“Mənim mətbuata verdiyim açıqlamaya kim nə münasibət bildirir, bildirsin. Mən ifadə azadlığına hörmətlə yanaşıram”. Bunu çıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseyn Milli Şura ilə bağlı “ilk dəfə olaraq rejissoru olmadığımız oyuna qatılmışıq” fikirlərinin birmənalı qarşılanmamasına münasibət bildirərkən deyib.
Eks-baş nazir zərurət olacağı halda Müsavat başqanı İsa Qəmbərin seçkilrədə vahid namizəd olaraq R. İbrahimbəyovu əvəz etmə şansını dəyərələndirməkdən imtina edib.
“Mən politoloq deyiləm və məsələ barədə proqnoz verə bilmərəm. Bu baxımdan şərh verməyi etik normalara uyğun saymıram. Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovdur. Biz də onu və onun seçki siyasətini müdafiə edirik”. Xatırladaq ki, Pənah Hüseyn “Yeni Müsavat” qəzetinə müsahibəsində deyib ki, Milli Şura bir siyasi layihə olaraq Rüstəm İbrahimbəyovun adı və şəxsi üzərində qurulub.
“Bu əvvəldən hər kəsə aydın idi. İsa Qəmbər və Əli Kərimli isə çox ağır bir məsuliyyətin altına giriblər. Tərəfdaşları da bunun fərqində olmalıdırlar. Lakin pafoslu və mücərrəd mülahizələrlə uzağa getmək olmaz. Rüstəm İbrahimbəyov və onun həqiqi yaxın çevrəsi İsa Qəmbər və onun təmsil elədiyi qüvvələrlə bir çox məsələləri açıq və səmimi şəkildə müzakirə edib, razılaşdırmasalar, ciddi problemlər ortaya çıxacaq”-deyə o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?