Serj Sarkisyan güc strukturlarının rəhbərlərinə Rusiya prezidentini qarşılamaq üçün diqqətli olmağa çağırıb
Region “Ermənistan de-fakto öz prezidentləri – Vladimir Putini qarşılamağa hazırlaşır”. ANS PRESS-in məlumatına görə, Ermənistanın “Jamanak” qəzeti bu başlıqla yazı dərc edib.
Ermənistan mətbuatı xəbər verir ki, Rusiya prezidentini yüksək səviyyədə qarşılamaq üçün Moskvadan İrəvana çoxlu sayda nümayəndə heyəti və Vladimir Putinin zirehli maşını gətirilib.
Həmçinin Vladimir Putinlə yanaşı Ermənistana 600 nəfər də qonaq da gələcək və təbii ki, onların hər birinin bu Cənubi Qafqaz ölkəsində öz işi olacaq.
Erməni mediası yazır ki, ölkə iqtisadiyyatının 80 faizi Rusiyanın iş adamlarına məxsusdur. Və bu baxımdan müəssisələrin yalnız adları Ermənistana məxsusdur, əslində onların hamısı Rusiya bisnesmenlərinindir. “Joxovurd” qəzeti isə vurğulayır ki, Ermənistan prezidenti Serj Sarkisyan ölkənin təhlükəsizlik orqanlarına hər hansı bir etiraz aksiyasının ola biləcəyi barədə informasiya əldə etməsi tapşırığını verib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Ermınistana səfəri dekabrın 2-də başlayacaq. Səfər çərçivəsində iki ölkənin dpvlət başçıları birgə bir sıra tədbirlərə, o cümlədən Ermənistan-Rusiya regionlararası foruma qatılacaq, Rusiyanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasına baş çəkəcəklər.
İrəvandakı görüşlər zamanı Sərkisyan və Putin həmçinin, ikitərəfli əlaqələrə dair sentyabrın 3-də Moskvada əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vəziyyətini müzakirə edəcək, Ermənistanın Gömrük İttifaqına qoşulması ətrafında fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, ikitərəfli əlaqələri möhkəmlənməsinə və dərinləşməsinə yönəlik bir sıra sənədlərin imzalanması gözlənilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?