isə Putini Misir prezidenti Əbdülfəttah Sisi qəbul edib. Görüşdən sonra hər iki lider Misirin qərbində inşa edilən Daba nüvə stansiyasının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalayıb.

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada nizamlanma prosesini müzakirə etmək üçün rusiyalı həmkarı ilə Soçidə görüşmək niyyətində olduğunu bildirib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bəyan edib. “Bölgədəki mühüm məsələləri müzakirə etdik. Bu gün Suriya ilə bağlı məsələyə, son görüşümüzdə qəbul edilən qərarlara toxunduq və Soçidə daha bir görüşün keçirilməsinə dair razılığa gəldik. Əsas məsələlərdən biri Qüdslə bağlı vəziyyətdir. ABŞ müsəlmanları, xristianları və hətta yəhudiləri də məyus edən qərar qəbul edib. İsrail bunu Fələstinə təzyiq etmək imkanı kimi görür” deyə, Ərdoğan qeyd edib. O həmçinin bir həftə ərzində Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükü ilə bağlı məsələnin həll olunacağını vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin, Suriyada müxalifətçilər ilə rejim qüvvələrini bir araya gətirəcək Milli Konqresə terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin qoşulmasını istəməyən Ankaraya “O zaman Konqresə PYD-dən kənar kürdlər qatılır” formulu təklif edib. Xəbərə görə, Ankara bu təklifə isti yanaşıb.

Ərdoğan və Putin arasında təkcə son aylarda sayca üçüncü olan bu görüşün ardınca daha bir görüşə ehtiyac duyulması çox ciddi mətləblərdən xəbər verir. Düzdür, Rusiya və Türkiyə arasındakı S-400 anlaşmasının NATO-da doğurduğu sərt reaksiyanın qarşılığında bu iki ölkənin məsləhətləşmələri anlaşılandır. Lakin o da istisna deyil ki, Suriya prezidenti B.Əsədi qəbulolunmaz sayan Ərdoğan iqtidarı ilə Dəməşq hakimiyyətinin legitimliyini qəbul edən və onun arxasında dayanan Putin arasındakı təmaslarda Suriyanın taleyi ilə bağlı məsələlər də ciddi müzakirə mövzudur.

Prezidentlərin Suriya və Qüds başda olmaqla bir sıra beynəlxalq məsələləri müzakirə edəcəkləri gözlənilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi mövzularla bağlı danışarkən bunu deyib. Bildirib ki, Rusiya prezidenti Suriya səfəri barədə məlumat verəcək. Rusiya hərbçilərinin Suriyadan çıxarılmasından sonra atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.

“Suriyada hadisələr səngimir və rus ordusunun yalnız bir hissəsi oradan çıxır. Ümumən isə Putin çalışacaq Ərdoğanı Qərbdən qopardıb Rusiya - İran oxuna birləşdirsın”.

Politoloq Hikmət Hacızadə Putinin Qarabağ məsələsində aparıcı rol oynamaq üçün Ankaraya şans tanıyacağını güman etmir: “Ərdoğan bundan əvvəl dedi ki, Dağlıq Qarabağ münaqişəsini yalnız Rusiya və Vladimir Putin həll edə bilər. Bundan sonra nə demək olar ki?”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Rusiya prezidentinin bir gündə 3 ölkəyə səfəri sıradan bir hadisə deyildi: “Kreml sahibi ilk olaraq Suriyaya getdi və terrorçulara qarşı mübarizənin uğurla tamamlandığını söylədi. Putinin tərəfdaş ölkələrə səfərə Suriyadan başlaması Ankara üçün bir qədər gözlənilməz oldu. Putinin Suriyaya səfərinin bir neçə məqsədi var idi. Birincisi, Putin Suriyaya gəlməklə beynəlxalq aləmə mesaj göndərdi ki, məhz Rusiya ordusunun səyləri nəticəsində Suriyada beynəlxalq terrorçuların kökü kəsildi. Başqa sözlə iki il əvvəl Putin Suriyadakı terrorçularla mübarizə məqsədilə hücum əmri verməsəydi, bu gün Suriya tamamən terrorçuların əlinə keçəcəkdi və indiki rejimin rəhbəri Bəşər Əsədin hakimiyyətinə son qoyulacaqdı. İkincisi, Putin türkiyəli həmkarı və dostu Rəcəb Təyyub Ərdoğana da güclü mesaj göndərdi ki, Türkiyə prezidentinin Suriya prezidenti Bəşər Əsədə qarşı siyasətini qəbul etməyəcək. Düzünə qalsa, Əsəd reallığını Ərdoğan artıq inkar edə bilmir. Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu yanlış olaraq söyləyirdi ki, Əsəd hakimiyyətinin ömrünə bir neçə ay qalıb. Bu proqnoz doğrulmadı və indi Ankara Əsədi qəbul etməsə belə, Suriyada mərkəzi hakimiyyətin varlığı ilə hesablaşmaq məcburiyyətindədir”. Politoloq qeyd etdi ki, Rusiya və Türkiyə Suriyada İŞİD üzərində qələbə çaldılar: “Ancaq bununla məsələ bitmir. Türkiyə PKK-nın Suriyadakı iki qolu – PYD və YPG ilə də mübarizə aparmaq məcburiyyətindədir. Digər tərəfdən, Suriyada indi yeni dövr başlayır, Bəşər Əsəd müxalifətlə dialoqa başlamalı hakimiyyətini dünənki rəqibləri ilə bölüşməlidir. Əgər Əsəd tərslik göstərsə Suriyada yenə vətəndaş müharibəsi təhlükəsi yaranacaq və Rusiya-Türkiyə birliyi çat verəcək. Ona görə də Putinlə Ərdoğan Ankaradakı danışıqlarında Suriyanın gələcəyini müəyyənləşdirməyə cəhd göstərəcəklər”. E.Şahinoğlu qeyd etdi ki, Ərdoğan-Putin görüşündə Qarabağ müzakirə olunmadı: “Bunun iki səbəbi var. Birinci səbəb odur ki, Ərdoğan Qarabağı mövzusunu daima gündəmə gətirməyə çalışsa da, Putindən maraq hiss etmir. Kreml sahibi Qarabağ mövzusunu Ərdoğanla müzakirə etməyə həvəs göstərmir. İkinci səbəb bölgədə baş verən son hadisələrdir ki, həmin olaylar ayrıca Qarabağa geniş vaxt ayırmağa şərait yaratmır. Putin və Ərdoğan Qüds ətrafında yaranan gərginliyi müzakirə etdilər. Bu saat Ərdoğan üçün əsas mövzu budur. Ona görə də Qarabağ mövzusu getdikcə arxa plana keçir. Görünür yenə toqquşma olmalıdır ki, beynəlxalq aləmin Azərbaycanın işğal altındakı torpaqlar mövzusuna marağı artsın”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan Putini yerində oturtdu

    Ərdoğan Putini yerində oturtdu ...

    5-12-2012, 10:18

  • 
  • Putin Türkiyəyə gedir

    Putin Türkiyəyə gedir ...

    21-09-2017, 14:45

  • 
  • Putin: "Rusiya quyruq bulamır"

    Putin: "Rusiya quyruq bulamır" ...

    19-12-2015, 20:15

  • 
  • Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə edib

    Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti ...

    9-04-2017, 23:24

  • 
  • Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

    Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı ...

    26-09-2017, 19:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu