Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müavini Villiam Solley ilə görüşüb.
Bu barədə Oktay Gülalıyev özü məlumat verib:
"ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Villiam Solley ilə görüşdük. Əsas söhbətimiz ölkədə insan haqları ilə bağlı durum və siyasi məhbuslarla bağlı oldu. Azərbaycanda siyasi məhbus probleminin aktuallığını, ölkəmizin bu sahədə Avropanın lider ölkəsi olduğunu bir daha ABŞ- lı diplomatın diqqətinə çatdırdım. Təmsil etdiyi ölkənin problemə daha həssas yanaşmasının önəmini bildirdim.
Fürsətdən istifadə edib Nardaran haidəsələri ilə bağlı ağır mənəvi və fiziki yara almış, bədəninin bir hissəsi iflic olmuş Əbülfəz Bunyadovun, eləcə də hazırda həbsdə olan jurnalistlər Əziz Orucovun və Efqan Sadıqovun səhətinin ağır olduğunu, 31 mart mitinqindən sonra naməlum şəkildə yox çıxıb oğurlandığı bildirilən Fatimə Mövlamlı barədə Villiam Solleyi məlumatlandırdım. Ondan adlarını çəkdiyim insanlara və siyasi məhbuslara dəstək olmasını xahiş etdim".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?