Dünən Vladimir Putin Ermənistan inqilabının rəhbəri, baş nazir Nikol Paşinyanla görüşdü.
BBC Rusiya prezidentinin keçmiş SSRİ məkanında digər inqilablardan fərqli olaraq, Ermənistana münasibətdə daha sakit mövqe sərgilədiyinə və hələlik heç bir şey olmamış kimi davrandığına diqqət çəkib. Hər halda Rusiyanın Ermənistandakı hadisələrə reaksiyası Ukrayna və Gürcüstan qədər ağrılı və şiddətli olmayıb. BBC bunu bir sıra səbəblərlə bağlayıb.
Yazıda Rusiyada Ermənistanla münasibətlərə bir neçə dövlət orqanı tərəfindən nəzarət olunduğu qeyd edilir. Bu cür əlaqələr Prezident administrasiyasının regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən kurasiya edilir.
BBC ilə söhbətində adı çəkilməyən yüksək rütbəli məmurlardan biri Çernovun idarəsində Ermənistan haqqında məlumatların sistemləşdirilməsi və analiz edilməsi ilə sadəcə, bir adamın məşğul olduğunu deyib.
Ümumiyyətlə isə Rusiya-Ermənistan münasibətlərində əsas iş Xarici İşlər Nazirliyinin payına düşüb. Həmsöhbətin sozlərinə görə, bu, olduqca təəccüblü görünməlidir. Belə ki, MDB-nin digər ölkələri ilə münasibətlərdə strateji qərarlar həmişə prezident administrasiyasında qəbul olunub.
Bundan başqa Ermənistanla bağlı proseslərlə Ruisya FTX-nin 5-ci xidməti (operativ informasiya və beynəlxalq əlaqələr), Təhlükəsizlik şurası, və onun katibinin birinci müavini Rəşid Nurqaliyev məşğul olurlar. Həmçinin Ermənistandakı hadisələr Gümrüdəki hərbi bazaya görə Rusiya Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsi tərəfindən izlənilib.
Məqalədə Paşinyanın hakimiyyət yolunun Moskvadakı erməni əsilli milyarderlər tərəfindən açıldığına işarə vurulur.
Ermənistan ictimai radiosunun baş direktoru Mark Qriqoryan daha öncələr Rusiya ilə münasibətlərin həm Sərkisyanın aparatına daxil olan rəsmi şəxslər, həm də qeyri-rəsmi kanallar vasitəsilə qurulduğunu qeyd edib.
Erməni biznesmenlər isə həmişə Sərkisyana tabe olublar. Bunlardan “Aleks qrup” şirkətinin rəhbəri Samvel Aleksanyanı və “Ketrin” qrupunun rəhbəri Miqran Poqosyanı qeyd etmək olar.
Birinci Ermənistana gətirilən kərə və bitki yağlarının, habelə şəkər biznesinin faktiki monopolisti sayılır. İkincisi isə banan biznesini öz əlində saxlayır. Poqosyan özü vaxtilə Məhkəmə qərarlarının icra idarəsinin rəisi olub. Hər iki iş adamı hazırda müxalifətdə sayılan Respublika partiyasının deputatlarıdır.
BBC-nin məlumat aldığı şəxs isə Ermənistandakı hadisələrlə bağlı qərarların verilməsində erməni əsilli rusiyalı iş adamlarının da rolunun olduğunu da deyir. Bunların başında “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan və “Avilon” qrupunun sahibi Kamo Avakumyanın adını çəkmək olar.
Politoloq Aleksandr İsgəndəryanın fikrincə, məhz bu iş adamları Serj Sərkisyanı hakimiyyəti təhvil verməyə inandıra biliblər. Politoloq bunu Sərkisyanın Kremlin yanında da kreditini tükətməsi ilə izah edir.
O, Putin üçün bundan sonra Ermənistanın daxili siyasəti ilə kimin məşğul olacağının maraqlı olmadığını bildirir: “Ermənistanın geopolitik şərtləri elədir ki, burada hakimiyyətdə kimin olmasının önəmi yoxdur”.
Isgəndəryan bu cür şərtlərin içində Azərbaycan-Ermənistan münaqişəsinin, Azərbaycanı dəstəkləyən Türkiyə, İranla mövcud ümumi sərhədlərin adını çəkir.
Bütün bunlardan irəli gələrək, İsgəndəryan Ermənistanın Qərbə meyllənmək şansının qalmadığını düşünür./musavat
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?