GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvanın ABŞ-a qarşı de-marşı - Bakı üçün açılan fürsət

İrəvanın ABŞ-a qarşı de-marşı - Bakı üçün açılan fürsət

Tarix: 21-12-2017, 10:47 Bölmə :Siyasət Baxış: 370
İrəvanın ABŞ-a qarşı de-marşı - Bakı üçün açılan fürsət


Moskvanın yanında olmağın bəadəli ağırlaşır; Ermənistan Ağ Evin həmmüəllifi olduğu sənədin əleyhinə çıxdı; Krımın ilhaqını dəstəkləyən İrəvan, üstəlik, ABŞ-ın əsas təhlükə saydığı dövlətin yanında yer aldı; BMT ermənilərin əsas müttəfiqi Rusiyanı işğalçı kimi tanıdı...

Dünən BMT Baş Assambleyasında “Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan haqları sahəsində vəziyyət” haqqında qətnamə səsə qoyulub və qəbul edilib. “Report”un BMT-nin xəbər mərkəzinə istinadən verdiyi xəbərə görə, ABŞ-ın, Böyük Britaniya və Fransanın həmmüəllifi olduğu qətnamənin leyinə 70 dövlət səs verib, 26 ölkə əleyhinə çıxıb, Azərbaycan da daxil, 76 ölkə bitərəf qalıb.

Qətnamə layihəsinin preambula hissəsində Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiya tərəfindən “müvəqqəti işğal edildiyi” qeyd edilir, ilhaqın qəbuledilməzliyi vurğulanır. “Müvəqqəti işğal olunan Krımda sakinlərə, o cümlədən Krım tatarlarına, eləcə də ukraynalılara, başqa etnik qrupların və dini qrupların təmsilçilərinə qarşı Rusiyanın işğalçı hakimiyyəti tərəfindən diskriminasiya tədbirləri görülür, onların insan haqları tapdanır” - sənəddə daha sonra bildirilir. Qətnamədə habelə işğal edilən Krımda Rusiya qanunlarının tətbiqinin, məhkəmə və inzibati idarəçiliyinin qanunsuz olduğu bildirilir. Müəlliflər Rusiyanı Krımı işğaladək beynəlxalq hüquqla bağlı öhdəliklərinə hörmət etməyə çağırıblar.

*****

Belə bir qətnamənin qəbulu ərazisinin bir hissəsi işğal altında olan Azərbaycan üçün də bir neçə aspektdən mühüm əhəmiyyətli sayıla bilər. Əvvəla, bu, növbəti dəfə ölkələrin ərazi bütövlüyü və suverenliyinə, bütövlükdə beynəlxalq hüquqa beynəlxalq birliyin sadiqliyinin təsbiti faktıdır. Dağlıq Qarabağa dair BMT qətnamələrinə yeni “nəfəs” verilməsi deməkdir.

İkincisi, Rusiya ilə yanaşı, Ermənistanın işğalçı siyasətini faş edən bir olaydır. Çünki ermənilər də qonşu ölkənin ərazisinin bir hissəsini illərdir işğal altında saxlayır. Təsadüfi deyil ki, sənədin əleyhinə çıxanlar arasında Ermənistan başda gəlir. Ermənistanla yanaşı, Belarus, Bolviya, Hindistan, Qazaxıstan, Şimali Koreya, Kuba, Serbiya, Qırğız Respublikası, Çin, İran, Tacikistan və Cənubi Afrika Respublikası əleyhinə səs verənlərin sırasında yer alır.

Diqqət edildisə, postsovet məkanından Ukraynanın ərazi bütövlüyü əleyhinə səs vermiş Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan “Rus NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Onların hamısının ərazisində Rusiyanın hərbi bazaları mövcuddur. Bu mənada həmin ölkələrin mövqeyini anlamaq da olar. Hərçənd Dağlıq Qarabağ məsələsində Ermənistan xaric, onların hamısı ölkəmizin haqlı mövqeyini dəstəkləyir - xüsusən də Qazaxıstan və Belarus erməni işğalı məsələsində ermənipərəst mövqe sərgiləmir. O üzdən düşünmürük ki, Dağlıq Qarabağla bağlı məsələ əgər BMT-də səs verməyə çıxarlarsa, bu ölkələr ərazi bütövlüyümüz əleyhinə səs verər və ya bitərəf qalar.

*****

Yəni hər bir ölkənin öz marağı özünə daha qiymətlidir təbii ki. Bu acıdan baxanda Azərbaycan son səsvermə zamanı balanslı mövqe sərgiləyib - balanslı xarici siyasət kursuna uyğun olaraq. Biz Krımın işğalını lap əvvəldən qəbul etməmişik, etmirik. Eyni zamanda Rusiyanın olduqca təhlükəli qonşu olduğunun da fərqindəyik.

