GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Biz Rusiyanın əleyhinə, Ukraynanın lehinə səs vermişik”

“Biz Rusiyanın əleyhinə, Ukraynanın lehinə səs vermişik”

Tarix: 29-03-2014, 16:13 Bölmə :Siyasət Baxış: 718
“Biz Rusiyanın əleyhinə, Ukraynanın lehinə səs vermişik”
Deputat Anar İbrahimov:
“Mən Rusiya nümayəndə heyətinin rəhbərini qətiyyətlə təkzib edirəm”


“Mən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimirovsk vilayətinin qubernatoru Svetlana Orlovanın bəyanatını qətiyyətlə təkzib edirəm. Azərbaycan nümayəndə heyəti Krımın ilhaqını pisləyən qətnamənin qəbul olunmasına səs verib”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki milli nümayəndə heyətinə rəhbərlik etmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov deyib.
Onun sözlərinə görə, düzdür, S.Orlova Azərbaycan nümayəndə heyətinə müraciət edərək onlardan haqqında söhbət gedən qətnamənin qəbulunun əleyhinə səs vermələrini xahiş edib. Ancaq A.İbrahimov bununla razılaşmayıb və rusiyalı qubernatora qətiyyətlə bildirib ki, onlar Rusiya tərəfinin mövqeyini müdafiə edə bilməzlər. Çünki Ukrayna kimi Azərbaycan özü də aqressiyanın və təcavüzün qurbanıdır.
A.İbrahimov onu da bildirib ki, Azərbaycan nümayəndə heyəti qətnamənin yalnız bir – Avropa Birliyini Rusiyanı bu beynəlxalq qurumdan çıxarmağa çağıran bəndinin əleyhinə çıxıb.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburqda keçirilən növbəti sessiyasında Azərbaycan baxımından qalmaqal baş verib. Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti Krımın işğalına görə Rusiyanı pisləyən qətnamə layihəsinin əleyhinə çıxıb və Ermənistan nümayəndə heyəti ilə birlikdə Rusiyanın bu məsələdəki mövqeyini dəstəkləyib.
Sessiyada baş verənlər və Rusiyanın mövqeyinin əksər iştirakçılar tərəfindən necə pisləndildiyi haqda bu ölkənin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin rəhbəri, Vladimirovsk vilayətinin qubernatoru Svetlana Orlova bəyanat verib. Bəyanatda deyilir ki, sessiyanın birinci iş günündə-martın 25-də Ukrayna nümayəndə heyəti Rusiyanı təcavüzdə və sərhədləri zorla dəyişdirməkdə ittiham edən vərəqələr yaymağa başlayıblar. “Onların tərəfindən başqa belə cəhdlər də oldu. Konqresin üzvlərinin çoxu özlərini olduqca isterik aparırdı. Referendumu tanımırlar. Bizi ancaq Azərbaycan və Ermənistan dəstklədi. Buna baxmayaraq Rusiya nümayəndə heyəti təxribatlara tutarlı cavab verdi, bildirdi ki, Rusiya prezidentinin addımlarını çoxmillətli Rusiyanın əhalisinin 75 faizi və Krım əhalisinin 95 faizdən çoxu dəstəkləyir. Referendum beynəlxalq hüquqa əməl olunmaqla keçirilib. Krım xalqı öz iradəsini azad şəkildə ifadə edib. Belə çıxır ki, Kosovada olar, indi yox? Bu, ikili standartlardır” deyə Orlova bəyan edib.
Sessiyada Ukraynadakı vəziyyətlə bağlı Avropa Şurasının baş katibi Turborn Yaqland da çıxış edib. S.Orlova deyib ki, onun çıxışı olduqca korrekt idi. “Yaqland Ukraynadakı böhranın kökləri haqda danışdı, bildirdi ki, konstisusiya islahatları aparlmır, qubernator seçkiləri keçirilmir, normal qanunvericilik bazası yoxdur, korrupsiya baş alıb gedir. Problemlər həm ölkənin şərqində, həm qərbində mövcuddur” deyə qubernator bildirib. Sessiyada Ukraynadakı vəziyyət və Krımın ilhaqından narahatlıq ifadə edən qətnamə qəbul edilib, Konqresin xüsusi missiyasının Krıma göndərilməsi haqda qərar qəbul olunub. S.Orlova bunu Konqresin və Avropa Şurasının nizamnaməsinə zidd qərar hesab edir. Sessiya martın 27-də işini yekunlaşdıracaq.
“Kommersant” qəzeti xəbər verir ki, sessiyanın gündəliyinə Belçika nümayəndəsi Markus Kuul tərəfindən Krıma dair qətnamə layihəsi təqdim olunmuşdu. Həmin layihədə Rusiyanın Krımı işğal etməsi və orada saxta referendum keçirməsi pislənilirdi. Sessiya zamanı bu qətnamə layihəsinə düzəlişlər təklif olunub. Rusiya nümayəndə heyətinin “işğal” ifadəsinin layihədən çıxarılmasına dair təkliflərini
Konqresin keçmiş vitse-prezidenti, Ermənistan nümayəndə heyətinin üzvü Emin Eritsyan dəstəkləyib. Azərbaycan nümayəndə heyətindən kimin Rusiyanın mövqeyini dəstəklədiyini dəqiqləşdirmək mümkün olmayıb.
Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki milli nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin deputatı Anar İbrahimov başçılıq edir. Nümayəndə heyətinin rəhbərinin müavini Sumqayıt bələdiyyəsindən Əbülfəz Babayevdir. Heyətin tərkibində müxtəlif şəhər və kənd bələdiyyələrinin təmsilçiləri də yer alırlar. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurası yanında məşvərətçi orqandır.
Qeyd edək ki, rəsmi Bakı Krım məsələsində ehtiyatla da olsa Ukraynanın ərazi bütövlüyünə dəstək verib və yarımadada keçirilən referendumun nəticələrini tanımayıb. Ermənistan isə prezident səviyyəsində bu referendumun nəticəsini tanıyıb və dəstəkləyib. Bu baxımdan Strasburqdakı sessiyada Ermənistan nümayəndələrinin Rusiyanı dəstəkləməsini başa düşmək olardı, Azərbaycan nümayəndə heyətinin mövqeyi isə ən azından rəsmi Bakının mövqeyi ilə üst-üstə düşmür və ərazilərinin bir hissəsi işğal altında olan ölkənin təmsilçiləri üçün anlaşılmaz görünür.
Fuad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Strasburqda qalmaqal: Azərbaycan nümayəndə heyəti Krımın işğalını dəstəklədi

    Strasburqda qalmaqal: Azərbaycan nümayəndə heyəti ...

    27-03-2014, 09:36

  • 
  • Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkələr sırasına daxil edildi

    Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkələr ...

    16-10-2014, 16:42

  • 
  • Rusiya AŞPA-nı boykot etdi

    Rusiya AŞPA-nı boykot etdi ...

    16-01-2016, 12:25

  • 
  • Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi

    Azərbaycan Ukrayna və Rusiya arasında seçim etdi ...

    28-03-2014, 10:33

  • 
  • Ermənistanda Qarabağ mübahisələri: “Bəlkə AŞ PA-ya sizin yerinizə qara kürü göndərək?”

    Ermənistanda Qarabağ mübahisələri: “Bəlkə AŞ ...

    16-11-2015, 15:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu