GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Novruz Məmmədov yeni sənəd imzaladı — Yaşıllıqların monitorinqi yeni qayda ilə aparılacaq

Novruz Məmmədov yeni sənəd imzaladı — Yaşıllıqların monitorinqi yeni qayda ilə aparılacaq

Tarix: 17-05-2018, 16:56 Bölmə :Siyasət Baxış: 258
Novruz Məmmədov yeni sənəd imzaladı — Yaşıllıqların monitorinqi yeni qayda ilə aparılacaq


Azərbaycan Nazirlər Kabineti “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydası”nı təsdiqləyib.

Sənədi baş nazir Novruz Məmmədov imzalayıb.

Bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını tənzimləyir.

Yaşıllıqların uçotu və kadastrı aşağıdakı məqsədlər üçün aparılır:

1. yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması,

2. yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi,

3. yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması,

4. yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.

Yaşıllıqların uçotu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə aşağıdakı ardıcıllıqla aparılır:

1. yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir,

2. çöl tədqiqat işləri nəticəsində yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir,

Yaşıllıqların bioloji, sanitariya-gigiyena və fitosanitar vəziyyəti 3 ballıq şkalaya uyğun qiymətləndirilir:

1. yaxşı - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, ağacların gövdələri düzdür, kökdən tumurcuqlanması (çiçəklənməsi) müşahidə olunmur, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə dərəcəsi aşağıdır, habelə zədələnmiş, qurumuş, ətrafdakılar üçün təhlükəli (o cümlədən aşma təhlükəsi) olan ağaclar yoxdur,

2. kafi - yaşıllıqlar növlərinə və cins tərkibinə görə normal inkişaf edir, lakin lazımi aqrotexniki qulluq göstərilmədiyinə görə ağacların gövdələri əyridir, xəstəliklər və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri müşahidə olunur,

3. qeyri-kafi - yaşıllıqların növlərinə və cinslərinə görə deqradasiyası aşkar şəkildə müşahidə olunur, aqrotexniki norma və qaydalara riayət edilmir, xəstəliklərin yayılması və zərərvericilərlə sirayətlənmə və quruma əlamətləri yüksəkdir, ciddi zədələnmə mövcuddur (meteoroloji, mexaniki, kimyəvi və digər səbəblər göstərilməklə),

4. çöl-tədqiqat və ya kameral şəraitdə yaşıllıq ərazilərinin sərhədləri daxilində olan bütün konturların (çevrələrin) daxilindəki topoqrafik elementlər (yaşayış və infrastruktur obyektləri, su hövzələri, stasionar avadanlıqlar və s.), kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair yaşıllıq əraziləri istifadə edilib-edilməməsindən asılı olmayaraq yaşıllıqların kadastrının məlumat bazasına daxil edilməsi üçün ortofotoplanlar üzərinə köçürülür və müvafiq miqyaslara uyğun laylar üzrə şərti işarələrlə göstərilir;

5. Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kollar uçot məlumatlarında (plan, xəritə, sxemlərdə) xüsusi işarələrlə (rəng fərqi ilə) qeydə alınır,

6. çöl-tədqiqat və ya kameral şəraitdə işlər yekunlaşdıqdan sonra ortofotoplanlarda müəyyən edilmiş konturlar yaşıllıqların kadastrının məlumat bazasına köçürülür, sahələr müvafiq proqram təminatı vasitəsilə hesablanır və ərazilər üzrə yekun yaşıllıq eksplikasiyası tərtib edilir,

7. çöl-tədqiqat və ya kameral şəraitdə işlənmiş materiallara əsasən yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq, yaşıllıqlar üzrə 1:5000, 1:10000, 1:25000 miqyaslarında, zərurət yarandıqda isə daha irimiqyaslı rəqəmsal xəritələr, planlar və sxemlər tərtib olunur, ehtiyac olduqda çap edilir.
İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar aşağıdakı növlər üzrə tərtib edilir:

1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar),

2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil və səhiyyə, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar),

3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

İstifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşıllıqların uçotu Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli qərarı ilə ArcGİS proqramında mdb formatında təsdiq edilmiş Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr nəzərə alınmaqla aparılmalıdır.