Yeri gəlmişkən, 2014-cü ilin martında BMT-də Ukrayna ilə bağlı ilk səsvermə keçiriləndə Azərbaycan onun ərazi bütövlüyünü dəstəkləyib. Doğrudur, ondan az sonra Bakı AŞ PA-da Rusiyaya qarşı sanksiyalar məsələsində bitərəf qalmaqla Moskvaya jest edib. Hərgah, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməkdə davam edir. Ayrı cür ola da bilməz.

Nə etməli, bu, illərdir beynəlxalq hüquq hərləməyən, iki postsovet ölkəsinə (Ukrayna, Gürcüstan) birbaşa, hərbi təcavüz edən Putin Rusiyasıdır...

*****

BMT-dəki son səsvermənin daha bir önəmli detalı var: məsələ ondadır ki, budəfəki səsvermə ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasının açıqlandığı günlərə təsadüf edir. Hansı sənəddə ki, Rusiya Birləşmiş Ştatlar üçün 1 nömrəli təhlükə elan edilib. Demək, Rusiyanın hərbi-siyasi müttəfiqləri, onun postsovet məkanında siyasi kursuna kömək edənlər də yaxın illərdə Vaşinqtonun hədəfinə gələ bilər.

Onların başında isə Rusiyanın işğal ortağı Ermənistan gəlir. O Ermənistan ki, üstəlik, indiki olduqca həssas məqamda ABŞ-ın həmmüəllifu olduğu Ukrayna ilə bağlı sənədin əleyhinə də səs verməklə bir daha əsas müttəfiqi Moskvanın yanında yer alıb, faktiki rusların xeyrinə Amerikaya qarşı de-marş edib. Demək, bədəlini ödəməyə də hazır olmalıdır.

*****

Bu da maraqlıdır ki, eyni gündə Qüdslə bağlı məsələ BMT TŞ-də səsverməyə çıxarılıb və ABŞ-ın vetosuna rəğmən, 14 səslə qəbul edilib. Amerikanın təşkilatdakı rəsmi nümayəndəsi isə sənədə səs verən ölkələri hədələyib. Belə ki, daimi nümayəndə Nikki Heyli BMT üzvlərinin elektron poçt ünvanlarına göndərdiyi xəbərdarlıq mesajında Qüdslə bağlı səsvermədə ABŞ əleyhinə səs verənlər barədə Donald Trampa məruzə edəcəyini bildirib (axar.az). “Səsini vermək barədə düşünərkən prezidentin və ABŞ-ın bunu şəxsi məsələ olaraq qəbul edəcəyini bilməyini istəyirəm. Prezident səsvermənin gedişi ilə yaxından maraqlanacaq. Məndən bizə qarşı səs verən ölkələr barədə məruzə istəyib. Bu barədə bütün səsləri qeyd edəcəyik”, - ABŞ nümayəndəsi əlavə edib.

Deməli, Ukrayna məsələsində Amerikanın iradəsi və həmmüəllifi olduğu sənədin əleyhinə gedən Ermənistan da Ağ Evin diqqətinə, hətta hədəfinə gələ bilər. Bu isə Bakı üçün Azərbaycanın artan önəmi və Dağlıq Qarabağ məsələsinin həll perspektivi baxımından yeni bir fürsət ola bilər. Hər halda, geosiyasi maraqların toqquşduğu və “fillərin” davaya hazırlaşdığı bir zamanda, Vaşinqtonun əsas təhlükə elan elədiyi Rusiyanın əsas müttəfiqi kimi Ermənistanın anti-ABŞ demarşının bədəlinin nədən ibarət olacağını biləcəyik./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya rəsmən işğalçı kimi tanındı -Azərbaycan üçün mühüm presedent

    Rusiya rəsmən işğalçı kimi tanındı -Azərbaycan ...

    17-11-2016, 23:11

  • 
  • BMT: Krımda Rusiyanın işğalı altında insan haqlarının durumu kəskin pisləşib

    BMT: Krımda Rusiyanın işğalı altında insan ...

    26-09-2017, 09:33

  • 
  • BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi

    BMT Ukraynanın ərazi bütövlüyünü dəstəklədi ...

    1-03-2014, 10:56

  • 
  • “Biz Rusiyanın əleyhinə, Ukraynanın lehinə səs vermişik”

    “Biz Rusiyanın əleyhinə, Ukraynanın lehinə səs ...

    29-03-2014, 16:13

  • 
  • Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi

    Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi ...

    28-03-2014, 10:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu