Azərbaycan Prezidenti İlham ƏliyevKuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə başsağlığı verib.
Gundemxeber-in "Azərtac"a istinadla məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Sədr,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?