Uçota alınan yaşıllıqlar barədə məlumatlar istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən hər il yanvarın 1-nə ümumiləşdirilir və tərtib olunmuş hesabatlar müvafiq dövlət orqanları və ya bələdiyyələr tərəfindən fevralın 20-dək təsdiq edilərək kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları bu qaydaya uyğun uçotu aparılmış yaşıllıqlarda hər il 20 fevral tarixindən sonra baş vermiş dəyişiklikləri (artım və ya azalma) nəzərə alaraq, növbəti ilin 1 yanvar tarixinə olan hesabatlarında əks etdirirlər.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən qeydiyyata alınmış yaşıllıqların təyinatının və ya yerləşdiyi ərazilərin hüquqi statusunun dəyişdirilməsi, texnogen və ya təbii xarakterli fövqəladə halların (ekoloji fəlakət) baş verməsi, yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri tərəfindən qanunvericiliyin pozulması nəticəsində yaşıllıqların kütləvi şəkildə məhv edilməsi hallarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının nümayəndələrinin iştirakı ilə bu yaşıllıqların planlaşdırılmamış uçotu aparılır və nəticələri barədə həmin Nazirliyə dərhal məlumat verilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələrin, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanlarının uçot hesabatları, ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, habelə yaşıllıqların mühafizəsinə dövlət və ictimai nəzarət formalarında aparılmış işlərin nəticələri, mövcud geodeziya, topoqrafiya və kartoqrafiya məlumatları, elmi tədqiqat araşdırmaları yaşıllıqların kadastrının məlumat bazasına daxil olunur və yaşıllıqların kadastrının formalaşdırılması üçün Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə kadastr sənədləri sistemi tətbiq edilir.

Yaşıllıqların monitorinqinın aparılmasının məqsədi hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir.

Əhatə dairəsinə görə monitorinq lokal (məhdud (məhəlli) sahədə), regional və qlobal-biosfer sahələrə bölünür.

Təyinatına görə yaşıllıqların monitorinqi baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə bölünür.

Yaşıllıqların monitorinqi ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin, bütövlükdə biosfer monitorinqin tərkib hissəsi kimi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə aparılır və aşağıdakıları nəzərdə tutur:

1. yaşıllıqların üzərində müntəzəm müşahidələr, torpaq, iqlim, aqrokimyəvi, geobotaniki, geomorfoloji, geodeziya, kartoqrafiya, digər çöl və laboratoriya tədqiqatları, habelə kosmik və aerofoto çəkiliş materialları əsasında yaşıllıqların təhlükəli kimyəvi maddələrlə zədələnməsi vəziyyətini, ölçülərinin və digər kəmiyyət və keyfiyyət göstəricilərinin dəyişməsini öyrənir,

2. yaşıllıq ərazilərinin torpaqlarının münbitliyinin (humusun) itirilməsi, təbii və antropogen təsirlər nəticəsində müxtəlif dərəcədə pozulmuş bu torpaqların rekultivasiyası üzərində səyyar, stasionar və yerin məsafədən tədqiq edilməsi (aerokosmik tədqiqatlar) metodlar kompleksindən istifadə etməklə müşahidələrin aparılmasını əhatə edir.

Yaşıllıqların monitorinqinin aparılması ildə ən azı bir dəfə həyata keçirilir.

Yaşıllıqların monitorinq müşahidələrinin (tədqiqatlarının) nəticələri (mətn, cədvəl və qrafik materiallar) hər il yaşıllıqların növləri üzrə, onların keyfiyyəti və mövcud vəziyyəti haqqında məlumatlara daxil edilir.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları tərəfindən aparılan yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumat hər il yanvarın 1-nə olan vəziyyətə ümumiləşdirilir və uçot hesabatları ilə birlikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev sürüşmə zonalarında təhlükəsizlik tədbirləri ilə bağlı fərman imzaladı

    İlham Əliyev sürüşmə zonalarında təhlükəsizlik ...

    1-12-2016, 19:33

  • 
  • İcra başçısının qızıl dükanları - SİYAHI

    İcra başçısının qızıl dükanları - SİYAHI ...

    10-07-2014, 02:21

  • 
  • Paytaxtda və regionlarda “yaşıl qətliam”

    Paytaxtda və regionlarda “yaşıl qətliam” ...

    27-04-2015, 21:37

  • 
  • Bakının baş planı təsdiq olundu

    Bakının baş planı təsdiq olundu ...

    9-12-2013, 11:10

  • 
  • Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi

    Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi ...

    19-08-2015, 11:22


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu