GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB

Tarix: 20-04-2018, 22:31 Bölmə :Siyasət Baxış: 409
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub - YENİLƏNİB


Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Bakı Metropoliteninin “İçərişəhər” stansiyasına gəlib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi və yeni metro qatarları barədə məlumat verib. Son illərdə digər sahələrdə olduğu kimi, Bakı Metropolitenin ən müasir avadanlıqla təchiz edilməsi və sərnişinlərin rahatlığının təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlər həyata keçirilir. Bu işlərdə əsas məqsəd paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının rahat hərəkət etmələri, onların mənzil başına təhlükəsiz çatmalarıdır.

Bu gün Bakı Metropoliteni ən çox sərnişin daşıyan nəqliyyat növü olmaqla, şəhər sakinlərinə və paytaxtımızın qonaqlarına yüksək səviyyədə xidmət göstərir. Yeni vaqonların alınması isə bu xidməti daha da yüksəltməyə geniş imkan yaradır.

Prezident İlham Əliyev yeni metro vaqonlarına baxıb.

2018-ci ildə Rusiyanın “Transmaşholdinq” şirkətinin “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyətində istehsal olunan bu vaqonlar müasirliyi ilə seçilir. Yeni qatarın sürəti saatda 90 kilometrdir. Qatarın baş vaqonu 38 oturacaqlı olmaqla, ümumilikdə, 315 yerlik, orta vaqonu isə 44 oturacaqlı olmaqla, ümumilikdə, 328 yerlikdir. Yeni vaqonların mühərriklərinin gücü 170 kilovatdır.

Qəza, sürüşmə, yanğın əleyhinə yeni sistemlərin tətbiqi qatarda hərəkət təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırıb. Vaqonlardakı sərnişinlərin təhlükəsizliyi daxili və xarici videomüşahidə sistemləri əsasında təmin edilir. Bu sistem nəinki maşinistə müraciət edən sərnişini, həmçinin onun ətrafında olan vəziyyəti qiymətləndirməyə imkan verir. Bundan əlavə, videotəsvirin videomüşahidə mərkəzinə ötürülməsi də nəzərə alınır. Maşinist kabinəsi maşinistin sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. İdarəetmə sistemlərinin optimallaşdırılması, yerləşdirilməsi və pult üzərində əksolunması bir qrup maşinistlə aparılan müzakirələrdən sonra işlənib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib. Maşinist kabinəsinin sahəsi də 15 faiz artırılıb.

Prezident İlham Əliyev yeni qatarla metronun “İçərişəhər” stansiyasından “Nəriman Nərimanov” stansiyasına gedib.

Qatarda vaqonlararası birbaşa keçidin təmin edilməsi ilə onun konstruksiya tutumu sələfləri ilə müqayisədə 15 faiz çoxdur. Vaqonlararası keçidin olması bütün qatar boyunca sərnişinlərin bərabər paylanmasını, sərnişinlərin yerləşmə sahəsini genişləndirməklə onların rahat daşınmasını və təhlükəsizliyini təmin edir. Vaqon qapıları əvvəlki nümunələrlə müqayisədə 12 faiz enlidir. Qapıların açılıb-bağlanma sürəti aşağı olduğundan və qapı arasında qalmaq təhlükəsinə qarşı sistemin mövcudluğu sərnişinlərin təhlükəsizliyini artırır. Qapıların yanlarında onların bağlanması barədə sərnişinlərə xəbərdaredici işıq indikatorları quraşdırılıb. Tambursuz konstruksiya istilik izolyasiyasının yüksək məhsuldarlığını təmin edir ki, bu da öz növbəsində, havanın bütün qatarda bərabər paylanmasına şərait yaradır. Vaqonlarda mükəmməl istilik, salonda təzyiqin tənzimlənməsi və ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi sistemləri mövcuddur.

Yeni konstruksiyalı səsboğucu ilə təmin edilmiş təkərlərdən istifadə olunduğu üçün qatarlar səssiz və rəvan hərəkət edir. Bunun hesabına vaqonlarda sərnişinlərin rahatlığı təmin olunur. Yeni gətirilən vaqonların çəkisinin az olması qatarın yola təsirini azaldır ki, bu da səs-küyün səviyyəsinin minimuma endirilməsi ilə nəticələnir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar, o cümlədən iri yüklər, uşaq arabaları üçün hissələr nəzərdə tutulub, sürahilər sərnişin sıxlığı da nəzərə alınaraq layihələndirilib, onların sayı 30 faiz artırılıb.

İstifadə olunan diodlu lampalar vaqonlarda salonun işıqlandırılmasını tənzimləməyə, həmçinin rəng çalarlarının dəyişməsinə imkan verir. İşıq diodlu cihazların tətbiqi elektrik enerjisi sərfiyatını 50 faiz azaldır, onların istismar müddətini isə 75 faiz artırır. Qatarın istehsalında müasir materiallardan istifadə olunduğu üçün onun uzun müddət açıq xətlərdə belə istismarını mümkün edir.

Dövlətimizin başçısına metronun konseptual inkişaf sxemi barədə məlumat verilib.

Son dövrlərdə görülən işlərin nəticəsidir ki, qatarların əsaslı təmiri əvvəllər xarici ölkələrdə həyata keçirilirdisə, hazırda bu işlər “Nərimanov” elektrik deposunda yüksək standartlara cavab verən Qatarların Əsaslı Təmiri Sahəsində icra edilir. Depo ərazisində mexaniki və digər sahələrin bir yerdə olacağı yeni zonanın yaradılması da nəzərdə tutulur ki, burada da bir çox ehtiyat hissələri və avadanlıqları istehsal ediləcək. Deponun infrastrukturu və hərəkətin idarəolunması sistemləri müasir tələblərə cavab verən texnologiyalarla təchiz edilib.

Onu da deyək ki, Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlar bu gündən sərnişinlərin ixtiyarına verilib. Yüksək tələblərə cavab verən yeni qatarlar mütərəqqi texnologiya ilə təchiz olunmaqla müasir idarəetmə sisteminə malikdir. Belə qatarların alınması Bakı Metropoliteninin qatar parkının yenilənməsi istiqamətində atılan mühüm addım olmaqla yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin etmək baxımından da böyük rol oynayır.

***15:56

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə tanış olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41

  • 
  • Prezident İlham Əliyev yeni salınan parkda yaradılan şəraitlə tanış olub

    Prezident İlham Əliyev yeni salınan parkda ...

    15-07-2017, 10:59

  • 
  • Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

    Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir? ...

    27-02-2014, 16:32

  • 
  • İşdən çıxarılan Tağı Əhmədov danışdı

    İşdən çıxarılan Tağı Əhmədov danışdı ...

    27-02-2014, 16:36

  • 
  • Bu gün Metropoliten işçilərinin peşə bayramıdır

    Bu gün Metropoliten işçilərinin peşə bayramıdır ...

    8-11-2015, 15:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (402)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu