Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı spiker Oqtay Əsədovla Parlamentin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə arasında mübahisə yaranıb.
A.Rəhimzadə ədliyyə nazirinin müavini Vilayət Zahirovun hesabatından sonra ona söz verilməli olduğunu bildirib:
“Qaydalara görə hesabatdan sonra müvafiq komitə sədrinə çıxış üçün söz verməli idiniz. Əgər söz vermədinizsə, danışmağa ehtiyac görmürəm. Vaxtında söz vermək lazım idi”. Spiker O.Əsədov isə deputata cavabında bildirib ki, komitə sədri müzakirədə çıxış etmək istəyirsə, əvvəldən yazılmalı idi: “İstədiyiniz vaxt çıxış üçün yazılıb fikrinizi bildirə bilərsiniz”.|ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?