Milli Şura və Müsavat Partiyası aprelin 14-də Məhsul stadionunda növbəti mitinq keçirəcək. Bu barədə AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb.
“Əziz həmvətənlər, sizə güvənərək mitinqlərə davam qərarı verdik. Növbəti mitinqimiz saxta seçkilərdən dərhal sonra - 14 apreldə, saat 15-də, “Məhsul” stadionunda keçiriləcək. Yalançılara, talançılara, seçkini saxtalaşdıranlara yox deyəcəyik. İlham Əliyev elə bilməsin ki, 11 aprel saxtakarlığı xalqı ruhdan salacaq, onun özgüvənini sarsıdacaq. Qətiyyən! Daha ciddi, daha kütləvi və qalibiyyətli mübarizə hələ qarşıdadır!” o yazıb.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək./amerikaninsesi.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?