GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Bu oyunu biz pozduq...” - Bakı və Ankaranın ortaq mesajı

“Bu oyunu biz pozduq...” - Bakı və Ankaranın ortaq mesajı

Tarix: 18-12-2017, 12:43 Bölmə :Siyasət Baxış: 356
“Bu oyunu biz pozduq...” - Bakı və Ankaranın ortaq mesajı



İstanbul zirvəsindən dünyaya 2018 ismarışı; Ərdoğanın ev sahibliyi etdiyi islam sammiti Türkiyə və Azərbaycan üçün kritik hədəf cızdı; məkrli planlar de-şifrə olunur; ərəb şeyxlərinin Ermənistanda peyda olması təsadüfmü? Bakı üçün də mühüm gəlişmə...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsü ilə İstanbulda reallaşan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin fövqəladə toplantısı qardaş ölkənin regional supergüc olaraq mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması ilə yadda qaldı. Azərbaycan da daxil, türk toplumunun malik olduğu böyük potensialı göstərdi, Türkiyə və Azərbaycanın İslam dünyası üçün etibarlı lokomotiv missiyasını ortaya çıxardı.

Türkiyə güclənirsə, sözsüz ki, Azərbaycanın da gücünə güc qatılır. Təsadüfi deyil ki, İstanbul zirvəsi və orada nümayiş etdirilən ortaq siyasi iradə öncəliklə türk düşmənlərini əməllicə pəjmürdə və narahat elədi, dost-müttəfiqləri isə təbii ki, sevindirdi. Eyni zamanda müsəlman toplumun maraqlarını ciddiyə almayan, yaxud kor-koranə bəzi Qərb dairələrinin havasına oynayan antitürk çevrələri nişan verdi.

Bu xüsusda prezident Rəcəb Tayyib Ərdoğanın aşağıdakı sözləri diqqət çəkir. Sitat: “15 ildir Türkiyəni böyük, güclü, məzlumların, günahsızların ümid qapısı, güvən qaynağı olan bir ölkə kimi gücləndirməkdəyik. Türk milləti olaraq hələ dünyaya son sözümüzü söyləmədik. Hər şeyin zamanı olduğu kimi, bu böyük günün də zamanı var. Müsəlmanların gələcəyini yaxından maraqlandıran oyunu biz pozduq. Əgər bu gün daxildən, xaricdən davamlı hücumlara məruz qalırıqsa, böhtanlara tuş gəliriksə, davamıza və onun uğuruna canımıza qəsd edilirsə, səbəbi bu mübarizələrdən vaz keçməməyimizdir”.

Gerçəkdən də, böyük Yaxın Şərq oyununun əsas hədəfi “ipə-sapa yatmayan” Türkiyə və onun müttəfiqləridir. Bunu bir sıra Qərb siyasiləri heç gizlətmirlər də.

*****

“Türkiyə regionun stabil ölkəsinə və doğan ulduzuna çevrilib. Təkcə 2017-ci ilin üçüncü rübündə ölkənin iqtisadiyyatı 11% artıb. İlin sonu üçünsə bu göstərici 7,5% ola bilər. Türkiyə bəzi Qərb dairələrinin bütün əngəllərinə rəğmən, inkişaf eləməkdədir. Dünya şokda, Türkiyənin rəqibləri isə kədər içindədir. Onlar Türkiyəni dayandırmaq üçün hər şeyi sınaqdan çıxardılar”.

“Yeni Müsavat” xəbər verir ki, bu sitat “Sabah” qəzetinin ingilis versiyasındakı məqaləsindəndir. Məqalədə daha sonra deyilir: “Onlar istəmirlər ki, Türkiyə regionda öz maraqlarını qorumaq bacarığına malik iqtisadi, hərbi və siyasi cəhətcə aparıcı derjava olsun. Onlar Suriyada PKK-ya bağlı təşkilatlara kömək göstərməklə də Türkiyəni dayandırmağa, Türkiyə iqtisadiyyatına ziyan vurmağa çalışdılar. Lakin bütün bunlar fiasko oldu... Amerika sorğusu göstərdi ki, Ərdoğan Yaxın Şərqdə ən populyar liderdir. Bu, ona görə baş verdi ki, Ərdoğan Yaxın Şərq əhalisinin qayğısını çəkir, onu fələstinlilərin ağır vəziyyəti narahat edir. Ancaq bütün bunların fonunda ərəb liderlərinin əksəriyyəti Qüdsün İsrailin paytaxtı elan edilməsinə laqeyd yanaşdılar. İstanbulda islam liderlərinin sammiti ərəb liderlərinin Qüds və Fələstin xalqı ilə bağlı situasiyadan nə dərəcədə narahat olduqlarını nümayiş etdirdi”.

*****

Qeyd edək ki, İstanbul sammitində Səudiyyə Ərəbistanı, Misir və bəzi digər ərəb ölkələri öz liderləri səviyyəsində iştirak etməyib. Siyasi təhlilçilərin bununla bağlı şərhləri maraqlıdır.

“Ərdoğanın İstanbul sammitində daha genişmiqyaslı proseslərə start verməyi hədəfləyən siyasəti ərəb ölkələrinin böyük qısqanclığına səbəb olub”. Bu sözləri Axar.az açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hazırda Qüds istiqamətində iki cəbhənin açıldığını bildirib.

