Son günlər ABŞ ilə Rusiya arasındakı gərginliklə bağlı rus televiziya kanalları insanlara xəbərdarlıq edib. 3-cü dünya müharibəsinin çox da uzaqda olmadığını deyən televiziya aparıcısı insanların müharibə şəraitində nə etməli olduqlarını izah edib. Teleaparıcı ərzaq ehtiyatı siyahısında nələrin ola biləcəyini və sığınacaqlarda necə qorunmaq lazım olduğunu da deyib.
“Rossiya-24” telekanalında yayımlanan bu xəbərdarlıqda Rusiyanın Qərb ölkələri ilə kimyəvi müharibəyə girməsinin qaçılmaz olduğu da bildirilib. Verilişin aparıcısı Qərb ölkələrinin müharibə üçün can atdıqlarını desə də, hələlik savaş ehtimalının az olduğunu deyib. Verilişdə dövlətlər arasında baş verən bu gərginlikdə Qərbin günahı olduğu deyilib. Teleaparıcı Qərbin qlobal fəlakətə səbəb olacağını söyləyib.
Bəyan edilən xəbərdarlığın insanları qorxutmaması üçün savaş ehtimalının az olduğunu deyən teleaparıcı bunun sadəcə, bir ehtiyat tədbiri olduğunu bildirib. Daha sonra xəbərdarlıqda ola biləcək radioaktiv şüalanmaya qarşı dərmanların hazır olmasının vacibliyi də söylənilib.
İnsanları qorxuya salan 3-cü dünya müharibəsi ilə bağlı xəbərdarlıqdan sonra teleaparıcı lazım olan qidaların siyahısını da açıqlayıb:
Düyü – 8 ilə qədər xarab olmadan qalır.
Yulaf əzməsi – 3 ildən 7 ilə kimi xarab olmadan qalır.
Qarabaşaq – 1 ilə qədər saxlanıla bilər.
Konserv ətlərlə 5 ilə qədər qidalanmağın mümkün olduğunu açıqlayan teleaparıcı, balıq konservlərinin isə 2 ilə yaxın istifadə müddətinin olduğunu deyib.
Daha sonra teleaparıcı siyahıya süd, süd tozu, səkər və duzun da əlavə olunmasının vacibliyini vurğulayıb.
Telekanalın aparıcısı şokolad, şirniyyat və kremli qidaların məsləhətli olmadığını deyib. O, bu qidaların güclü enerji mənbəyi olduğunu, lakin susuzluq yaratdığı üçün müharibə şəraitində istifadəsinin məsləhət görülmədiyini açıqlayıb.
Bu tövsiyyələrdən sonra teleaparıcı ABŞ-ın da böyük bir təlaş içərisində olduğunu, Bu ölkədə də artıq sığınacaqların hazırlanmasına başlanıldığını deyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?