GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ərəb dünyası Türkiyəni meydanda tək qoyur?

Ərəb dünyası Türkiyəni meydanda tək qoyur?

Tarix: 17-12-2017, 21:51 Bölmə :Dünya Baxış: 333
Ərəb dünyası Türkiyəni  meydanda tək qoyur?


Qüds şəhərinin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması Türkiyənin regiondakı geosiyasi fəaliyyətində yeni mərhələ hesab olunur. Belə ki, prezident Trampın qərarına qarşı başlanan etirazlar rəsmi Ankaraya müsəlman dövlətlərini ABŞ-a qarşı geostrateji planda səfərbər etmək imkanı yaradıb. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammiti Ərdoğan iqtidarının Qərb qarşısında müqavimətini möhkəmlətmək məqsədi daşıyırdı. Yəni Qüdslə bağlı yaranmış mübahisəni ABŞ-ın ciddi təzyiqlərinə məruz qalan Türkiyə hakimiyyəti üçün bir siyasi fürsət kimi də dəyərləndirmək olar. Ərdoğan ABŞ başda olmaqla, Qərbə Türkiyənin regionda güc mərkəzi olduğunu və lazım gələrsə, bütün İslam dünyasını ətrafına toplaya biləcəyinə dair açıq mesaj nümayiş etdirməyə çalışdı.

İlk variantda Türkiyə buna nail olmuş kimi görünür. Ancaq siyasi ekspertlərin fikrincə, Türkiyənin mövqelərinin nə qədər dayanıqlı olması ərəb dövlətlərinin İstanbulda verdikləri birgə bəyanata sadiq qalmalarından asılı olacaq.

"Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bir müddətdən sonra ərəb dövlətləri sözünə əməl etməməklə Türkiyəni meydanda tək buraxa bilər. “Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik, Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür”.

Politoloq hesab edir ki, buna baxmayaraq, Ərdoğan islamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan oxumaq istəyir: “Tamam, hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, “Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin yeri yoxdur. Bir az keçəcək, Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq”.

Rusiyalı analitiklər də ərəb ölkələrinin İslam Əməkdaşlıq Təşkilatının Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımaq barədə qəbul olunmuş bəyannaməyə sadiq qalmayacağını bildirir. Siyasi müşahidəçilərin fikrincə, bu özünü ilk növbədə, sammitin gedişində göstərdi. İƏT-ə daxil olan 48 ölkədən 16 dövlətin lideri toplantıya gəlmədi və öz nümayəndəsini göndərməklə kifayətləndi. Prezident Ərdoğan özü isə İstanbul sammitinin nəticələrinə ABŞ-la münasibətlərdə dönüş nöqtəsi yarada biləcək uğur kimi baxır.



Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələrinin beynəlxalq münasibətlər kafedrasının professoru Vladimir İsayevin qənaətincə, İƏT-in İstanbul toplantısı heç nəyi dəyişməyəcək. "Hətta Ərdoğanın özü sammitdə daha çox İsraillə əlaqələrin kəsilməsindən danışdı, nəinki ABŞ-la. Çox güman ki, bu taktikadan İƏT-ə daxil olan digər ölkələr üçün də uyğun olacaq. Hesab edirəm ki, bir çox ölkələr, xüsusilə də Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ABŞ-la münasibətləri pozmağa hazırdır. Bu onların marağında deyil "-deyə politoloq bildirib.

Şərqşünas Mariana Belyonnkaya hesab edir ki, sammit iştirakçıları şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanısa da, faktiki olaraq, ABŞ öz səfirlyini bu şəhərə köçürməyib. "İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əksəriyyəti İsrailə görə ABŞ-la münasibətləri pozmağa risk etməyəcək.

Politoloq Qabil Hüseynli isə İstanbul sammitinin Türkiyənin ABŞ və Qərb qarşısında mövqeyini gücləndirdiyini deyir: "Tədbir baş tutdu və dünyanı silkələdi. İstanbul Bəyannaməsi və oradakı çıxışlar Trampın imzaladığı qərarın əhəmiyyətini heçə endirdi. Trampın nümayəndəsi deyir ki, biz elə bilirdik dünya başımıza uçacaq, amma uçmadı. Zənnimcə, dünya başlarına uçdu və beynəlxalq aləmdə çox böyük rezonans doğurdu. Bu nöqteyi-nəzərdən mərkəzdənqaçma meyilləri nümayiş etdirən ərəb ölkələri isə əsasən Səudiyyə Ərəbistanı və Misir idi. Onlar da Fələstinin müstəqilliyinə və Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına etiraz etmədilər.

Səudiyyə Ərəbistanı və Misir bununla bağlı ayrıca bəyanat verdilər. Bildirdilər ki, Tramp öz qərarından geri çəkilməlidir. Yəni İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin qərarı tarixə düşdü. Bu diplomatik və beynəlxalq siyasi münasibətlərdə bir mərhələdir. Bu mərhələ də Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdlr. Türkiyə prezidenti İslam həmrəyliyinin bünövrəsini qoyan addım atdı. Mən güman etmirəm ki, bu sammit təsirsiz ötüşdü. Qərb gördü ki, Türkiyə adi bir dövlət deyil və istənilən vaxt İslam sivilizasiyasına aid olan insanları öz ətrafına cəmləyə bilir. Bu baxımdan, İstanbul zirvə görüşünün böyük əhəmiyyəti var".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İslam dünyası Trampın Qüdslə bağlı qərarına vahid reaksiya bildirəcək

    İslam dünyası Trampın Qüdslə bağlı qərarına vahid ...

    13-12-2017, 21:36

  • 
  • İstanbul sammiti Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı tanınması çağırışı ilə başa çatıb

    İstanbul sammiti Şərqi Qüdsün Fələstin dövlətinin ...

    15-12-2017, 10:57

  • 
  • Ərdoğan: "Trampın Qüds qərarının həyata keçirilməsinin asan olmayacağını göstərəcəyik"

    Ərdoğan: "Trampın Qüds qərarının həyata ...

    10-12-2017, 19:43

  • 
  • ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı — Kerridən Ankaraya şok…

    ABŞ-Türkiyə münasibətləri müharibə həddinə çatdı ...

    18-09-2014, 16:41

  • 
  • Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - Ərdoğan Trampa qarşı

    Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - ...

    13-12-2017, 14:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (393)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu