Avropa Şurası Parlament Assambleyası (AŞPA) korrupsiyada şübhəli bilinən deputatlar barәdә sanksiya qәrarı verib.
gundemxeber.az-in azpolitika.info-ya istinadən məlumatına görə, bu barədə AŞPA-nın Almaniyadan olan deputatı Frank Şveyb öz “Facebook” səhifəsindən məlumat yayıb.
Məlumatda bildirilir ki, AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinə bəzi deputatların korrupsiyaya bulaşmasına dair cox ciddi siqnallar daxil olub. Buna görə də, AŞPA-da Azərbaycanla bağlı korrupsiyanı araşdıran müstəqil komitə Səməd Seyidov başda olmaqla 4 deputatın – Aqramunt, Preda və Xuclanin mandatının 2 ildən 10 ildək dondurulması barədə sanksiya qərarı verib . Bundan əlavə onların başqa Avropa strukturlarında təmsilçiliyinə də qadağa qoyulduğu bildirilir.
Komitənin qərarı yekun deyil. Daha ətraflı rəsmi məlumat sabah yayılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?