“İstanbul sammitindən öncə Ərəb Ölkələri Liqasının xarici işlər nazirlərinin toplantısı baş tutdu. Burada dominantlıq təşkil edən Səudiyyə Ərəbistan, Misir və digər ərəb ölkələri idi ki, gündəliyi də məhz onlar tərtib etmişdilər. Fikir verin, Türkiyənin təşəbbüsü ilə baş tutan İstanbul zirvəsində sözügedən ölkələr bir o qədər fəal iştirak etmədilər. Çünki bu ölkələr məhz Ərəb Ölkələri Liqası çərçivəsində güclərini birləşdirməyə üstünlük verirlər. Türkiyənin təşəbbüsü ilə baş tutan İƏT zirvə görüşü isə panərəb yox, panislam xarakteri daşıyırdı”, - deyə ekspert qeyd edib.

*****

Maraqlıdır ki, bu arada, yəni məhz İstanbul zirvəsindən sonra bəzi ərəb şeyxləri və övladları İrəvanda peyda olublar. Bu barədə informasiyanı “Qraparak” erməni qəzeti yayıb. Bildirilir ki, İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Onların İrəvana 3 gün öncə gəldiyi və erməni iş adamı Qagik Çarukyanın qonaqları olduğu vurğulanıb.

“Qraparak” görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu deyilir. Ancaq bu, asan məsələ deyil. Əks halda, qonşu İran çoxdan bu yöndə ciddi uğurlara nail olardı. Di gəl, Ermənistana bütünlüklə nəzarət edən Rusiya faktoru, Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması, Qarabağ konfliktinin həll olunmamış qalması, bunun nəticəsi kimi, Ermənistanın blokada şəraitində olması və dünya okeanına çıxışının olmaması işğalçı ölkəyə böyük xarici sərmayə yatırımını mümkünsüz edir. Hərgah, erməni rəsmiləri ərəb ölkələrinə intensiv səfərlər eləməklə vəziyyətdən və blokada şəraitindən çıxmağa çalışırlar.

Yeri gəlmişkən, İrəvanda iqtisadi durum başa çatmaqda olan 2017-ci ildə daha acınacaqlı olub, ölkədən kapital axını sürətlənib. Üstəlik, parlament xarici borc üçün müəyyən etdiyi kritik hədd baryerini artırmaq məcburiyyətində qalıb. Beləliklə, investisiya tapmayan Ermənistan gələn il borclanmanı artırmağa hazırlaşır. Yanvardan isə Ermənistanda, Dağlıq Qarabağda böyük bahalaşma dalğası gözlənilir: 800-ə yaxın mühüm tələbat malının qiymətinin, həmçinin, benzinin qiymətinin qalxması gözlənilir.

Yəni, ərəb şeyxlərinin İrəvan səfəri müəyyən mənada Azərbaycan üçün narahatlıq doğursa da, əslində ciddi təlaşa əsas yoxdur. Müəyyən qədər rahatsızlıq yaradan Qüds ətrafındakı olaylardan dolayı Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə strateji tərəfdaşımız İsrailı arasında münasibətlərin gərginləşməsi, Bakının müəyyən seçim qarşısına gəlməsidir. Fəqət, “küncə sıxılmış” İsrailin də bundan sonra Azərbaycana ehtiyacının artacağını söyləmək olar.

*****

“Ayrıca maraq kəsb edən istiqamət Türkiyənin Qüdslə bağlı sərt mövqeyi və Putinlə Ərdoğanın Ankaradakı bəyanatıdır. Belə olan halda Ankaranın yaxın müttəfiqi Bakı çətin ki, ümumi bəyanatlardan kənarda qalsın”. Bu sözlər rusiyalı politoloq Qriqori Trofimçuka məxsusdur.

Onun fikrincə, Bakı Təl-Əvivlə yaxın münasibətləri saxlamaqdan ötrü çox çalışmalı olacaq. “Aydın olan bir şey var. Yaxın Şərqdə vəziyyət çətinləşir və daha ciddi fazaya daxil olur. Bu prosesin iştirakçıları bundan sonrakı dönəmdə necə hərəkət edəcəklərinə qərar verməlidirlər. Ağ Evin Qüds gedişi çox şeydən xəbər verir. Bu gedişi Donald Trampın qəribəliyinə bağlamaq olmaz. Çox şey hələ təzə başlayır. Daha etibarlı sülh prosesi üçün Rusiya və Türkiyə Suriyadan ABŞ-ı qovmalı olacaq”, - deyə o əlavə edib.

Çevrəmizdə, bölgədə vəziyyət gerçəkdən də, daha ciddi fazaya daxil olub, çox şey təzəcə başlayır. Demək, Azərbaycan üçün də 2018 - yeni çağırışlar ili olacaq - həm Qarabağ (Ermənistan) alanında, həm də qardaş Türkiyə və İsraillə əlaqələr baxımından. Gələn il dost-müttəfiqləri qorumaq zərurəti yəqin ki, artacaq. Bir şeyi dəqiqdir ki, Bakı və Ankara Ərdoğanın təbirincə desək, bu il də əleyhimizə olan böyük oyunu sinxron siyasət sayəsində poza bilib. Amma məkrli oyunlar hələ bitməyib.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu islam ölkələri İstanbul müzakirəsinə gəlmədi

    Bu islam ölkələri İstanbul müzakirəsinə gəlmədi ...

    13-12-2017, 11:20

  • 
  • Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də iştirak edir

    Qüdslə bağlı toplantı başladı - İlham Əliyev də ...

    13-12-2017, 14:55

  • 
  • Liderlərin İstanbul sammiti - Ərdoğan və Əliyevdən sərt mövqe

    Liderlərin İstanbul sammiti - Ərdoğan və ...

    11-12-2017, 10:24

  • 
  • Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti başlayır

    Astanada İslam Əməkdaşlıq Təşkilatının sammiti ...

    10-09-2017, 12:07

  • 
  • Ərəb dünyası Türkiyəni  meydanda tək qoyur?

    Ərəb dünyası Türkiyəni meydanda tək qoyur? ...

    17-12-2017, 21:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (302)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu