GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakıda mühüm energetika toplantısı

Bakıda mühüm energetika toplantısı

Tarix: 16-02-2018, 11:33 Bölmə :Siyasət Baxış: 419
Bakıda mühüm energetika toplantısı


Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başladı; prezident İlham Əliyev: “2017-ci il layihənin icrasında mühüm il olub”

Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.
Tədbirdə çıxış edən prezident İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur. İclasda iştirak edən dövlətlərlə qurulan sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. O vurğulayıb ki, irimiqyaslı layihələrin reallaşdırılması güclü və effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır.
“Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılmasında məqsəd səylərimizi əlaqələndirməkdir” deyən prezident bildirib ki, bu layihənin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.

Prezident diqqətə çatdırıb ki, artıq işlər həlledici mərhələyə daxil olub və 2017-ci il layihənin icrasında mühüm il olub.
Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse- prezidenti Maroş Şefçoviç çıxışında bildirib ki, Cənub Qaz Dəhlizinin Avropa üçün strateji əhəmiyyəti var: “Avropa tərəfindən Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini vurğulamaq istərdim. Bu yaxınlarda Avropa İnvestisiya Bankı (AİB) tərəfindən bu layihənin maliyyələşdirilməsinə ayrılan vəsait həmin bankın tarixində tək bir layihəyə ayrılan ən yüksək məbləğ olub”.
Xatırladaq ki, cari ilin fevralın 6-da AİB Avropaya qaz nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisinə 1,5 milyard avro həcmində kreditin ayrılmasını təsdiq edib.
İclasda İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto da maraqlı fikirlər səsləndirib. O bildirib ki, TAP layihəsi Avropaya qaz tədarükü və enerji mənbələrinin diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir və İtaliya hökuməti BMT-nin İqlim Dəyişməsi Konvensiyasında nəzərdə tutulan ekoloji məqsədlərə cavab verən bu layihəni tam dəstəkləyir: “”İtaliya Azərbaycan və digər iştirakçı ölkələr tərəfindən yaradılan yüksək əməkdaşlıq çərçivəsində layihənin tam uğurla həyata keçirilməsində qərarlıdır".

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP qaz boru kəmərləri vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
Bəs görəsən, Cənub Qaz Dəhlizi layihəsindən gələcəkdə Azərbaycan nə qədər gəlir götürəcək? Bu layihə kommersiya baxımından özünü doğruldacaqmı?
“Yeni Müsavat”ın suallarını cavablandıran ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov bildirdi ki, gəlirləri “Azəri-Çıraq-Günəşli” layihəsi ilə müqayisə ediləcək qədər olmasa da, Cənub Qaz Dəhlizi layihəsi özünü doğruldacaq: “Qaz heç vaxt neft qədər gəlir gətirmir, bu bilinən bir gerçəklikdir. 1994-cü ildən 2018-ci ilə qədər bütün ”Azəri-Çıraq-Günəşli" layihəsinə 40 milyard dollardan az kapital investisiya edilib. Ancaq oradan Azərbaycanın gəliri təqribən 130 milyard dollardır. Amma “Şahdəniz 2" layihəsi başlamadan belə ora 40 milyard dollar yatırım qoyulmalıdır. Ona görə maliyyətcə daha bahalı layihədir. Qaz isə neft qədər gəlir gətirmədiyi üçün, bu layihənin kar marjı ümumi olaraq az olacaq, xərci isə daha çox olacaq. O səbəbdən ”Şahdəniz 2" layihəsinin gətirəcəyi gəlir “Azəri-Çıraq-Günəşli” layihəsi ilə müqayisə edilə bilməz. Ancaq bu 40 milyard dolların heç də hamısı Azərbaycan tərəfindən qoyulmur. Bildiyiniz kimi, 4 fərqli konsorsium var və bu konsorsiumlarda 10-a qədər şirkət onun ətrafında fəaliyyət göstərir. O baxımdan xərclər bu şirkətlər arasında bölüşdürüləcək".

İqtisadçı vurğuladı ki, Azərbaycanın burada qoyduğu vəsaiti çıxara bilməməsi kimi bir ehtimal yoxdur:“Əlbəttə, söhbət təkcə qoyulan vəsaitin çıxarılmasından getmir, gəlir də olacaq, milyardlarla dollar əldə ediləcək. Ancaq yenə də bu neftdən daha yavaş bir proses olacaq və ümumi olaraq daha az olacaq. Azərbaycan şirkətləri də burada podratçılar olaraq qazanc əldə edəcəklər. Azərbaycan buradan qazandığı təcrübələri gələcəkdə başqa dünyamiqyaslı proyektlərdə istifadə edəcək. Ölkəmiz bu layihə çərçivəsində qazandığı dostluqları, istər Gürcüstanla, istər Türkiyə ilə, istərsə də Avropa Birliyinin enerji təhlükəsizliyində yol almaqla olsun, Avropada qazandığı müttəfiqlikləri özünün başqa milli maraqları mövzusunda divident olaraq istifadə edəcək. Bu baxımdan ”Şahdəniz 2" layihəsi Azərbaycan üçün kifayət qədər uğurlu layihə hesab oluna bilər".
Elnur Soltanovun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün də əhəmiyyəti çox böyükdür:“Avropanın istehlak etdiyi təbii qazın önəmli hissəsi iki ölkənin monopoliyasındadır. Əlbəttə, Cənub Qaz Dəhlizi Azərbaycan üçün siyasi bir layihə deyil, tamamən iqtisadi layihədir. Bizim heç bir şəkildə siyasətlə işimiz yoxdur. Ancaq bu layihə Avropanın enerji təhlükəsizliyi arxitekturasında bir inciyə çevriləcək. Avropa üçün strateji əhəmiyyəti heç bir halda kiçildilə biləcək bir layihə deyil”./APA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak edir

    Prezident İlham Əliyev Bakıda "Cənub Qaz ...

    29-02-2016, 09:54

  • 
  • “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı olacaq

    “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində ...

    11-01-2018, 21:11

  • 
  • İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələsidir və enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyidir"

    İlham Əliyev: "Cənub Qaz Dəhlizi enerji ...

    23-02-2017, 21:47

  • 
  • İtaliya dövlət katibi "Cənub Qaz Dəhlizi"nin strateji önəmindən danışıb

    İtaliya dövlət katibi "Cənub Qaz ...

    29-02-2016, 11:41

  • 
  • ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycana səfərə gələcək

    ABŞ Dövlət Departamentinin nümayəndəsi ...

    2-02-2018, 16:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu