Rusiya Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında iştirak üçün tələb olunan nümayəndə heyətinin tərkibi ilə bağlı sənədləri göndərməyib.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, AŞPA-nın reqlamentinə görə, sənədlərin verilməsi üçün sonuncu tarix dünən başa çatıb. Rusiyalı jurnalistlərin hakimiyyətdəki mənbəyə əsasən verdikləri məlumata görə, bu sessiyada iştiraka "faktiki olaraq yox demək" kimi anlaşılmalıdır.
Noyabrın sonlarında Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr komitəsinin sədr müavini Leonid Kalaşnikov büdcəyə qənaət məqsədilə deputalatın xarici ölkələrə səfərinin, o cümlədən AŞPA-nın sessiyalarına ezam olunmalarının minimuma endiriləcəyini elan etmişdi.
2014-cü ilin aprelində AŞPA-dakı Rusiya nümayəndə heyəti Krımın ilhaqına görə səlahiyyətlərinin bir qismini itirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?