Bu gün Konstitusiya Məhkəməsi prezident seçkisinin nəticəsini təsdiq edəcək.
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Konstitusiya Məhkəməsinə təqdim etdiyi sənədlərin yoxlanılması və seçkilərin yekunlarının təsdiqi ilə əlaqədar xüsusi konstitusiya icraatı üzrə Plenum iclası Konstitusiya Məhkəməsinin binasında keçiriləcək. İclas bu gün saat 15:00-da keçiriləcək. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçiriləcək iclasda MSK-nın təqdim etdiyi protokola baxılacaq, iclasda seçkilərlə bağlı ümumi məlumat veriləcək.
Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?